"Mövsüm Salamov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 100: | Sətir 100: | ||
| ref = | | ref = | ||
}} | }} | ||
− | |||
# [https://web.archive.org/web/20190728220056/https://www.ourbaku.com/index.php/%D0%A1%D0%B0%D0%BB%D0%B0%D0%BC%D0%BE%D0%B2_%D0%9C%D0%BE%D0%B2%D1%81%D1%83%D0%BC_%D0%90%D1%81%D0%BA%D0%B5%D1%80_%D0%BE%D0%B3%D0%BB%D1%83 www.ourbaku.com/Саламов Мовсум Аскер оглу...] | # [https://web.archive.org/web/20190728220056/https://www.ourbaku.com/index.php/%D0%A1%D0%B0%D0%BB%D0%B0%D0%BC%D0%BE%D0%B2_%D0%9C%D0%BE%D0%B2%D1%81%D1%83%D0%BC_%D0%90%D1%81%D0%BA%D0%B5%D1%80_%D0%BE%D0%B3%D0%BB%D1%83 www.ourbaku.com/Саламов Мовсум Аскер оглу...] | ||
# {{ŞAZ|2|338 – 340}} | # {{ŞAZ|2|338 – 340}} |
14:12, 16 aprel 2021 versiyası
Mövsüm Salamov – Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978), “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin ilk direktoru, şərqşünas, dosent.
Həyat və fəaliyyəti
1905-ci ildə Nuxada anadan olub. Atası dəmirçi idi. Molla məktəbində ilk təhsilini aldıqdan sonra 12 yaşından atasının emalatxanasında işləməyə başlayıb. 1920-ci ildə Nuxada yeni təşkil edilmiş gecə məktəbinə yazılır və 1922-ci ildə oradan Bakıya Fəhlə fakültəsinə – Rabfaka, oxumağa göndərilir. 1926-cı ildə Fəhlə fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olur. Tələbə ikən – 1929-cu ildə, Azərbaycanı tədqiq və təəbbö cəmiyyətinə işə götürülmüşdü. 1930-cu ildə universiteti bitirdikdən sonra təhsilini 1932-ci ilədək Azərbaycan Dövlət elmi Tədqiqat İnstitutunun aspiranturasında davam etdirib. 1934-cü ildə Azərbaycan Dövlət muzeyinə direktor təyin olunub və SSRİ xalqları kafedrası üzrə dosent elmi adı alıb[1].
1935-ci ildə Tehranda təşkil olunmuş Şərq xalqlarının tarixinə həsr edilmiş konfransa qatılıb və məruzə ilə çıxış edib.
Həbs və sürgün həyatı
28 fevral 1938-ci il tarixdə SSRİ əleyhinə fəaliyyət ittihamı ilə həbs olunub. Şəxsi işində həbs edilməsinin əsas səbəblərindən biri kimi pantürkizmə meyl etməsi və həyat yoldaşı Sara Aşurbəylinin qohumları ilə sıx əlaqələrdə olması göstərilirdi. Ona 10 il həbs, 5 il də sürgün cəzası verilir. Həbs illəri Sibirdə keçir (Bəzi məlumatlara[2] görə, Hüseyn Cavidlə eyni həbs düşərgəsində saxlanılmış, Hüseyn Cavid onun qolları arasında dünyasını dəyişmişdir. Mövsüm Salamov Hüseyn Cavidin dəfn olunduğu yeri və qəbrinin nömrəsini yadında saxlamış və bunun sayəsində də gələcəkdə Hüseyn Cavidin qalıqlarının tapılıb Azərbaycana aparılması, Azərbaycanda dəfn edilməsi mümkün olmuşdu.) Həbs müddəti bitdikdən sonra Komi MSSR-də sürgün həyatı yaşayır. Orada kərpic zavodunda əvvəlcə fəhlə işləyir. Sonra həmin zavodda baş usta, sex rəisi və baş direktor vəzifələrində çalışır.
Yenidən Bakıda
Mövsüm Salamov 1956-cı ildə bəraət alsa da, yalnız 1959-cu ildə Bakıya qayıdır. 1960-cı ildə Şirvanşahlar sarayına direktor təyin olunur. 1964-cü ildən isə yeni yaradılmış “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin direktoru olur. Tezliklə, qoruq-muzeyin Mərdəkan, Atəşgah, Qız qalası filialları açılır, Abşeron memarlıq abidələrinin mühafizəsi, istifadəsi tədqiq və təbliği işi də Mövsüm Salamovun sərəncamına verilir.
Mövsüm Salamov XX əsrin səksənıncı illərinin əvvəllərinə qədər “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin direktoru vəzifəsində çalışıb. Sonra görmə qabiliyyətini itirdiyinə və yaşına görə təqaüdə çıxıb, 1985-ci ildə Bakıda vəfat edib, Bakıda da torpağa tapşırılıb.
Mükafatları
- 2 noyabr 1957-ci il – “Böyük Oktyabr Sosialist İnqilabının 40 illiyi və respublikanın tikinti təsərrüfatı sahəsində və mədəni-siyasi həyatında qazandığı nailiyyətlərinə görə” Komi MSSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı;
- “Əla işə görə” döş nişanı;
- 22 noyabr 1967-ci il – “Əmək fədakarlığına görə” medalı;
- 31 mart 1970 – “Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar” yubiley medalı;
- “1973-cü ilin sosialist yarışının qalibi” döş nişanı;
- 12 aprel 1977-ci il – “N. K. Krupskaya” medalı;
- 24 may 1978-ci il – “Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi” fəxri adı;
- 31 avqust 1981 – “Əmək veteranı” medalı.
Ailəsi
.
- Atası: Mövsüm Əsgər oğlu Salamov, dəmirçi.
- Anası: Mariyə Hacı Zəkəriyyə qızı.
- Qardaş-bacıları: 1 bacısı və 4 qardaşı olub (şəkildə adları göstərilir).
- Həyat yoldaşları: Mövsüm Salamov sürgünə göndərilərkən birinci həyat yoldaşı Sara Aşurbəyli ilə nikahını rəsmi şəkildə pozdurmuşdu. Bundan sonra Sara Aşurbəyli başqa bir kişi ilə evlilik həyatı yaşayıb. Mövsüm Salamov isə Komidə Mariya Qorban adlı bir ukraynalı qadınla ailə qurub. Onun ölümündən sonra, ömrünün sonuna yaxın anasının dayısı nəvəsi olan Şəfiqə Bağbanlı ilə evli olub.
100 illik yubileyi
Mövsüm Salamovun anadan olmasının 100 illiyi münasibəti ilə “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əməkdaşlarının və respublikanın elm və mədəniyyət xadimlərinin iştirakı ilə 19 oktyabr 2005-ci il tarixdə toplantı təşkil edilmişdir. Tədbir barədə Azərbaycanın aparıcı KİV-də məlumat gedib[3], “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyi tərəfindən aşağıda adları göstərilən məqalələrdən ibarət kitabça nəşr olunub:
- Dadaşova S.U. Zəhmətinin bəhrəsi görünsə də, çoxlarına bəlli olmayan şəxsiyyət haqqında...;
- Əsgərzadə N.S. Düşüncə və duyğularımızdan...;
- Mirzəyeva S.M. Mövsüm müəllimi xatırlarkən;
- Рзаева Р.Ф. Мое воспоминания о директоре музея-заповедника Саламове Мовсум Аскар оглы;
- Джафарова Р.А. Мой первый директор.
İstinad və qeydlər
- ↑ İstifadə edilmiş mənbələrdə Mövsüm Salamovun 1932-ci il dosent adı aldığı göstərilmişdi. Lakin, 13 yanvar 1934-cü il tarixə qədər SSRİ-də heç kimə dosent elmi adı verilməyib.
- ↑ Bu barədə Mövsüm Salamovun yaxın qohumları danışırlar – onlar bunu Mövsüm Salamovun özündən eşitdiklərini deyirlər.
- ↑ AZƏRTAC/Mədəniyyət/Mövsüm Salamovun 100 illik yubileyi qeyd olunmuşdur
İstifadə edilmiş əsas mənbələr
- Mövsüm Salamov; “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinin ilk direktoru / Pərviz Əsgərov. — Bakı: “Best Print” mətbəəsi, 2005. — 100 nüsx.
- www.ourbaku.com/Саламов Мовсум Аскер оглу...
- Məmmədov Ə., Xalıqov F. Salamov Mövsüm // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 338 – 340. — 600 nüsx. — ISBN 5-8066-1708-4.