Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Ramazan Qafarlı" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 20: Sətir 20:
 
  |Anası                =
 
  |Anası                =
 
  |Elm sahəsi            =  
 
  |Elm sahəsi            =  
  |Elmi dərəcəsi        = filologiya elmləri doktoru
+
  |Elmi dərəcəsi        = filologiya üzrə elmlər doktoru
 
  |Elmi adı              = professor
 
  |Elmi adı              = professor
 
  |İş yeri              = AMEA Folklor İnstitutu
 
  |İş yeri              = AMEA Folklor İnstitutu
Sətir 39: Sətir 39:
 
}}
 
}}
  
'''Ramazan Qafarlı (Qaffarov)''' — tanınmış folklorşünas alim, filologiya elmləri doktoru, Azərbaycan Pedaqoji Universitetinin dünya ədəbiyyatı tarixi kafedrasının professoru və həmin universitetin Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzinin müdiri.  
+
'''Ramazan Qafarlı (Qaffarov)''' — tanınmış folklorşünas alim, filologiya üzrə elmlər doktoru, Azərbaycan Pedaqoji Universitetinin dünya ədəbiyyatı tarixi kafedrasının professoru və həmin universitetin Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzinin müdiri.  
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==

12:40, 16 iyun 2021 versiyası

Ramazan Qafarlı
Qafarlı (Qaffarov) Ramazan Oruc oğlu
Ramazan Qafarlı
Ramazan Qafarlı, 18 iyun 2020-ci il.
Doğum tarixi 17 iyun 1951(1951-06-17)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
İş yeri AMEA Folklor İnstitutu
Elmi dərəcəsi filologiya üzrə elmlər doktoru
Elmi adı professor
Təhsili

V.İ.Lenin adına Azərbaycan Pedaqoji institutu (1970–1974)

V.İ.Lenin adına Azərbaycan Pedaqoji institutu, əyani aspirantura (1984–)
facebook səhifəsi

Ramazan Qafarlı (Qaffarov) — tanınmış folklorşünas alim, filologiya üzrə elmlər doktoru, Azərbaycan Pedaqoji Universitetinin dünya ədəbiyyatı tarixi kafedrasının professoru və həmin universitetin Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzinin müdiri.

Haqqında məlumatlar

17 iyun 1951-ci il tarixdə Nuxada (indiki Şəki), sənətkar ailəsində anadan olub.

1963-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.

Təhsili

1958 – 1963-ci illərdə Nuxa şəhər 7 №-li orta məktəbində,

1963 – 1968-ci illərdə Bakı şəhər 39 №-li orta məktəbində təhsil alıb.

1970 – 1974-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.

1984-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun əyani aspiranturasına daxil olub.

2003-cü ilin oktyabrdan 2004-cü ilin fevralınadək Rusiyanın Sankt-Peterburq şəhərində doktorluq stajirovkası keçib.

Əmək fəaliyyəti

1974 – 1977-ci illərdə bir müddət (Estoniyada, Sovet Ordusunda həqiqi hərbi xidmət dövrü istisna olmaqla) V.İ.Lenin adına Azərbaycan Pedaqoji institutunda seçkili orqanlarda (əvvəl komsomol komitəsində katib, sonra həmkarlar ittifaqı təşkilatında sədr) işləyib.

1977 – 1981-ci illərdə SSRİ-nin Nikolayev, Xerson, Volqoqrad, Həştərxan, Kazan, Riqa və Leninqrad şəhərlərində iş icraçısı,

1981-ci ildə Bakı şəhər 204 №-li orta məktəbində müəllim vəzifəsində çalışıb.

1988-ci ildən yenidən V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda işləməyə başlayıb.

2021-ci il üçün Azərbaycan Pedaqoji Universitetinin dünya ədəbiyyatı tarixi kafedrasının professoru və Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzinin müdiridir.

Elmi fəaliyyəti

1988-ci ildə “Azərbaycan uşaq folkloru” mövzusunda namizədlik dissertasiyasını,

2010-cu ildə “Azərbaycan türklərinin mifologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

On altı dərs proqramının, səkkiz monoqrafiyanın, iki dərs vəsaitinin, bir neçə folklor toplusunun, o cümlədən “Mif və nağıl” (1999), “Azərbaycan mifologiyası” (2001), “Azərbaycan atalar sözləri, xalq mahnıları və dramlarının poetikası” (2001), “Folklor poetikası” (2001), “Azərbaycan uşaq folkloru və poetikası” (2002), “Mifologiya və folklorşünaslıq məsələləri” (2002), “Azərbaycan türklərinin mifologiyası” (2005), “Mif, nağıl və əfsanə” (epik ənənədə janrlararası əlaqə) (2004), eləcə də 300-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Ailəsi

Atası: Oruc dabbaq olub, Böyük Vətən müharibəsi iştirakçısı və əlili idi, 1956-cı ildə vəfat edib.

Anası Zərifə Məhəmməd qızı.

Digər

2003 – 2009-cu ilədək internetdə “Azərbaycan türk mifologiyası və folkloru” adlı azərbaycan, rus və ingilis dillərində saytı (Bax: arxiv versiyası) fəaliyyət göstərib.

Ssenarisi əsasında Dünya azərbaycanlılarının həmrəyliк gününə həsr olunan “Xanım, hey” bədii filmi, “Laylalar” bədii-etnoqrafik filmi çəkilib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Qafarlı Ramazan // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 322 — 324. — 1.000 nüsx.
  2. "Ramazan Oruc oğlu Qafarlı folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor". http://www.folklor.az/ (azərb.). AMEA Folklor İnstitutu. 22 Feb 2017 – 30 Jul 2020 tarixində arxivləşdirilib.