Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"Cavanşir Quliyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 1: Sətir 1:
[[Kateqoriya:C]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış musiqiçilər]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]
+
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış musiqiçilər]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]
 
{{Musiqiçi
 
{{Musiqiçi
 
  |Adı                = Cavanşir Quliyev
 
  |Adı                = Cavanşir Quliyev

21:01, 15 fevral 2021 versiyası

Cavanşir Quliyev
Quliyev Cavanşir Rəhim oğlu
Cavanşir Quliyev
Cavanşir Quliyev
Şəxsi məlumatlar
Doğum adı 22 noyabr 1950 (1950-11-22) (73 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi bəstəkar
Atası Rəhim Quliyev
Anası Tavat Quliyeva

Musiqi alətləri tar, piano
Təhsili

Nuxa Musiqi Texnikumu

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, xalq çalğı alətləri fakültəsi, xalq çalğı alətləri fakültəsi, tar şöbəsi (1968 – 1970)

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, bəstəkarlıq fakültəsi (1970 – 1975)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1992 Azərbaycan SSR LKGİ mükafatı — 1982 "Humay" mükafatı — 2000 "Qızıl Dərviş" mükafatı — 2001
IMDb ID 0474534

Cavanşir Quliyev — Azərbaycan bəstəkarı, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin səhnə sənətləri fakültəsinin professoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi.

Haqqında məlumatlar

22 noyabr 1950-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1967-ci ildə orta məktəbi,

1968-ci ildə Nuxa Musiqi Texnikumunu bitirib.

1968 – 1970-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsinin tar şöbəsində,

1970 – 1975-ci illərdə isə bəstəkarlıq fakültəsində, Cövdət Hacıyevin sinifində təhsil alıb.

Əmək fəaliyyəti

1973 – 1990-cı illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru,

1990 – 1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyində bədii rəhbər,

1980 – 1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında/Bakı Musiqi Akademiyasında müəllim,

1992 – 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri,

1994 – 2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim,

2003 – 2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasında əvvəl dosent, sonra professor vəzifəsində işləyib.

2005-ci ildən isə Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin səhnə sənətləri fakültəsinin professorudur.

Yaradıcılığı

Konservatoriyada 2-ci kursda oxuyarkən “Birinci Kvartetdə”ni, diplom işi olaraq isə böyük simfonik orkestr üçün “Birinci simfoniya”nı yazıb.

1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

İlk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tətbiq edib.

İlk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir.

Əsərləri

  • “Yeddi məhbusə” – 2 hissəli musiqili komediya (libretto - Ə.Əmirli. 2003);
  • “Bayatı” – Hollandiyanın “Atlas” orkestri üçün poema (2004);
  • Dördüncü Simfoniya “Dastan” (1994-2006);
  • “Melodiya” violino, violonçel və piano üçün (2008);
  • “Oğuznamə” baletindən birinci süita simfonik orkestr üçün (2010);
  • “Expromte Suite” violino, violonçel və piano üçün 4 hissəli süita (2011);
  • “Üç əhval” kamera orkestri üçün 3 hissəli süita (2011).

Filmlərə musiqi

Tamaşalara musiqi

  • “Müqəddəs Valentin günü” (müəllif - Ə.Əmirli. 2003);
  • “Brusseldən məktublar” (müəllif - H.Həsənov. 2003);
  • “Rəqabət” (müəllif - B.Vahabzadə.2004);
  • “Woyzeck” (müəllif - G.Bühner.2007);
  • “Biznesmen” (müəllif - R.Abdullayev. 2007);
  • “Körpü” (müəllif - İ.Piriyev. 2008);
  • “Yedəkçi” (müəllif - C.Müsahipzadə. 2009);
  • “Rumuz Qoncagül” (müəllif O.Arayıcı. 2010);
  • “Sofoklesin Antiqonesi” (müəllif - B.Brext. 2011);
  • “Küçük adam, ne oldu sana?” (müəllif - H.Fallada. 2011);
  • “Müsyo Jordan və dərviş Məstəli şah” (müəllif - M.F.Axundov. 2012);
  • “Töre” (müəllif - T.Özakman. 2012).

Mükafatları

Həmçinin, bax:

Filmoqrafiya

Filmoqrafiya
  1. Ac həriflər (film, 1993).
  2. Ağ atlar üçün vals (film, 1987).
  3. Ağ dünya (film, 1995).
  4. Anarla üz-üzə (film, 1989).
  5. Araqarışdıran (film, 1987).
  6. Arxada qalmış gələcək (film, 2004).
  7. Astana (film, 1986).
  8. Aşıq Qərib (film, 1988).
  9. Azərbaycan milli qəhrəmanları. Albert Aqarunov. Dostuma məkub... (film, 2010).
  10. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996).
  11. Bəxtiyar Vahabzadə (film, 1987).
  12. Buta (film, 2011).
  13. Canavar balası (film, 1997).
  14. Cavid ömrü (film, 2007).
  15. Çalalar (film, 2000).
  16. Çətin məsələ (film, 1988).
  17. Daş yaddaş (film, 1986).
  18. Dirsə xanın oğlu Buğacın boyu (film, 2000).
  19. Dünya bir pəncərədir (film, 1990).
  20. Etiraf (film, 1992).
  21. Əzablı yollar (film, 1995).
  22. Fatehlərin divanı (film, 1997).
  23. Fəryad (film, 1993).
  24. Girişmə, öldürər! (film, 1990).
  25. Günahsız Abdulla (film, 1984).
  26. Günahsız Abdulla (film, 1984).
  27. Haray (film, 1990).
  28. Həqiqətin anı (film, 1984).
  29. Xeyir və Şər (film, 1980).
  30. İtkin gəlin (film, 1994).
  31. Kəndlərin harayı (film, 1987).
  32. Qayıdış (film, 1992).
  33. Qəm pəncərəsi (film, 1986).
  34. Qırmızı qar (film, 1998).
  35. Qocalar, qocalar... (film, 1982).
  36. Lətifə (film, 1989).
  37. Mirzə Kazım bəy (film, 1983).
  38. Muğam (film, 1995).
  39. Nigarançılıq (film, 1998).
  40. Salur Qazanın evi talandığı boy (film, 2001).
  41. Sənsiz (film, 1989).
  42. Sonuncu məhəbbət (film, 1985).
  43. Sovet Azərbaycanı (film, 1982).
  44. Sübhün səfiri (film, 2012).
  45. Süd dişinin ağrısı (film, 1987).
  46. Şirbalanın məhəbbəti (film, 1991).
  47. Taleyin qisməti (film, 1996-1997).
  48. Topal Teymur (film, 1983).
  49. Yağışdan sonra (film, 1998).
  50. Yarımştat (film, 1996).
  51. Yaşıl eynəkli adam (film, 1987).
  52. Yaşıl eynəkli adam-2 (film, 1999).
  53. Yaşıl eynəkli adam-3 (film, 2002).
  54. Yeniləşmiş diyar (film, 1984).
  55. Yumurta (film, 2003).

İstifadə edilmiş mənbələr

  • Mete Ə. Cavanşir Quliyev // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 516 – 517. — 500 nüsx.
  • "Quliyev Cavanşir Rəhim Oğlu ( 22.11.1950)". http://mk.musigi-dunya.az/ (azərb.). Musiqi Dünyası. 17 Oct 2016 – 1 May 2020 tarixində arxivləşdirilib.
  • "Cavanşir Quliyev: "Qəfildən bıçağı qızların yanaqlarına yapışdırdım..."". https://news.milli.az/culture/19613.html (azərb.). milli.az. 31 Avqust 2010 08:46. 26 Oct 2018 - 10 Feb 2020 tarixində arxivləşdirilib.
  • "Quliyev Cavanşir". http://music.mctgov.az/ (azərb.). zərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 26 Feb 2020 - 22 Sep 2020 tarixində arxivləşdirilib.



Şablon:Yaxşı məqalə