Fikrət Qafarov: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
k Aydinsalis Fikrət Qaffarov səhifəsinin adını Fikrət Qafarov olaraq dəyişdi. |
||
(Fərqli deyil)
|
21:44, 2 fevral 2022 versiyası
Fikrət Qafarov | |
---|---|
Qaffarov Fikrət Məmməd oğlu | |
Fikrət Qafarov | |
Fikrət Qafarov | |
Doğum tarixi | 23 iyul 1952 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
İş yeri | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, əl cərrahiyyəsi şöbəsi (şöbə rəhbəri) |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1969–1975) |
Fikrət Qafarov — tanınmış həkim-travmatoloq, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun əl cərrahiyyəsi şöbəsinin rəhbəri.
Haqqında məlumatlar
23 iyul 1952-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1969-cu ildə Şəki şəhər 3 №-li orta məktəbini bitirib.
1969 – 1975-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti
1984-cü ildə “Əlin və barmaqların bükücü vətərlərinin ilkin təxirəsalınan tikişi” mövzusu üzrə namizədlik,
1993-cü ildə “Yuxarı ətrafların ağır müştərək zədələnmələri və onların fəsadlarında bir mərhələdə aparılan kombinə edilmiş cərrahi əməliyyatlar” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Dünyanın bir çox ölkələrində 100-dən çox çap olunmuş elmi işlərin, 8 ixtiranın, 20-dən çox səmərələşdirici təklifin müəllifidir.
Əmək fəaliyyəti
1975-ci ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda işləyir; o cümlədən, bir müddət plastik cərrahiyyə şöbəsinin, sonra isə əl cərrahiyyəsi şöbəsinin rəhbəri olub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Qafarov Fikrət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 324-325. — 1.000 nüsx.
- Mete Ə. Tibb elmləri doktoru və namizədi olan həkimlər haqda qısa məlumat // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 369. — 500 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 23 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1952-ci ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə