Sabir Məmmədov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 4: Sətir 4:
  |Orijinal adı        = ''Məmmədov Sabir Niyaz oğlu'' <br> ({{dil-ru|Мамедов Сабир Ниязович}})
  |Orijinal adı        = ''Məmmədov Sabir Niyaz oğlu'' <br> ({{dil-ru|Мамедов Сабир Ниязович}})
  |Şəkil                = Sabir_Məmmədov.jpg
  |Şəkil                = Sabir_Məmmədov.jpg
  |Şəkil məlumat        = Sabir Məmmədov, 2015-ci il
  |Şəkil məlumat        = Sabir Məmmədov, 2015-ci il.
  |Doğum tarixi        = {{Doğum tarixi və yaşı|1968|12|6}}
  |Doğum tarixi        = {{Doğum tarixi və yaşı|1968|12|6}}
  |Doğum yeri          = [[Şəki]], {{AzSSR}}, {{SSRİ}}
  |Doğum yeri          = [[Şəki]], {{AzSSR}}, {{SSRİ}}

22:26, 5 dekabr 2021 versiyası

Sabir Məmmədov
Məmmədov Sabir Niyaz oğlu
(rus.: Мамедов Сабир Ниязович)
Sabir Məmmədov
Sabir Məmmədov, 2015-ci il.
Doğum tarixi 6 dekabr 1968 (1968-12-06) (56 yaş)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Rusiya
İş yeri Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun Dövlət hüquqları və gömrük işləri (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiri.
Elmi dərəcəsi Hüquq elmləri namizədi (2007)
Təhsili

 • Vladimir Politexnik İnstitutu (1990–1994);

 • Vladimir Dövlət Universiteti, hüquq fakültəsi (1998–2001)

 • Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyası, dövlət və bələdiyyə idarəçiliyi ixtisası (2010–2013)

Sabir Məmmədov — hüquq elmləri namizədi, Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun dövlət hüquqları və gömrük işləri (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiri.

Haqqında məlumatlar

6 dekabr 1968-ci il tarixdə Şəkidə, fəhlə ailəsində anadan olub.

Təhsili

1976 – 1986-cı illərdə Şəki şəhər 19 №-li orta məktəbində təhsil alıb.

1976-cı ildə Bakı Energetika Texnikumuna qəbul olunsa da hərbi xidmətdən sonra orada təhsilini davam etdirməyib.

1989-cu ildə Vladimir Politexnik institutun hazırlıq kursuna daxil olub.

1990 – 1994-cü illərdə Vladimir Politexnik institutunda,

1998 – 2002-ci illərdə Vladimir Dövlət Universitetinin hüquq fakültəsində,

2010 – 2013-cü illərdə isə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasında, dövlət və bələdiyyə idarəçiliyi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun Dövlət hüquqları və gömrük işləri (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiridir.

Elmi fəaliyyəti

2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Səkkiz monoqrafiyanın və bir çox məqalələrin müəllifi, yaxud həmmüəllifidir.

Elmi – ictimai aktivliyi

Rusiya Təbii Elmlər Akademiyasının (rus.: «Российской Академии Естествознания») müxbir üzvü və professorudur.

Beynəlxalq Təbii Elmlər Akademiyasının, Rusiya Kriminoloji Assosiasiyasının,

Rusiya Hüquqşünaslar Assosiasiyasının və Rusiya Azad-İqtisadi Cəmiyyətinin üzvüdür.

Ədəbiyyat

  1. Sadıq Fətəliyev (19 Ağu 2015). "Anasının arzusu ilə professor olan həmyerlimiz (müsahibə)". https://sites.google.com/site/sekibelediyyesi/ (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.
  2. "Каталог/М/Мамедов Сабир Ниязович". https://www.famous-scientists.ru (русский). Энциклопедия «Известные ученые». 22 Nov 2010 – 10 Aug 2020 tarixində arxivləşdirilib.