"Fuad Əbdürrəhmanov" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Həyatı) |
|||
Sətir 21: | Sətir 21: | ||
== Həyatı == | == Həyatı == | ||
− | + | [[Fayl:Abdurahmanovs.jpg|thumb|300px|left|Fuad Əbdürəhmanov ailəsi ilə birlikdə (1923, Nuxa)]] | |
1915-ci ildə Nuxada, dövlət məmurunun ailəsində anadan olub. | 1915-ci ildə Nuxada, dövlət məmurunun ailəsində anadan olub. | ||
18:05, 27 aprel 2020 versiyası
Fuad Əbdürrəhmanov | |
---|---|
Əbdürrəhmanov Fuad Həsən oğlu | |
Fuad Əbdürəhmanov | |
Doğum tarixi | 11 may 1915 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 15 iyun 1971 (56 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Mükafatları |
|
Commonsda da Fuad Əbdürrəhmanov ilə əlaqəli mediafayllar var |
Fuad Əbdürrəhmanov (Əbdürrəhmanov Fuad Həsən oğlu; d. 11 may 1915-cı il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası — ö. 15 iyun 1971-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) — görkəmli azərbaycanlı sovet heykəltaraş-monumentalisti, rəsam, ikiqat Stalin mükafatı laureatı (1947, 1951), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1949), Azərbaycan SSR-in əməkdar incəsənət Xadimi (1943) və xalq rəssamı (1956).
Həyatı
1915-ci ildə Nuxada, dövlət məmurunun ailəsində anadan olub.
1929-cu ildə ailəsi ilə birlikdə əvvəlcə Yevlaxa, az sonra isə Bakıya köçüb.
1929 – 1932-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda,
1935 – 1940-ci illərdə isə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.
1942 – 1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib.
Yaradıcılığı
Yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin “Atıcı” (1934), “Gənc aşıq” (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaradıb. Sovet İttifaqı qəhrəmanları G.Əsədovun, İ.Məmmədovun, Q.Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H.Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun dərin psixologizmi və ifadəliliyi ilə seçil barelyeflərini hazırlayıb.
Həmçinin ustası kimi tanınıb; obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnən Səttar Bəhlulzadə (1947), R.Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B.Bağırova (1951), Səməd Vurğun (1957), Kubalı Xesus (1962) və başqa portretlərin müəllifidir.
Yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutub; Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S.Dadaşov və M.Hüseynov), Bakıda S.Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M.Hüseynov) və s. əsərləri Azərbaycan sovet monumental heykəltəraşlığının ən yaxşı nümunələrindən hesab olunur.
1950 – 1960-cı illərdə milli xüsüsiyyətlərlə zəngin olan “Çoban” (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc , 1951, Tretyakov qalereyası, Moskva), “Azərbaycanlı qadın” (gips, 1951), “Azadlıq” (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), “Azad qadın” (tunc, qranit, 1960, memar M.Hüseynov) və s. əsərlərini yaradıb.
Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X.Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S.Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rüdəkinin (tunc, qranit, 1964, memar M.Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H.Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M.Hüseynov) yaratmışdır.
Mükafatları
- İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Əsərləri
- Nizami Gəncəvinin Bakıdakı heykəli (1).JPG
Azad qadın heykəli, Bakı, 1960
İstinadlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- F
- 1915-ci ildə doğulanlar
- 11 mayda doğulanlar
- Mayda doğulanlar
- 15 iyunda vəfat edənlər
- İyunda vəfat edənlər
- 1971-ci ildə vəfat edənlər
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- Stalin mükafatı laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- Azərbaycan SSR xalq rəssamları
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar