"İradə Rövşən" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Vəfatı) |
(→Vəfatı) |
||
Sətir 100: | Sətir 100: | ||
30 sentyabr 2014-cü il tarixdə – 46 yaşında, uzun sürən xəstəlikdən sonra [[Şəki|Şəkidə]] vəfat edib. | 30 sentyabr 2014-cü il tarixdə – 46 yaşında, uzun sürən xəstəlikdən sonra [[Şəki|Şəkidə]] vəfat edib. | ||
− | {{ | + | {{Yoxlanılmış məqalə}} |
[[arz:ايراد روڤسن]][[az:İradə Rövşən]][[en:Irada Rovshan]][[et:İradə Rövşən]] | [[arz:ايراد روڤسن]][[az:İradə Rövşən]][[en:Irada Rovshan]][[et:İradə Rövşən]] |
13:14, 29 sentyabr 2021 versiyası
İradə Rövşən | |
---|---|
Abdullayeva İradə Rövşən qızı | |
İradə Rövşən. |
İradə Rövşən (1968–2014) — memarlıq elmləri namizədi, AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi və folklorşünaslıq və el sənətləri laboratoriyasının müdiri.
Haqqında məlumatlar
15 may 1968-ci il tarixdə Zaqatalada anadan olub.
Təhsili
1975 – 1985-ci illərdə Zaqataladakı 2 saylı rus orta məktəbində təhsil alıb.
X sinifdə oxuyarkən həm də Leninqrad (İndiki Sankt-Peterburq) Mühəndis-İnşaat İnstitutunun hazırlıq kursunu qiyabi bitirib.
1990-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti
1991 – 1998-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində laborant, baş laborant və kiçik elmi işçi vəzifələrində çalışıb.
1998 – 2004-cü illərdə Sankt-Peterburq şəhərində yaşayıb və işləyib.
2004-cü ildə yenidən Şəkiyə qayıdıb və AMEA Şəki Regional Elmi Mərkəzində əvvəlki işinə bərpa edilib.
2007-ci ildə memarlıq elmləri namizədi elmi dərəcəsi aldıqdan sonra AMEA Şəki Regional Elmi Mərkəzin elmi katıb təyin edilib və 2013-cü ilədək bu vəzifədə çalışıb.
Elmi fəaliyyəti
2007-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin ixtisaslaşdırılmış Elmi Şurasında “Şəki yaşayış evlərinin interyeri” mövzusunda dissertasiya müdafıə edərək memarlıq elmləri namizədi (memarlıq üzrə fəlsəfə doktoru) elmi dərəcəsi alıb.
AMEA Şəki Regional Elmi Mərkəzində işlədiyi müddətdə Azərbaycanda, eləcə də xarici ölkələrdə çoxsaylı elmi məqalələri dərc olunub; o cümlədən, 2008-ci ildə “Şəki yaşayış evlərinin interyeri (XVIII əsrin axırı-XX əsrin əvvəlləri)” kitabı çapdan çıxıb.
Şəki Regional Elmi Mərkəzinin folklorşünaslıq və el sənətləri laboratoriyasına rəhbərlik ona həvalə edilmiş, Mərkəzdə memarlıq və folklorşünaslıq haqqında dərc edilən bütün kitablarda əməyi olmuşdur.
“Şəki bələdiyyəsi” qəzeti ilə uzun müddət əməkdaşlıq etmiş, qəzetin müxtəlif saylarında elmi-publisistik məqalələri dərc olunmuşdur.
Əsas elmi nailiyyətləri
- Şəki yaşayış evlərinin interyeri (XVIII əsrin sonu XIX əsrin əvvəlləri), Bakı: “Elm”, 2008.- 152 s.(azərbaycan və rus dillərində).
- Balakən-Şəki bölgəsinin folklor və el sənətləri nümunələrinin toplanması və tədqiqi.
Elmi əsərləri
- Интерьер народного жилья г. Шеки, значение его традиций в формировании личности человека. Баку, Урбанизм. №8, 2005, с. 127-133.
- Блеск родного стиля. Известия педагогического университета №2; Баку, АГПУ, 2005, с. 440-446.
- Дом-музей М.Ф. Ахундова. Memarlıq, şəhersalma tarixi və berpası. ŞBMA. Баку, toplu № 5, c. 105-109.
- Из прошлого в настоящее. Tedqiqler.: № 1, Баку, 2005, с. 329-336.
- О бухаре, меджвеи и подносах. Tedqiqler.: №3, Баку, 2004, с. 285-290.
- Еще раз заглянем в зеркала. Фольклор и этнография.: 2004, № 03, с. 28-31.
- Джеджим. Elm ve həyat.: № 6, Баку, 2004, с. 33-34.
- İki əsrin yadigarı. Elm və həyat.: № 1-1, Bakı, 2002, səh. 20-21.
- Об интерьере жилых домов города Шеки. Фольклор и этнография.: Баку, 2004, № 04, стр. 67-71.
- Вышивка «тякалдуз» в интерьере шекинского жилья. Фольклор и этнография.: Баку, 2005, № 02, с. 64-69.
- Güzgülərə bir də baxaq. Qobustan.: Bakı, № 2, 2005, с. 38-40.
- Дом усты Юсифа Гаджи Лятиф оглы. Урбанизм. Баку.
- Şəkinin qədim və çağdaş həyət hasarları, darvazaları. Folklor və Etnoqrafiya.:2008, № 3-4, səh. 82-88.
- Şəki. Gələrsən-görərsən.: 2008,
- Tarixi yaradan və yaşadan daşlar. Folklor və Etnoqrafiya.:2009, № 2, səh. 53-58.
- Dahilərin ömür yolu (oçerklər, xatirələr). Tərtibçilər: Zəkəriyyə Əlizadə, İradə Rövşən. Bakı: “Elm və təhsil”, 2010, 416 səh.
- Canlı muzeylər. Folklor və Etnoqrafiya.:2011, № 02, səh. 22-26
- Şəki özü bir memarlıq abidəsidir. Folklor və Etnoqrafiya.:2012, № 01, səh. 61-66
- Şəki. Qobustan.: Bakı, № 1, 2012
- Градостроительство и архитектура г.Шеки в период развития шелководства (XVIII-XX в.в.). Фундаментальные и прикладные проблемы науки. М.: РАН, 2012 г.
- Şəki Regional Elmi Mərkəzi: tarixə çevrilən 40 il. “Apostroff”, Bakı-2012. (kitabın həmmüəllifi)
- «Bədii-estetik təfəkkurun formalaşmasi vacibdir» – “Şəki fəhləsi”. qəzeti. № 78(10,747) 1991.
- «Memarliq ənənələrini davam etdirək» – “Şəki fəhləsi” qəzeti. 23.02.1991.
- «Cecim» – Elm və həyat.:Bakı, №6, 2004.
- «Блеск родного стиля». – Pedaqoji Universitetin Xəbərləri, №2; Bakı, ADPU, 2005.
- “Şəki Bələdiyyəsi” qəzetində dərc olunmuş elmi-publisistik məqalələri
Təltif və mükafatları
- 2008-ci ildə İradə Rövşən Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən elmin inkişafına göstərdiyi xidmətlərə görə “İlin qalibi” adı.
- 2012-ci ildə Şəki Regional Elmi Mərkəzinin 40-illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Fəxri fərman”.
Vəfatı
30 sentyabr 2014-cü il tarixdə – 46 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.
.