Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

İradə Rövşən

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
İradə Rövşən
Abdullayeva İradə Rövşən qızı
İradə Rövşən
İradə Rövşən.
Doğum tarixi 15 may 1968(1968-05-15)
Doğum yeri Zaqatala, Zaqatala rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 30 sentyabr 2014 (46 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Xoçik qəbiristanlığı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi memarlıq, folklorşünaslıq
İş yeri Azərbaycan MEA AMEA Şəki Regional Elmi Mərkəzi
Elmi dərəcəsi Memarlıq elmləri namizədi
Elmi adı Laboratoriya rəhbəri
Təhsili Azərbaycan Memarlıq və İnşaat Universiteti, memarlıq fakültəsi (–1990)
Mükafatları

 • Şəki Şəhər İcra Hakimiyyətinin “İlin qalibi” diplomu (2008)

 • AMEA-nın fəxri Fərmanı (2012)

İradə Rövşən (1968–2014) — memarlıq elmləri namizədi, AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi və folklorşünaslıq və el sənətləri laboratoriyasının müdiri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

15 may 1968-ci il tarixdə Zaqatalada anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1975 – 1985-ci illərdə Zaqataladakı 2 saylı rus orta məktəbində təhsil alıb.

X sinifdə oxuyarkən həm də Leninqrad (İndiki Sankt-Peterburq) Mühəndis-İnşaat İnstitutunun hazırlıq kursunu qiyabi bitirib.

1990-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1991 – 1998-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində laborant, baş laborant və kiçik elmi işçi vəzifələrində çalışıb.

1998 – 2004-cü illərdə Sankt-Peterburq şəhərində yaşayıb və işləyib.

2004-cü ildə yenidən Şəkiyə qayıdıb və AMEA Şəki Regional Elmi Mərkəzində əvvəlki işinə bərpa edilib.

2007-ci ildə memarlıq elmləri namizədi elmi dərəcəsi aldıqdan sonra AMEA Şəki Regional Elmi Mərkəzin elmi katıb təyin edilib və 2013-cü ilədək bu vəzifədə çalışıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

2007-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin ixtisaslaşdırılmış Elmi Şurasında “Şəki yaşayış evlərinin interyeri” mövzusunda dissertasiya müdafıə edərək memarlıq elmləri namizədi (memarlıq üzrə fəlsəfə doktoru) elmi dərəcəsi alıb.

AMEA Şəki Regional Elmi Mərkəzində işlədiyi müddətdə Azərbaycanda, eləcə də xarici ölkələrdə çoxsaylı elmi məqalələri dərc olunub; o cümlədən, 2008-ci ildə “Şəki yaşayış evlərinin interyeri (XVIII əsrin axırı-XX əsrin əvvəlləri)” kitabı çapdan çıxıb.

Şəki Regional Elmi Mərkəzinin folklorşünaslıq və el sənətləri laboratoriyasına rəhbərlik ona həvalə edilmiş, Mərkəzdə memarlıq və folklorşünaslıq haqqında dərc edilən bütün kitablarda əməyi olmuşdur.

“Şəki bələdiyyəsi” qəzeti ilə uzun müddət əməkdaşlıq etmiş, qəzetin müxtəlif saylarında elmi-publisistik məqalələri dərc olunmuşdur.

Əsas elmi nailiyyətləri[redaktə | HTML redaktə]

  • Şəki yaşayış evlərinin interyeri (XVIII əsrin sonu XIX əsrin əvvəlləri), Bakı: “Elm”, 2008.- 152 s.(azərbaycan və rus dillərində).
  • Balakən-Şəki bölgəsinin folklor və el sənətləri nümunələrinin toplanması və tədqiqi.
Elmi əsərləri və məqalələri
Elmi əsərləri[redaktə | HTML redaktə]
  1. Интерьер народного жилья г. Шеки, значение его традиций в формировании личности человека. Баку, Урбанизм. №8, 2005, с. 127-133.
  2. Блеск родного стиля. Известия педагогического университета №2; Баку, АГПУ, 2005, с. 440-446.
  3. Дом-музей М.Ф. Ахундова. Memarlıq, şəhersalma tarixi və berpası. ŞBMA. Баку, toplu № 5, c. 105-109.
  4. Из прошлого в настоящее. Tedqiqler.: № 1, Баку, 2005, с. 329-336.
  5. О бухаре, меджвеи и подносах. Tedqiqler.: №3, Баку, 2004, с. 285-290.
  6. Еще раз заглянем в зеркала. Фольклор и этнография.: 2004, № 03, с. 28-31.
  7. Джеджим. Elm ve həyat.: № 6, Баку, 2004, с. 33-34.
  8. İki əsrin yadigarı. Elm və həyat.: № 1-1, Bakı, 2002, səh. 20-21.
  9. Об интерьере жилых домов города Шеки. Фольклор и этнография.: Баку, 2004, № 04, стр. 67-71.
  10. Вышивка «тякалдуз» в интерьере шекинского жилья. Фольклор и этнография.: Баку, 2005, № 02, с. 64-69.
  11. Güzgülərə bir də baxaq. Qobustan.: Bakı, № 2, 2005, с. 38-40.
  12. Дом усты Юсифа Гаджи Лятиф оглы. Урбанизм. Баку.
  13. Şəkinin qədim və çağdaş həyət hasarları, darvazaları. Folklor və Etnoqrafiya.:2008, № 3-4, səh. 82-88.
  14. Şəki. Gələrsən-görərsən.: 2008,
  15. Tarixi yaradan və yaşadan daşlar. Folklor və Etnoqrafiya.:2009, № 2, səh. 53-58.
  16. Dahilərin ömür yolu (oçerklər, xatirələr). Tərtibçilər: Zəkəriyyə Əlizadə, İradə Rövşən. Bakı: “Elm və təhsil”, 2010, 416 səh.
  17. Canlı muzeylər. Folklor və Etnoqrafiya.:2011, № 02, səh. 22-26
  18. Şəki özü bir memarlıq abidəsidir. Folklor və Etnoqrafiya.:2012, № 01, səh. 61-66
  19. Şəki. Qobustan.: Bakı, № 1, 2012
  20. Градостроительство и архитектура г.Шеки в период развития шелководства (XVIII-XX в.в.). Фундаментальные и прикладные проблемы науки. М.: РАН, 2012 г.
  21. Şəki Regional Elmi Mərkəzi: tarixə çevrilən 40 il. “Apostroff”, Bakı-2012. (kitabın həmmüəllifi)
  22. «Bədii-estetik təfəkkurun formalaşmasi vacibdir» – “Şəki fəhləsi”. qəzeti. № 78(10,747) 1991.
  23. «Memarliq ənənələrini davam etdirək» – “Şəki fəhləsi” qəzeti. 23.02.1991.
  24. «Cecim» – Elm və həyat.:Bakı, №6, 2004.
  25. «Блеск родного стиля». – Pedaqoji Universitetin Xəbərləri, №2; Bakı, ADPU, 2005.
  26. “Şəki Bələdiyyəsi” qəzetində dərc olunmuş elmi-publisistik məqalələri

Təltif və mükafatları[redaktə | HTML redaktə]

  • Şəki Şəhər İcra Hakimiyyətinin “İlin qalibi” diplomu – elmin inkişafına göstərdiyi xidmətlərə görə (2008);
  • Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı – Şəki Regional Elmi Mərkəzinin 40 illik yubileyi ilə əlaqədar (2012).

Vəfatı[redaktə | HTML redaktə]

30 sentyabr 2014-cü il tarixdə – 46 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.