"Şahid Məmmədkərimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 52: | Sətir 52: | ||
1958-ci ildə Nuxa şəhərindəki 6 №-li çörək zavodunda əmək fəaliyyətinə başlayıb. | 1958-ci ildə Nuxa şəhərindəki 6 №-li çörək zavodunda əmək fəaliyyətinə başlayıb. | ||
− | Sonralar əmək fəaliyyətini Şəki Birləşmiş Hərbi Komissarlığında, [[“Nuxa fəhləsi” qəzeti|“Nuxa fəhləsi” qəzetinin]] redaksiyasında, [[V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyi|V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin]] 2 №-li | + | Sonralar əmək fəaliyyətini Şəki Birləşmiş Hərbi Komissarlığında, [[“Nuxa fəhləsi” qəzeti|“Nuxa fəhləsi” qəzetinin]] redaksiyasında, [[V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyi|V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin]] 2 №-li filialında davam etdirib. |
1980-ci ildən Şəki 44 saylı Texniki Peşə Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. | 1980-ci ildən Şəki 44 saylı Texniki Peşə Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. |
16:07, 7 yanvar 2022 versiyası
Şahid Məmmədkərimov | |
---|---|
Məmmədkərimov Şahid Məmmədiyyə oğlu | |
Şahid Məmmədkərimov | |
Şahid Məmmədkərimov, 2014-cü il. | |
Doğum tarixi | 7 yanvar 1939 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfatı | 23 yanvar 2018 (79 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Təhsili |
• Nuxa İpəkçilik Texnikumu (1964–1967) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, qiyabi şöbə (1973–1980) |
İlk əsəri | Araz kənarında |
facebook səhifəsi |
Şahid Məmmədkərimov (1939–2018) — şair və pedaqoq, iki şeir kitabının müəllifi, həvəskar teatr aktyoru.
Haqqında məlumatlar
7 yanvar 1939-cu ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1958-ci ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.
1964 – 1967-ci illərdə Nuxa İpəkçilik Texnikumunda,
1973 – 1980-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil alıb.
Əmək fəaliyyəti
1958-ci ildə Nuxa şəhərindəki 6 №-li çörək zavodunda əmək fəaliyyətinə başlayıb.
Sonralar əmək fəaliyyətini Şəki Birləşmiş Hərbi Komissarlığında, “Nuxa fəhləsi” qəzetinin redaksiyasında, V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin 2 №-li filialında davam etdirib.
1980-ci ildən Şəki 44 saylı Texniki Peşə Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.
1991-ci ildən təqaüdə çıxanadək Şəki şəhər 11 saylı orta məktəbində azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib.
Ədəbi-bədii yaradıcılığı
İlk dəfə “Nuxa fəhləsi”qəzetinin 25 aprel 1960-cı il tarixli sayında “Araz kənarında” adlı şeuri çap olunub. Yazıları Azərbaycanın müxtəlif mətbu orqanlarında, o cümlədən, “Şəki fəhləsi”, “Şəki”, “Səki təhsili”, “Şəki bələdiyyəsi”, “Region Şəki”, “Ədəbiyyat”, “Kaspi”, “Zaman”, “Tumurcuq”, “Elitar-pres”, “Eliniz Gününüz” və sair qəzetlərdə, eləcə də Azərbaycanda çıxan “Ulduz” və Türkiyədə nəşr olunan “Kumru” və “Avrasya sanat” jurnallarında, türk şairi Ahmet Kaytançının, “Azərbaycanın göz yaşları” kitabında, Azərbaycan Yazıçılar Birliyi Şəki filialının “Söz..Söz...Söz...” və Azərbaycan Folklor İnstitutu tərəfindən çapa hazırlanmış “Bənövşə çələngi” almanaxlarında, Ramiz Orsərin şəkili şair və yazıçıların bioqrafik məlumatlarından və yaradıcılıqlarından nümunələrdən ibarət Şəkidən gələn səslər toplusunda, Türkiyədə çap olunan bir sıra antologiyalarda dərc edilib.
Kitabları
- “Məhəbbətlər arasında” (2006);
- “Tanrı pıçıltıları” (2013).
Teatr fəaliyyəti
1960-cı illərdə Nuxa Xalq Teatrı truppasının üzvü olub, Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərində Həsənqulu bəy, “Beş manatlıq gəlin” operettasında Nadir, Bəxtiyar Vahabzadənin “Vicdan” pyesində Əlyəsə və s. rollarda oynayıb.
Vəfatı
22 yanvar 2018-ci il tarixdə – gecə saatlarında, Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, 23 yanvar 2018-ci il tarixdə – 79 yaşında, xəstəxanada vəfat etmişdir.
Ədəbiyyat
- Orsər R. Şahid Məmmədkərimov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 423-426. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Kamil Adışirinov, Dağlar qoynunda keçən müəllim, şair ömrü (Şahid Məmmədkərimov yaradıcılığı).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ş
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış aktyorlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1939-cu ildə doğulanlar
- 7 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 23 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 2018-ci ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə