"Murad Cabbarlı" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 12: | Sətir 12: | ||
| dövr əvvəl = [[21 aprel]] [[2010]] | | dövr əvvəl = [[21 aprel]] [[2010]] | ||
| dövr son = [[23 may]] [[2011]] | | dövr son = [[23 may]] [[2011]] | ||
− | | sələfi = [[ | + | | sələfi = [[Nazim İbrahimov]] |
| xələfi = [[Elxan Usubov]] | | xələfi = [[Elxan Usubov]] | ||
16:50, 7 yanvar 2021 versiyası
Murad Cabbarlı | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Sələfi | Nazim İbrahimov | ||||||
Xələfi | Elxan Usubov | ||||||
Doğum tarixi | 5 may 1960 | ||||||
Doğum yeri | Bakı şəhəri |
Murad Cabbarlı – Şəki Şəhər İcra Hakimiyyətinin başçısı (2010-2011-ci illər).
Həyatı
Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı il may ayının 5-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1977-ci ildə A.Qarayev adına Uşaq Kliniki Xəstəxanasında başlayıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini elmi kommunizm ixtisası üzrə bitirib. Fəlsəfə elmləri namizədidir.
1983-1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, 1991-1992-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim vəzifəsində işləmişdir. 1992-1994-cü illərdə Moskva şəhərində "Soyuzvneştorq" istehsal-ticarət birliyinin baş direktorunun müavini, 1994-1996-ci illərdə "Neftemaşimpeks" SC-də kommersiya işləri üzrə direktor, 1996-1998-ci illərdə "Texnotsentr-5" MMC-nin direktor müavini vəzifələrində çalışmışdır. 1998-2000-ci illərdə Bakı şəhərində "Şəms-R" elm-istehsalat şirkətində baş direktorun müavini, 2000-2008-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim, həmçinin
2002-2006-cı illərdə əvəzçilik qaydasında "Savalan" ATSC idarə heyətinin sədri, 2006-2008-ci illərdə "ADA-Mülkiyyət" MMC-nin direktoru vəzifəsində işləmişdir. 2008-ci ildə "Şəki Aqro İndastris" MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008-2010-cu illərdə "Şəki Kərpic" MMC-nin direktoru vəzifəsində çalışmışdır. 2010-cu il aprel ayının 21-dən 2011-ci il may ayının 23-dək Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Ailəlidir, bir övladı var.