"Ramazan Qafarlı" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 60: | Sətir 60: | ||
===Əmək fəaliyyəti=== | ===Əmək fəaliyyəti=== | ||
− | 1974 – 1977-ci illərdə bir müddət (Estoniyada, Sovet Ordusunda həqiqi hərbi xidmət dövrü istisna olmaqla) V.İ.Lenin adına Azərbaycan Pedaqoji institutunda seçkili orqanlarda (əvvəl komsomol komitəsində katib, sonra həmkarlar ittifaqı təşkilatında sədr) | + | 1974 – 1977-ci illərdə bir müddət (Estoniyada, Sovet Ordusunda həqiqi hərbi xidmət dövrü istisna olmaqla) V.İ.Lenin adına Azərbaycan Pedaqoji institutunda seçkili orqanlarda işləyib (əvvəl komsomol komitəsində katib, sonra həmkarlar ittifaqı təşkilatında sədr). |
1977 – 1981-ci illərdə SSRİ-nin Nikolayev, Xerson, Volqoqrad, Həştərxan, Kazan, Riqa və Leninqrad şəhərlərində iş icraçısı, | 1977 – 1981-ci illərdə SSRİ-nin Nikolayev, Xerson, Volqoqrad, Həştərxan, Kazan, Riqa və Leninqrad şəhərlərində iş icraçısı, | ||
Sətir 68: | Sətir 68: | ||
1988-ci ildən yenidən V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda işləməyə başlayıb; | 1988-ci ildən yenidən V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda işləməyə başlayıb; | ||
− | 2021-ci il üçün | + | 2021-ci il üçün Azərbaycan Pedaqoji Universitetinin Dünya ədəbiyyatı tarixi kafedrasının professoru və “Dədə Qorqud” Elmi-Tədqiqat Mərkəzinin müdiridir. |
===Elmi fəaliyyəti=== | ===Elmi fəaliyyəti=== |
21:21, 16 iyun 2021 versiyası
Ramazan Qafarlı | |
---|---|
Qafarlı (Qaffarov) Ramazan Oruc oğlu | |
Ramazan Qafarlı, 18 iyun 2020-ci il. | |
Doğum tarixi | 17 iyun 1951 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
İş yeri |
Azərbaycan Pedaqoji Universiteti, Dünya ədəbiyyatı tarixi kafedrası (professor) Azərbaycan Pedaqoji Universiteti, “Dədə Qorqud” Elmi–Tədqiqat Mərkəzi (müdir) |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili |
V.İ.Lenin adına Azərbaycan Pedaqoji institutu (1970–1974) V.İ.Lenin adına Azərbaycan Pedaqoji institutu, əyani aspirantura (1984–) |
facebook səhifəsi |
Ramazan Qafarlı (Qaffarov) — tanınmış folklorşünas alim, filologiya üzrə elmlər doktoru, Azərbaycan Pedaqoji Universitetinin Dünya ədəbiyyatı tarixi kafedrasının professoru və həmin universitetin “Dədə Qorqud” Elmi–Tədqiqat Mərkəzinin müdiri.
Haqqında məlumatlar
17 iyun 1951-ci il tarixdə Nuxada (indiki Şəki), sənətkar ailəsində anadan olub.
1963-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.
Təhsili
1958 – 1963-ci illərdə Nuxa şəhər 7 №-li orta məktəbində,
1963 – 1968-ci illərdə Bakı şəhər 39 №-li orta məktəbində,
1970 – 1974-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.
1984-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun əyani aspiranturasına daxil olub.
2003-cü ilin oktyabrdan 2004-cü ilin fevralınadək Rusiyanın Sankt-Peterburq şəhərində doktorluq stajirovkası keçib.
Əmək fəaliyyəti
1974 – 1977-ci illərdə bir müddət (Estoniyada, Sovet Ordusunda həqiqi hərbi xidmət dövrü istisna olmaqla) V.İ.Lenin adına Azərbaycan Pedaqoji institutunda seçkili orqanlarda işləyib (əvvəl komsomol komitəsində katib, sonra həmkarlar ittifaqı təşkilatında sədr).
1977 – 1981-ci illərdə SSRİ-nin Nikolayev, Xerson, Volqoqrad, Həştərxan, Kazan, Riqa və Leninqrad şəhərlərində iş icraçısı,
1981-ci ildən Bakı şəhər 204 №-li orta məktəbində müəllim vəzifəsində çalışıb.
1988-ci ildən yenidən V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda işləməyə başlayıb;
2021-ci il üçün Azərbaycan Pedaqoji Universitetinin Dünya ədəbiyyatı tarixi kafedrasının professoru və “Dədə Qorqud” Elmi-Tədqiqat Mərkəzinin müdiridir.
Elmi fəaliyyəti
1988-ci ildə “Azərbaycan uşaq folkloru” mövzusunda namizədlik dissertasiyasını,
2010-cu ildə “Azərbaycan türklərinin mifologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
On altı dərs proqramının, səkkiz monoqrafiyanın, iki dərs vəsaitinin, bir neçə folklor toplusunun, o cümlədən “Mif və nağıl” (1999), “Azərbaycan mifologiyası” (2001), “Azərbaycan atalar sözləri, xalq mahnıları və dramlarının poetikası” (2001), “Folklor poetikası” (2001), “Azərbaycan uşaq folkloru və poetikası” (2002), “Mifologiya və folklorşünaslıq məsələləri” (2002), “Azərbaycan türklərinin mifologiyası” (2005), “Mif, nağıl və əfsanə” (epik ənənədə janrlararası əlaqə) (2004), eləcə də 300-dən çox elmi-publisistik məqalənin müəllifidir.
Ailəsi
Atası: Oruc dabbaq olub, Böyük Vətən müharibəsi iştirakçısı və əlili idi, 1956-cı ildə vəfat edib.
Anası Zərifə Məhəmməd qızı.
Digər
2003 – 2009-cu ilədək internetdə “Azərbaycan türk mifologiyası və folkloru” adlı azərbaycan, rus və ingilis dillərində saytı (Bax: arxiv versiyası) fəaliyyət göstərib.
Ssenarisi əsasında Dünya azərbaycanlılarının həmrəyliк gününə həsr olunan “Xanım, hey” bədii filmi, “Laylalar” bədii-etnoqrafik filmi çəkilib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Qafarlı Ramazan // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 322 — 324. — 1.000 nüsx.
- "Ramazan Oruc oğlu Qafarlı folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor". http://www.folklor.az/ (azərb.). AMEA Folklor İnstitutu. 22 Feb 2017 – 30 Jul 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış şair və yazıçılar
- 17 iyunda doğulanlar
- İyunda doğulanlar
- 1951-ci ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə