Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Fərrux Həmidzadə" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 76: Sətir 76:
  
 
===İctimai-siyasi fəaliyyəti===
 
===İctimai-siyasi fəaliyyəti===
1957-ci ildə Nuxa Rayon Sovetinin [[Nuxa Rayon Sovetinə seçilmiş deputatların siyahısı (1957-ci il)| deputatı]] seçilib.
+
1950-ci ildə və 1957-ci ildə Nuxa Rayon Sovetinə deputat seçilib.
  
 
===Vəfatı===
 
===Vəfatı===

22:22, 20 noyabr 2022 versiyası

Fərrux Həmidzadə
Həmidzadə Fərrux Yunus oğlu
Fərrux Həmidzadə
Fərrux Həmidzadə.
Anadan olub 11 aprel 1913(1913-04-11)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 1 may 1974 (61 yaşında)
Vəfat etdiyi yer Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Aişə
Uşaqları Dinar, Şəfəq, Nigar
Atası Yunus
Anası Xatın
Təhsili

 • Nuxa Kənd Təsərrüfatı Texnikumunu

 • Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1932–1937)
Mükafatları "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı
"Döyüş xidmətlərinə görə" medalı — 1942"Qafqazın müdafiəsinə görə" medalı — 1944"Qırmızı Ulduz" ordeni — 1944I dərəcəli "Vətən Müharibəsi" ordeni — 1945"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945"İgidliyə görə" medalı

Fərrux Həmidzadə (1913–1974) — tanınmış həkim-cərrah, Böyük Vətən müharibəsi iştirakçısı, tibb xidməti polkovniki, Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi.

Haqqında məlumatlar

11 aprel 1913-cü il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.

Təhsili

Nuxada yeddillik məktəbi və

Nuxa Kənd Təsərrüfatı Texnikumunu bitirib.

1932 – 1937-ci illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

Şəki Mərkəzi Rayon Xəstəxanasının həkim və feldşerləri xəstəxananın baş həkimi Fərrux Həmidzadənin kabinetində (soldan: Samiyə Ocaqova, Vəhyəddin Səlimov, Gülü İlyasov (feldşer, ayaq üstə), Əsəd Məmmədov, Cabbar, Rövşən (feldşer), Adilə, Nəsib Əbdürrəhmanov, Fərrux Həmidzadə (baş həkim), Cavahir Abbasova, Sabir Həmidov), 1973-cü il.

Nuxa Kənd Təsərrüfatı Texnikumunu bitirdikdən sonra 1932-ci ilədək Nuxa rayonunun Baş Zəyzid kəndində aqronom,

1937 – 1941-ci illərdə əvvəl bir müddət Gədəbəy rayon xəstəxanasında, sonra isə Qax rayon xəstəxanasında baş həkim,

1945 – 1948-ci illərdə Nuxa şəhər mərkəzi xəstəxanasında cərrah,

1948 – 1963-cü illərdə Nuxa rayon səhiyyə şöbəsinin müdiri,

1963 – 1968-ci illərdə Nuxa şəhər sanitar xəstəxanasının,

1968 – 1974-cü illərdə Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Hərbi xidmətdə

1944-cü ildə Fərrux Həmidzadənin “Qırmızı Ulduz” ordenini ilə təltif edilməsi üçün tərtib edilmiş təqdimat.

Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısıdır. 1945-ci ildə polkovnik rütbəsi ildə ordudan tərxis olunub.

Təltif və mükafatları

İctimai-siyasi fəaliyyəti

1950-ci ildə və 1957-ci ildə Nuxa Rayon Sovetinə deputat seçilib.

Vəfatı

1 may 1974-cü il tarixdə – 61 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

Övladları: Dinar – anestezioloq-reanimatoloq, Şəfəq – göz həkimi, NigarŞəki Şəhər Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi.

Ədəbiyyat

  1. Гамидзаде Фаррух Юнус-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 19.07.2021.
  2. Гамид-заде Фаррух Юнус-оглы : Картотека награждений : [arx. 22.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 22.07.2021.
  3. Mete Ə. Doktor Həmidzadə // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 342-343. — 500 nüsx.
  4. Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (II hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.
  5. Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (III hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.