"Qeysər Xəlilov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 76: | Sətir 76: | ||
1989-cu ildə professor elmi adını alıb. | 1989-cu ildə professor elmi adını alıb. | ||
− | [[Fayl:Qeysər Xəlilov və Bəxtiyar Vahabzadə.jpg|200px|thumb|left|Qeysər Xəlilov və Bəxtiyar Vahabzadə, 1981-ci il]] | + | [[Fayl:Qeysər Xəlilov və Bəxtiyar Vahabzadə.jpg|200px|thumb|left|Qeysər Xəlilov və Bəxtiyar Vahabzadə, 1981-ci il.]] |
+ | [[Fayl:S.Ələsgərov,_Qeysər_Xəlilov,_İ.Rzayev.jpg|200px|thumb|S.Ələsgərov,_Qeysər_Xəlilov,_İ.Rzayev, 1977-ci il.]] | ||
===Mükafatları=== | ===Mükafatları=== |
13:29, 29 iyun 2020 versiyası
Qeysər Xəlilov | |||||||
---|---|---|---|---|---|---|---|
Xəlilov Qeysər Veysəl oğlu | |||||||
Fayl:Qeysər Xəlilov3.jpg | |||||||
Qeysər Xəlilov, 1991-ci il | |||||||
|
|||||||
|
|||||||
Sələfi | vəzifə təsis olunub | ||||||
|
|||||||
Xələfi | komitə ləğv edilib | ||||||
Doğum tarixi | 9 oktyabr 1929 | ||||||
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||||||
Vəfat tarixi | 7 aprel 2000 | (71 yaşında)||||||
Vəfat yeri | Bakı, Azərbaycan | ||||||
Vətəndaşlığı | SSRİ→ Azərbaycan | ||||||
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1946 – 1951) | ||||||
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru | ||||||
Elmi adı | professor | ||||||
Təltifləri |
Qeysər Xəlilov (Xəlilov Qeysər Veysəl oğlu; d. 9 oktyabr 1929-cu ildə, Nuxa, Nuxa qəzası, Azərbaycan SSSR, ZSFSR, SSRİ – ö. 7 aprel 2000-ci ildə, Bakı, Azərbaycan Respublikası) – fəlsəfə elmləri doktoru (1982), professor (1989), Azərbaycan SSR əməkdar elm xadimi (1990); 1963 – 1990-ci illərdə Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyəti sədrinin birinci müavini[1] olmuş, 1990 – 1992 ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri, Azərbaycan Respublikası prezidentinin müşaviri, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri vəzifələrində işləmişdir.
Haqqında məlumatlar
1929-cu ildə Nuxada anadan olub.
Təhsili
1936 – 1946-cı illərdə M.Qorki adına 10 №-li Nuxa şəhər məktəbində,
1946 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil alıb.
İş yerləri
1954 – 1963-cü illərdə Azərbaycan radiosunda jurnalist, uşaq və gənclər şöbəsinin müdiri, Azərbaycan SSR Radio və Televiziya Komitəsi və Rabitə Nazirliyi partiya komitəsinin katibi,
1963 – 1990-cı illərdə Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyəti sədrinin birinci müavini,
1990 – 1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (12 mart 1991-ci il tarixədək), Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri (12 mart 1991-ci il tarixdən sonra),
1991 – 1992-ci illərdə Azərbaycan Respublikası prezidentinin müşaviri,
1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri olub.
1993-cü ildə təqaüdə çıxıb.
Elmi fəaliyyəti
1961-ci ildə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
1989-cu ildə professor elmi adını alıb.
Mükafatları
- Azərbaycan SSR Əməkdar Elm xadimi (1990).
Vəfatı
2000-ci ildə Bakıda vəfat edib.
İstinadlar və qeydlər
- ↑ Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyətinin sədri vəzifəsinə ənənəvi olaraq Azərbaycan SSR EA-nın prezidentləri seçilirdi.
Ədəbiyyat
Məmmədov Ə., Xalıqov F. Xəlilov Qeysər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 258 – 259. — 1.000 nüsx. Şablon:Yaxşı məqalə
- Q
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış jurnalistlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1929-cu ildə doğulanlar
- 9 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 2000-ci ildə vəfat edənlər
- 7 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr