Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Cavanşir Quliyev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Cavanşir Quliyev
Quliyev Cavanşir Rəhim oğlu
Cavanşir Quliyev
Cavanşir Quliyev.

Cavanşir Quliyev — görkəmli musiqiçi və bəstəkar, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

22 noyabr 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1967-ci ildə orta məktəbi,

1968-ci ildə Nuxa Musiqi Texnikumunu bitirib.

1968 – 1970-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsinin tar şöbəsində,

1970 – 1975-ci illərdə isə bəstəkarlıq fakültəsində, Cövdət Hacıyevin sinifində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1973 – 1990-cı illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru,

1990 – 1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyində bədii rəhbər,

1980 – 1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında/Bakı Musiqi Akademiyasında müəllim,

1992 – 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri,

1994 – 2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim,

2003 – 2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasında əvvəl dosent, sonra professor,

2005 – 2022-ci illərdə Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin səhnə sənətləri fakültəsində professor vəzifəsində çalışıb.

Yaradıcılığı[Vizual/Mobil redaktə | HTML redaktə]

Konservatoriyada 2-ci kursda oxuyarkən “Birinci Kvartetdə”ni, diplom işi olaraq isə böyük simfonik orkestr üçün “Birinci simfoniya”nı yazıb.

1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

İlk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tətbiq edib.

İlk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir.

Əsərləri[Vizual/Mobil redaktə | HTML redaktə]

  • “Yeddi məhbusə” – 2 hissəli musiqili komediya (libretto - Ə.Əmirli. 2003);
  • “Bayatı” – Hollandiyanın “Atlas” orkestri üçün poema (2004);
  • Dördüncü Simfoniya “Dastan” (1994-2006);
  • “Melodiya” violino, violonçel və piano üçün (2008);
  • “Oğuznamə” baletindən birinci süita simfonik orkestr üçün (2010);
  • “Expromte Suite” violino, violonçel və piano üçün 4 hissəli süita (2011);
  • “Üç əhval” kamera orkestri üçün 3 hissəli süita (2011).

Filmlərə musiqi[Vizual/Mobil redaktə | HTML redaktə]

Tamaşalara musiqi[Vizual/Mobil redaktə | HTML redaktə]

  • “Müqəddəs Valentin günü” (müəllif - Ə.Əmirli. 2003);
  • “Brusseldən məktublar” (müəllif - H.Həsənov. 2003);
  • “Rəqabət” (müəllif - B.Vahabzadə.2004);
  • “Woyzeck” (müəllif - G.Bühner.2007);
  • “Biznesmen” (müəllif - R.Abdullayev. 2007);
  • “Körpü” (müəllif - İ.Piriyev. 2008);
  • “Yedəkçi” (müəllif - C.Müsahipzadə. 2009);
  • “Rumuz Qoncagül” (müəllif O.Arayıcı. 2010);
  • “Sofoklesin Antiqonesi” (müəllif - B.Brext. 2011);
  • “Küçük adam, ne oldu sana?” (müəllif - H.Fallada. 2011);
  • “Müsyo Jordan və dərviş Məstəli şah” (müəllif - M.F.Axundov. 2012);
  • “Töre” (müəllif - T.Özakman. 2012).

Mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Mete Ə. Cavanşir Quliyev // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 516-517. — 500 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 238-240. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  3. ...
  4. ...
  5. ...

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

...

Filmoqrafiya[Vizual/Mobil redaktə | HTML redaktə]

Filmoqrafiya

Bildiriş[HTML redaktə]

...