"Məmməd Rəşidov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 39: | Sətir 39: | ||
1943 – 1945-ci illərdə Böyük Vətən müharibəsində zabit kimi iştirak edib, bir sıra orden medallarla təltif olunub. | 1943 – 1945-ci illərdə Böyük Vətən müharibəsində zabit kimi iştirak edib, bir sıra orden medallarla təltif olunub. | ||
− | 1945 – 1946-cı illərdə Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində Sovet ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində | + | 1945 – 1946-cı illərdə Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində Sovet ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləyib. |
1947-ci ildə Azərbaycan SSR {{KP MK}}-nın göndərişi ilə Moskvada İctimai Elmlər Akademiyasının Ədəbiyyat tarixi və nəzəriyyəsi kafedrasının aspiranturasında təhsil alıb; lakin orada siyasi təzyiqlərə məruz qaldığından başa çatdırdığı namizədlik dissertasiyasını müdafiə etməsinə imkan verilməyib. | 1947-ci ildə Azərbaycan SSR {{KP MK}}-nın göndərişi ilə Moskvada İctimai Elmlər Akademiyasının Ədəbiyyat tarixi və nəzəriyyəsi kafedrasının aspiranturasında təhsil alıb; lakin orada siyasi təzyiqlərə məruz qaldığından başa çatdırdığı namizədlik dissertasiyasını müdafiə etməsinə imkan verilməyib. |
20:07, 15 aprel 2020 versiyası
Məmməd Rəşidov | |
---|---|
Rəşidov Məmməd İsmayıl oğlu | |
Məmməd Rəşidov | |
Doğum tarixi | 27 yanvar 1916 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 29 dekabr 1988 (72 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlıq | SSRİ |
İş yeri | Azərbaycan Pedaqoji İnstitutu |
Elmi adı | dosent |
Təhsili | Nuxa pedaqoji fəhlə fakültəsi (1932 –?); Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu (? – 1937); İctimai Elmlər Akademiyasının Ədəbiyyat tarixi və nəzəriyyəsi kafedrası, aspirantura (Moskva) (1947 – ?) |
Mükafatları |
Məmməd Rəşidov (Rəşidov Məmməd İsmayıl oğlu; d. 27 yanvar 1916-cı il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası — ö. 29 dekabr 1988-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alım, bir sıra elmi və elmi-tənqidi məqalələrin, o cümlədən, 1981-ci ildə çap olunmuş “M.Qorki və bədii yaradıcılıq məsələləri” adlı monoqrafiyanın müəllifidir. Azərbaycan Pedaqoji İnstitutunun Elmi kommunizm kafedrasında dosent və s. vəzifələrdə çalışıb.
Haqqında məlumatlar
1916-cı ildə Nuxada anadan olub.
1932-ci ildə orta məktəbi bitirib və Nuxa pedaqoji fəhlə fakültəsində təhsil almağa başlayıb.
Nuxa pedaqoji fəhlə fakültəsini bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsində davam etdirib.
1937 – 1939-cu illərdə Nuxa Pedaqoji Texnikumunda müəllim və tədris hissəsi üzrə direktor müavini vəzifəsində çalışıb.
1939 – 1940-cı illərdə hərbi xidmətdə olub.
1943 – 1945-ci illərdə Böyük Vətən müharibəsində zabit kimi iştirak edib, bir sıra orden medallarla təltif olunub.
1945 – 1946-cı illərdə Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində Sovet ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləyib.
1947-ci ildə Azərbaycan SSR KP MK-nın göndərişi ilə Moskvada İctimai Elmlər Akademiyasının Ədəbiyyat tarixi və nəzəriyyəsi kafedrasının aspiranturasında təhsil alıb; lakin orada siyasi təzyiqlərə məruz qaldığından başa çatdırdığı namizədlik dissertasiyasını müdafiə etməsinə imkan verilməyib.
1952-ci ildə Nuxaya qayıdıb.
1957-ci ildən Azərbaycan Pedaqoji İnstitutunun Fəlsəfə kafedrasında baş müəllim vəzifəsində işləməyə başlayıb; 1973-cü ildən ömrünün sonuna qədər – 1988-ci ilə qədər isə Elmi kommunizm kafedrasında dosent vəzifəsində işləyib, o cümlədən, 1967 – 1974-cü illərdə bu kafedranın ilk partiya təşkilatının sədri olub.
Elmi fəaliyyəti
1981-ci ildə çap olunmuş “M.Qorki və bədii yaradıcılıq məsələləri” monoqrafiyasının, müxtəlif illərdə “İnqilab və mədəniyyət”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan”, “Rus dili qeyri rus dilli məktəblərdə”, “Ədəbiyyat və incəsənət” və s. jurnal və qəzetlərdə dərc olunmuş elmi, elmi-tənqidi və metodik məqalələrin müəllifidir. N.Poqodinin “Kreml saatı” əsərini rus dilindən azərbaycan dilinə tərcümə edib.
Mükafatları
- “Vətən Müharibəsi” ordeni, II dərəcəli (SSRİ);
- “Vətən Müharibəsi” ordeni, I dərəcəli (SSRİ);
- “İgidliyə görə" medalı” (SSRİ);
- “Azərbaycan maarif əlaçısı” döş nişanı;
- “Əmək veteranı” medalı.
Ailəsi
Həyat yoldaşı:
Münəvvər Rəşidova (Qaragözova) Mürsəl bəy qızı (1921 – 2002).
Evladları:
- Rəna Rəşidova (1939 – 2019);
- Rəşad Rəşidov (14 avqist 1946) – 1960-cı ildə Bakı Energetika texnikumuna daxil olub. Hərbi xidmət borcunu yerinə yetirdikdən sobra 1969 – 1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunda təhsil alıb. 1979 – 1981-ci illərdə Şəkidə peşə məktəbinin müdiri olub. 1981 – 1985-ci illərdə Şəki Xalq Nəzarəti şöbəsində inspektor işləyib. 1991-ci ildən Şəki şəhərindəki 91 səyli peşə məktəbininin direktoru vəzifəsində işləməyə başlayıb. 2020-ci il üçün Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşıdır.
- Şəmsa Rəşidova
- Namiq Rəşidov
- Mübariz Rəşidov (1951), elmlər namizədidir və Hərbi Akadenmiyanın proffessordur.
- Səadət Zeynalova
- Afaq Rəşidova
- Azər Rəşidov
Rəşidovların nəsil şəcərəsi
Rəşidovların nəsil şəcərəsi
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).
Mənbə
- Ələşrəf Məmmədov, Fikrət Xalıqov. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 464-465.
- Ş
- 1916-cı ildə doğulanlar
- 27 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 29 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1988-ci ildə vəfat edənlər
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- I dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Azərbaycan alimləri
- Nuxada doğulanlar