"Hikmət Əbdülhəlimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Teq: Undo |
|||
Sətir 63: | Sətir 63: | ||
==İstifadə edilmiş əsas mənbələr== | ==İstifadə edilmiş əsas mənbələr== | ||
*{{ŞAZ|1|108 – 109}} | *{{ŞAZ|1|108 – 109}} | ||
+ | *{{cite web |url=http://www.anl.az/down/meqale/edebiyyat/edebiyyat_iyul2009/86544.htm |title=Hikmət Əbdülhəlimov-70 |author= |date= 17 iyul 2009-cu il|website=http://www.anl.az/ |publisher=“Ədəbiyyat” qəzeti |language=az |accessdate= |archiveurl = https://web.archive.org/web/20201021110345/http://www.anl.az/down/meqale/edebiyyat/edebiyyat_iyul2009/86544.htm|archivedate = 21 Oct 2020}} | ||
* {{cite web |url=https://az.baku-art.com/az/bu-gun-hikmet-ehmed-oglu-bd-lh-limovun-do-um-g-n-d-r |title=Bu gün Hikmət Əhməd oğlu Əbdülhəlimovun doğum günüdür |author= |date=7/07/2019 08:36 |website=az.baku-art.com |publisher=az.baku-art.com |language= az|accessdate= |archiveurl =https://web.archive.org/web/20190801124920/https://az.baku-art.com/az/bu-gun-hikmet-ehmed-oglu-bd-lh-limovun-do-um-g-n-d-r |archivedate =1 Aug 2019 }} | * {{cite web |url=https://az.baku-art.com/az/bu-gun-hikmet-ehmed-oglu-bd-lh-limovun-do-um-g-n-d-r |title=Bu gün Hikmət Əhməd oğlu Əbdülhəlimovun doğum günüdür |author= |date=7/07/2019 08:36 |website=az.baku-art.com |publisher=az.baku-art.com |language= az|accessdate= |archiveurl =https://web.archive.org/web/20190801124920/https://az.baku-art.com/az/bu-gun-hikmet-ehmed-oglu-bd-lh-limovun-do-um-g-n-d-r |archivedate =1 Aug 2019 }} | ||
15:07, 21 oktyabr 2020 versiyası
Hikmət Əbdülhəlimov | |
---|---|
Əbdülhəlimov Hikmət Əhməd oğlu | |
Hikmət Əbdülhəlimov | |
Anadan olub | 17 iyul 1939 |
Anadan olduğu yer | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Hüsniyə Qafarova |
Uşaqları | İlqar, Gülnarə |
Atası | Əhməd Abduləlimov |
Anası | Firuzə Abduləlimova |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Peşəsi | dövlət qulluqçusu |
Milliyyəti | azərbaycanlı |
İxtisası | politoloq |
Təhsili | Ali Partiya Məktəbi |
Mükafatları |
Hikmət Əbdülhəlimov (Əbdülhəlimov Hikmət Əhməd oğlu; d. 17 iyul 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavini (2014-cü ildən); sabiq dövlət məmuru (Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi və bir sıra məsul partiya və dövlət vəzifələrində işləyib); Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002-ci ildən).
Haqqında məlumatlar
1939-cu il iyulun 17-də Nuxada anadan olub.
1956-cı ildə 3 saylı Nuxa baramaaçan və ipəkburan fabrikində fəhləliklə əmək fəaliyyətinə başlayıb.
1958 – 1961-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib.
1962 – 1965-ci illərdə Şəki İpək Kombinatı Komsomol Komitəsinin katibi vəzifəsində işləyib.
1965 – 1969-cu illərdə Bakı Ali Partiya Məktəbində ali siyasi təhsil alıb; məktəbi fərqlənmə diplomu ilə bitirib.
1969-cu ildə Ali Partiya Məktəbini bitirdikdən sonra bir sıra məsul partiya və dövlət vəzifələrində – Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi, Şəki Şəhər Partiya Komitəsinin təbliğat və təşviqat, təşkilat şöbələrinin müdiri, Şəki Şəhər Mədəniyyət şöbəsinin müdiri, Şəki Şəhər İcra hakimiyyətində ümumi şöbənin müdiri, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kadrlar şöbəsinin rəisi, həmin Birliyinin baş direktorunun müşaviri vəzifələrində çalışıb.
Rabitə və informasiya texnologiyaları sahəsində xidmətlərinə görə 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub[1].
2014-cü ildən Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavinidir.
Yaradıcılıq fəaliyyəti
1987 – 2020 illər ərzində 243 min nüsxə tirajla nəşr edilmiş 19 kitabın, o cümlədən, “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), “Şəki gülməçələri” (Bakı, 1998) folklor toplularının, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı “Azərbaycan folkloru antologiyası” – İV kitab və “Şəki folkloru” toplusu – I cildin həmmüəllifi, “Şəki folkloru” toplusunun II – III cildlərinin, “Şəki folklor örnəkləri” toplusunun I cildinin toplayıcısı və tərtibçisidir. Türkiyədə nəşr olunan “Türk Dünyası” jurnalında, Azərbaycanda nəşr olunan “525-ci qəzet”, “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə Şəki folkloruna dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub. 40-dan artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. “Ünsiyyət körpüsü”, “Qəhrəman ana, qayğıkeş qadın”, “Əbədiyyətə qovuşan insan” kitabları da onun tərtibatında və ön sözü ilə işıq üzü görüb.
Təltif və mükafatları
- “Qırmızı Əmək bayrağı” ordeni (SSRİ);
- “Şərəf nişanı” ordeni (SSRİ);
- “Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar” yubiley medalı (SSRİ);
- Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun “Yaddaş” mükafatı (2003);
- “Şöhrət” ordeni (Azərbaycan Respublikası).
İstifadə edilmiş əsas mənbələr
- Məmmədov Ə., Xalıqov F. Əbdülhəlimov Hikmət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 108 – 109. — 1.000 nüsx.
- "Hikmət Əbdülhəlimov-70". http://www.anl.az/ (azərb.). “Ədəbiyyat” qəzeti. 17 iyul 2009-cu il. 21 Oct 2020 tarixində arxivləşdirilib.
- "Bu gün Hikmət Əhməd oğlu Əbdülhəlimovun doğum günüdür". az.baku-art.com (azərb.). az.baku-art.com. 7/07/2019 08:36. 1 Aug 2019 tarixində arxivləşdirilib.
İstinadlar
- ↑ "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". https://president.az (azərb.). president.az. 02 dekabr 2011, 14:37. 5 Dec 2011 - 8 Nov 2017 tarixində arxivləşdirilib.
- H
- Şəxslər (familiya sırası ilə)
- 17 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1939-cu ildə doğulanlar
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr