Nəsib Muxtarov: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 3: | Sətir 3: | ||
|Adı = Nəsib Muxtarov | |Adı = Nəsib Muxtarov | ||
|Piktoqram = arxeoloq | |Piktoqram = arxeoloq | ||
|Orijinal adı = Muxtarov Nəsib Mirsaleh oğlu | |Orijinal adı = ''Muxtarov Nəsib Mirsaleh oğlu'' | ||
|Şəkil = Nəsib | |Şəkil = Nəsib Muxtarov2.jpg | ||
|Şəkil miqyası = | |Şəkil miqyası = | ||
|Şəkil məlumat = Nəsib Muxtarov | |Şəkil məlumat = Nəsib Muxtarov |
17:54, 24 yanvar 2021 versiyası
Nəsib Muxtarov | |
---|---|
Muxtarov Nəsib Mirsaleh oğlu | |
Nəsib Muxtarov | |
Doğum tarixi | 3 oktyabr 1951 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 25 yanvar 2019 (67 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
İş yeri | AMEA Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupu, baş elmi işçi |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi 1974 – 1979 |
Nəsib Muxtarov (1951 – 2019) – tanınmış arxeoloq, AMEA Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisi. Şəki rayonun Fazıl kəndi ərazisində yeraltı muzeyin yaradılmasında, Azərbaycan şimal-qərb bölgəsində arxeoloji abidələrin mühafizəsində böyük xidmətləri olub.
Haqqında məlumatlar
3 oktyabr 1951-ci il tarixdə Nuxada anadan olub.
Təhsili
1968-ci ildə Nuxa şəhər 11 saylı orta məktəbi bitirib.
1968-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olub, lakin sonradan təhsilini davam etdirməyib.
1974 – 1979-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində əyani təhsil alıb.
Əmək fəaliyyəti
Hərbi xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyib.
Ali təhsil aldıqdan sonra Rəşid bəy Əfəndiyev adına Şəki Diyarşünaslıq muzeyində, əvvəl baş fond mühafizəçisi, daha sonra muzeyin direktoru,
1982-ci ildən Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi,
1990-cı ildə isə Azərbaycan SSR EA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya və folklor qrupunun baş elmi işçisi vəzifəsində çalışıb.
Elmi-arxeoloji fəaliyyəti
1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işində yaxından iştirak edib. Azərbaycanın şimal-şərq bölgəsində aparılmış arxeoloji tədqiqatlar barədə çoxsaylı elmi məqalələrin, “Qalayeri-daş” monoqrafiyasının müəllifidir.
Onun rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiya respublikanın şimal-qərb bölgəsində tunc, ilk dəmir, antik və orta əsrlər dövrlərinə aid çoxlu sayda abidələr aşkar etmiş, bölgənin etnoqrafik xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparmışdır.
Digər
1970 – 1971-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.
Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradıb. Daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilib. Nəsib Muxtarov “Ocaq” ədəbi-ictimai birliyinin yaradıcılarından biri olmaqla yanaşı, 1984-cü ildən həmin birliyin sədri olub.
1990-cı ildə 328 nömrəli Aşağı Göynük seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir.
2015-ci il aprelin 17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs – 2015” mükafatının təqdimat mərasimində xüsusi diplomla təltif edilmişdir[1].
Vəfatı
Uzun sürən xəstəlikdən sonra 68 yaşında – 2019-cu il yanvarın 25-də, Şəkidə vəfat edib.
İstinadlar
- ↑ ""Milli irs-2015" mükafatının təqdimat mərasimi olub". http://azertag.az (azərb.). AZƏRTAC. 17.04.2015 [21:48]. 19 Apr 2015 - 16 Sep 2020 tarixində arxivləşdirilib.
İstifadə edilmiş mənbələr
- Nəsib Mirsaleh oğlu MUXTAROV (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25 – 26 (1959 – 1960). — Səh. 2.
- Məmmədov Ə., Xalıqov F. Muxtarov Nəsib // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 291 – 292. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- "AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN BÖYÜK ELMİ İŞÇİSİ, ŞƏKİ ARXEOLOJİ-ETNOQRAFİK QRUPUNUN RƏHBƏRİ NƏSİB MİRSALEH OĞLU MUXTAROVUN VƏFAT EDİB". http://www.arxeologiya.az/ (azərb.). AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. 25.01.2019. 16 Sep 2020 tarixində arxivləşdirilib.