"Mərahim Fərzəlibəyov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 66: | Sətir 66: | ||
* [[:az:Sən həmişə bizimləsən (film, 1997)|Sən həmişə bizimləsən (film, 1997)]]; | * [[:az:Sən həmişə bizimləsən (film, 1997)|Sən həmişə bizimləsən (film, 1997)]]; | ||
* [[:az:Qırmızı qar (film, 1998)|Qırmızı qar (film, 1998)]]; | * [[:az:Qırmızı qar (film, 1998)|Qırmızı qar (film, 1998)]]; | ||
− | * [[:az: | + | * [[:az:Şərqdən doğan günəş (film, 2008) |Şərqdən doğan günəş (film, 2008) ]]; |
* [[:az:Bizim qəribə taleyimiz (film, 2005)|Bizim qəribə taleyimiz (film, 2005)]]. | * [[:az:Bizim qəribə taleyimiz (film, 2005)|Bizim qəribə taleyimiz (film, 2005)]]. | ||
13:28, 7 sentyabr 2021 versiyası
Mərahim Fərzəlibəyov | |
---|---|
Fərzəlibəyov Mərahim Fərzəli oğlu | |
Mərahim Fərzəlibəyov, 2015-ci il. | |
Doğum tarixi | 26 iyun 1949 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ, |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Uşağı | Samir Mərahim oğlu Fərzəlibəyov |
Atası | Fərzəli Mustafa oğlu Fərzəlibəyov |
Peşəsi | teatr rejissoru |
Təhsili | Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafıya İnstitutu(ru), rejissorluq fakültəsi (1970–1975) |
Mükafatları |
|
IMDb | ID 1076526 |
Mərahim Fərzəlibəyov — Bakı Bələdiyyə Teatrının rejissoru, Azərbaycan Respublikasının xalq artisti.
Haqqında məlumatlar
26 iyun 1949-cu il tarixdə Bakıda anadan olub.
Təhsili
1966-cı ildə Bakıda 56 saylı orta məktəbi bitirib.
1970 – 1975-ci illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafıya İnstitutunun(ru) rejissorluq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1966 – 1970-ci illərdə əvvəlcə Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-laborant, sonra Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, daha sonra 26-lar Mədəniyyət sarayında “Şəfəq” pioner dram dərnəyinin rəhbəri,
1975 – 1977-ci illərdə təyinatla M.Y.Lermontov adına Respublika Rus Dram Teatrında (Qroznı, Çeçen-İnquş MSSR, RSFSR, SSRİ) quruluşçu rejissor,
1977 – 1981-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor,
1981 – 2006-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı/Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor,
2006 – 2012-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor vəzifəsində çalışıb.
2012-ci ildən Bakı Bələdiyyə Teatrının rejissorudur.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar artisti” fəxri adı (1982);
- “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı (2000);
- “Şöhrət” ordeni (2019).
Ailəsi
- Atası: Fərzəli Mustafa oğlu Fərzəlibəyov 1915-ci ildə Nuxada anadan olmuşdur.
- Oğlu: Samir Mərahim oğlu Fərzəlibəyov, rejissordur, 2010-cu ildə İstanbulda fəaliyyət göstərən Avropa Qəzetçilər Dərnəyinin (AQD) keçirdiyi müsabiqədə “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Fərzəlibəyov Mərahim // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 143-146. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
Filmoqrafiya
- Qəm pəncərəsi (film, 1986);
- O dünyadan salam (film, 1991);
- Mənim ağ şəhərim (film, 1993);
- Canavar balası (film, 1997);
- Sən həmişə bizimləsən (film, 1997);
- Qırmızı qar (film, 1998);
- Şərqdən doğan günəş (film, 2008) ;
- Bizim qəribə taleyimiz (film, 2005).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış teatr xadimləri
- 26 iyunda doğulanlar
- İyunda doğulanlar
- 1949-cu ildə doğulanlar
- Azərbaycan SSR əməkdar artistləri
- Azərbaycan Respublikasının xalq artistləri
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Teatr xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə