"Məmmədşərif Həmidov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:M{{Dövlət xadimi |Adı = Məmmədşərif Həmidov |Orijinal adı = |Şəkil = Məmmədşərif Həmidov.jpg |Şək...' ilə yarat) |
|||
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:M]]{{Dövlət xadimi | + | [[Kateqoriya:M]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış hərbçilər]] |
+ | {{Dövlət xadimi | ||
|Adı = Məmmədşərif Həmidov | |Adı = Məmmədşərif Həmidov | ||
|Orijinal adı = | |Orijinal adı = |
21:42, 18 iyun 2020 versiyası
Məmmədşərif Həmidov | |
---|---|
Məmmədşərif Həmidov | |
Məmmədşərif Həbibulla oğlu Həmidov | |
Doğum tarixi | 23.2.1917 |
Vəfat tarixi | 1969 |
Təltifləri |
Məmmədşərif Həbibulla oğlu Həmidov azərbaycanlı SSRİ generalı.
Həyatı
Məmmədşərif Həbibulla oğlu Həmidov 1917-ci il fevral ayının 23də Şəki şəhərində anadan olmuşdur. O, 1929-cu ildən Nuxanın (Şəki) İpəksarma müəssisələrində, 1937-1940 illərdə Şəki komsomol və partiya komitələrində işləmişdir. 1940-cı ildən sovet ordusunda xidmət etmişdir. Böyük Vətən müharibəsində vzvod komandirinin köməkçisi, batalyon qərargahının rəisi, diviziya qərargah əməliyyatının bölmə rəisinin köməkçisi olmuşdur. M.Həmidov 1945-ci ildə Ali zabitlər məktəbini bitirmişdir. Hərbi təhsilini başa verdikdən sonra, o, 1949-1956-cı illərdə Xaçmaz rayon hərbi komissarlığında şöbə rəisi, 1956-1960-cı illərdə Bakı şəhəri Hərbi Komissarı vəzifələrində çalışmışdır. O, 1960-cı ildə ADU-nun Tarix fakültəsini bitirmişdir. 1960-1969-cu illərdə Azərbaycanın Hərbi Komissarı olmuşdur. Məmmədşərif Həmidov 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni, 2 "Qırmızı Ulduz" ordeni və medallarla təltif edilmişdir.[1]
Hərbi xadim, general-mayor Məmmədşərif Həbibulla oğlu Həmidov 1969-cu ildə vəfat etmişdir. Birinci Fəxri xiyabanda dəfn olunmuşdur Həlak olduğu yerdə – Goranboy-Gəncə avtomobil yolu kənarında xatirə abidəsi qoyulmuşdur. Bakı şəhərində adına küçə, gəmi, Şəkidə isə məktəb var.
İstinadlar
- ↑ Bəşarət. Nəsillərə nümunə [Mətn]/Bəşarət//Gələrsəngörərsən.- 2008.-№ 3. s. 58-59.