Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

"Soltan Əzizov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 82: Sətir 82:
 
1946 – 1952-cü illərdə Azərbaycan {{KP}} Nuxa şəhər partiya komitəsində əvvəl hərbi şöbənin, sonra isə kənd təsərrüfatı şöbəsinin müdiri,
 
1946 – 1952-cü illərdə Azərbaycan {{KP}} Nuxa şəhər partiya komitəsində əvvəl hərbi şöbənin, sonra isə kənd təsərrüfatı şöbəsinin müdiri,
  
1952 – 1953-cü illərdə isə birinci katib vəzifəsində işləyib.
+
1952 – 1953-cü illərdə isə birinci katib vəzifəsində çalışıb.
  
 
1956 – 1958-ci illərdə Azərbaycan {{KP MK}}-da birinci katibin köməkçisi,  
 
1956 – 1958-ci illərdə Azərbaycan {{KP MK}}-da birinci katibin köməkçisi,  

13:49, 18 dekabr 2020 versiyası

..
.
Əzizov Soltan Hümmət oğlu
Soltan Əzizov
Soltan Əzizov

Soltan Əzizov (1920 – 2009) — Azərbaycan sovet partiya və dövlət xadimi. Müxtəlif illərdə Nuxa şəhər, Ağdam və Sabirabad rayon partiya komitələrinin birinci katibi, Azərbaycan SSR Meyvə, Tərəvəz, Çay, Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan SSR sovxozlar naziri və Azərbaycan SSR tədarük naziri vəzifələrində çalışıb.

Haqqında məlumatlar

18 dekabr 2010-ci il tarixdə Nuxa şəhərinin Qışlaq kəndində anadan olub.

Təhsili

Nuxa Kənd Təsərrüfatı texnikumunu bitirib.

1942-ci ildə sovet ordusunda siyasi rəhbər kursunda oxuyub.

1953 – 1956-cı illərdə Moskvada – Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil alıb.

Hərbi xidmətdə

1939 – 1946-cı illərdə sovet ordusunda hərbi xidmət edib. 1942-ci ildən 848 №-li alayın siyasi rəhbəri olub. Brest, Kursk, Oryol, Berlin və s. şəhərlər uğrunda döyüşlərdə iştirak edib, 6 orden və medallarla təltif olunub.

Əmək fəaliyyəti

1939-cu ilədək Nuxa rayonunun Böyük Dəhnə kəndindəki kolxozda Maşın-Traktor Stansiyasında sahə aqronomu işləyib.

1946 – 1952-cü illərdə Azərbaycan KP Nuxa şəhər partiya komitəsində əvvəl hərbi şöbənin, sonra isə kənd təsərrüfatı şöbəsinin müdiri,

1952 – 1953-cü illərdə isə birinci katib vəzifəsində çalışıb.

1956 – 1958-ci illərdə Azərbaycan KP MK-da birinci katibin köməkçisi,

1958 – 1959-cu illərdə isə şöbə müdiri olub.

1959 – 1962-ci illərdə Azərbaycan KP Ağdam rayon partiya komitəsinin,

1962 – 1966-ci illərdə isə Azərbaycan KP Sabirabad rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.

1966 – 1982-ci illərdə əvvəl Azərbaycan SSR Meyvə, Tərəvəz, Çay, Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonra isə Azərbaycan SSR sovxozlar naziri və Azərbaycan SSR tədarük naziri olub.

İctimai-siyasi fəaliyyəti

Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı və Azərbaycan KP MK-nın üzvü seçilib.

Təqaüdə çıxdıqdan sonra Azərbaycan Ağsaqqallar Şurasının üzvü və “Qayğı” cəmiyyəti sədrinin birinci müavini olub.

Mükafatları

Vəfatı

2009-cu ildə – 89 yaşında, uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

Xatirəsi

2015-ci ildə 95 illik yubileyi Şəki şəhər İH-nin akt zalında təntənə ilə qeyd olunmuşdur.

Ədəbiyyat

Həmçinin, bax:

Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri. Şablon:Yaxşı məqalə