Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"İpəkçi (qəzet)" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 21: Sətir 21:
 
== Tarixi ==
 
== Tarixi ==
 
[[Şəkil:İpəkçi qəzetinin 1-ci sayı.jpg|250px|left|thumb|“İpəkçi” qəzetinin 1-ci sayının üz səhifəsi.]]
 
[[Şəkil:İpəkçi qəzetinin 1-ci sayı.jpg|250px|left|thumb|“İpəkçi” qəzetinin 1-ci sayının üz səhifəsi.]]
“İpəkçi” qəzetinin birinci sayı 13 mart 1933-cu il tarixdə çap olunub. Həmin vaxt “İpəkçi” qəzeti “''Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı''” [[çoxtirajlı qəzet]]<ref>Sovet mətbuatında  müəssisə qəzetləri “çoxtirajlı qəzet” adlanırdı.</ref> idi. “İpəkçi” qəzetinin ilk redaktoru [[Rəsul Rəsullu]] olub; daha sonra – 1935-ci ildən, qəzet Əli İsgəndərovun və digər şəxslərin redaktorluğu ilə çap edilib. Böyük Vətən müharibəsi ilə əlaqədar qəzetin çapı 1943-cü ildə dayandırılsa da, müharibədən sonra – 1958-ci ildə, yenidən bərpa edilib. 1958 – 1965-ci illərdə qəzetin redaktoru [[Məmmədiyyə Cabbarov]] (Məmmədiyyə Süleymanlı), 1965 – 2009-cu illərdə isə [[Salis Məmmədov]] olub. 2009-cu ildən etibarən isə redaktor [[Aydın Məmmədov (jurnalist)|Aydın Məmmədovdur]].
+

=== İnternetdə ===
 
=== İnternetdə ===

01:04, 14 mart 2021 versiyası

Picto infobox newspaper.png
İpəkçi
İpəkçi, loqo.jpg
Format A2
Təsisçilər Şəki “İpək” şirkəti və M.Salis
Baş redaktor Aydın Məmmədov
Yaranma tarixi 1933
Dil Azərbaycan dili
Qiymət pulsuz
Səhifə 4
Tiraj 1250 (15.06.2013)
ipekchi.info

“İpəkçi” – ipəkçilik və ipək sənayesi xəbərləri üzrə ixtisaslaşmış qəzet. Sovet dövründə çoxtirajlı qəzet kimi nəşr olunub, Azərbaycan sovet mətbuatında Kommunist partiyasının atributlarından ilk dəfə imtina etmiş qəzetdir (12 dekabr 1990). 2012-ci ildən sonra əsasən internet media vasitəsi kimi fəaliyyət göstərməkdədir.

Tarixi

“İpəkçi” qəzetinin 1-ci sayının üz səhifəsi.

“İpəkçi” qəzetinin birinci sayı 13 mart 1933-cu il tarixdə çap olunub. Həmin vaxt “İpəkçi” qəzeti “Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı” və çoxtirajlı qəzet[1] idi. “İpəkçi” qəzetinin ilk redaktoru Rəsul Rəsullu olub; daha sonra – 1935-ci ildən, qəzet Əli İsgəndərovun və digər şəxslərin redaktorluğu ilə çap edilib. Böyük Vətən müharibəsi ilə əlaqədar qəzetin çapı 1943-cü ildə dayandırılsa da, müharibədən sonra – 1958-ci ildə, yenidən bərpa edilib. 1958 – 1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Məmmədiyyə Süleymanlı), 1965 – 2009-cu illərdə isə Salis Məmmədov olub. 2009-cu ildən etibarən isə redaktor Aydın Məmmədovdur.

İnternetdə

2007-ci ildən qəzetin internet saytları fəaliyyət göstərir. 2018-ci ilin əvvəlində isə qəzetin rusca saytı da fəaliyyətə başlayıb.

Mükafatları

“İpəkçi” qəzetinin 60 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin təbrik məktubu.
  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı – “İpəkçi” qəzetinin 50 ilik yubileyi münasibəti ilə (1983).
  • Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin təbrik məktubu – “İpəkçi” qəzetinin 60 ilik yubileyi münasibəti ilə (1993).

Maraqlı

“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli sayında (№33 – 34 (1967 – 1968)) başlığı.

“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli (№ 33 – 34 (1967 – 1968)) buraxılışında sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarından imtina edilmiş, həmin vaxta qədər “Azərbaycan Kommunist partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olmuş qəzet, “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, o dövr üçün Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi.

Qeydlər

  1. Sovet mətbuatında müəssisə qəzetləri “çoxtirajlı qəzet” adlanırdı.

Şablon:Yaxşı məqalə