"Qiymət Məhərrəmli" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 6: | Sətir 6: | ||
|Şəkil = Qiymət Məhərrəmli2.jpg | |Şəkil = Qiymət Məhərrəmli2.jpg | ||
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = | ||
− | |Şəklin izahı = Qiymət Məhərrəmli | + | |Şəklin izahı = Qiymət Məhərrəmli. |
|Doğum tarixi = {{doğum tarixi və yaşı|1963|12|2}} | |Doğum tarixi = {{doğum tarixi və yaşı|1963|12|2}} | ||
|Doğum yeri = [[Vərəzət]], Vartaşen rayonu<ref name=Q1 group=qeyd/>, {{AzSSR}}, {{SSRİ}} | |Doğum yeri = [[Vərəzət]], Vartaşen rayonu<ref name=Q1 group=qeyd/>, {{AzSSR}}, {{SSRİ}} |
10:34, 1 dekabr 2021 versiyası
Qiymət Məhərrəmli | |
---|---|
Məhərrəmli Qiymət Məmmədiyə qızı | |
Qiymət Məhərrəmli | |
Qiymət Məhərrəmli. | |
Doğum tarixi | 2 dekabr 1963 |
Doğum yeri | Vərəzət, Vartaşen rayonu[qeyd 1], Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | filologiya üzrə fəlsəfə doktoru |
İş yeri | AMEA Folklor İnstitutu, Güney Azərbaycan folkloru şöbəsi (böyük elmi işçi) |
Təhsili |
• Bakı Məktəbəqədər Pedaqoji Texnikumu (1993–1995) • Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini, filologiya fakültəsi, bakalavriatura (1995–2000) • Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini, filologiya fakültəsi, magistratura (2000–2002) |
facebook səhifəsi |
Qiymət Məhərrəmli — filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun Güney Azərbaycan folkloru şöbəsinin böyük elmi işçisi; şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Haqqında məlumatlar
2 dekabr 1963-cü il tarixdə Vartaşen rayonunun[qeyd 1] Vərəzət kəndində anadan olub.
Təhsili
1995-ci ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunu bitirib.
1995 – 2000-ci illərdə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin bakalavriatında,
2000 – 2002-ci illərdə isə magistraturasında təhsil alıb.
Əmək fəaliyyəti
1998 – 2001-ci illərdə “Maarifçi” qəzetində əvvəl şöbə müdiri, sonra isə baş redaktor vəzifəsində çalışıb.
2001 – 2014-cü illərdə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda işləyib; o cümlədən, əvvəl böyük laborant, sonra kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsini tutub.
2014-cü ildən AMEA Folklor İnstitutunun Güney Azərbaycan folkloru şöbəsinin böyük elmi işçisidir.
Elmi fəaliyyəti
2007-ci ildə «Şahin Fazil “Divan”ı və klassik ədəbi ənənələr» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Ədəbi yaradıcılığı
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Azərbaycan dilində 7 şeir kitabı (altısı Bakıda, biri Sankt-Peterburqda), rus dilində (Gürcüstanda) və İranda ərəb əlifbası ilə şeir kitabları çap olunub.
Digər
2008-ci ildən “Elimiz.Günümüz” adlı elmi-ədəbi, mədəni-kütləvi müstəqil qəzetin təsisçisi və baş redaktoru,
2015-ci ildə nəşrə başlayan “Yurd yaddaşı” adlı türkoloji jurnalın redaktorudur.
Ailəsi
Ailəlidir, 3 oğlu var.
Qeydlər
- ↑ 1,0 1,1 1963-cü ilin mart ayında Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Məhərrəmli Qiymət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 365-366. — 1.000 nüsx.
- "Məhərrəmli Qiymət Məmmədiyə qızı, filologiya üzrə fəlsəfə doktoru". http://www.folklor.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu. 9 Jul 2018 – 7 Feb 2020 tarixində arxivləşdirilib.
- "Folklor İnstitutunun fəlsəfə doktorları/Məhərrəmli Qiymət Məmmədiyə qızı". http://www.science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 14 Apr 2018 – 26 Oct 2020 tarixində arxivləşdirilib.
- Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; “Nurlar”, Bakı - 2011.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Q
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 2 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 1963-cü ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə