Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

"Aqşin Abdullayev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 12: Sətir 12:
 
|Mükafatları          = {{"Qüsursuz xidmətə görə" II dərəcəli medalı}} {{"Qüsursuz xidmətə görə" III dərəcəli medalı}}{{"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı}} {{"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı}}{{"Şücaətə görə" medalı}}
 
|Mükafatları          = {{"Qüsursuz xidmətə görə" II dərəcəli medalı}} {{"Qüsursuz xidmətə görə" III dərəcəli medalı}}{{"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı}} {{"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı}}{{"Şücaətə görə" medalı}}
 
}}
 
}}
'''Aqşin Abdullayev''' (''Abdullayev Aqşin İsmayıl oğlu''; {{d.}}1 oktyabr 1982-ci ildə, [[Kiş]], [[Şəki rayonu]], Azərbaycan SSR, SSRİ – {{ö.}}25 fevral 2017-ci ildə; Xocavənd, Azərbaycan Respublikası) Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor; 2017-ci ildə Azərbaycan – Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olmuş, ölümündən sonra [["Şücaətə görə" medalı|“Şücaətə görə” medalı]] ilə təltif edilmişdir<ref>{{cite web |url=https://www.youtube.com/watch?v=foB_YnC2zCA |title=Şəhid Aqşin Abdullayev "Şücaətə görə" medalı ailəsinə təqdim edildi |author=ARB Şəki |date= 08.04.2017|work= |publisher=[http://www.youtube.com Youtube.com] |accessdate=2017-04-08 |language=az }}</ref>.
+
'''Aqşin Abdullayev''' (''Abdullayev Aqşin İsmayıl oğlu''; {{d.}}1 oktyabr 1982-ci ildə, [[Kiş]], [[Şəki rayonu]], Azərbaycan SSR, SSRİ – {{ö.}}25 fevral 2017-ci ildə; Xocavənd, Azərbaycan Respublikası) Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor; 2017-ci ildə Azərbaycan – Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olmuş, ölümündən sonra [["Şücaətə görə" medalı|“Şücaətə görə” medalı]] ilə təltif edilmişdir<ref>{{cite web |url=https://www.youtube.com/watch?v=foB_YnC2zCA |title=Şəhid Aqşin Abdullayev "Şücaətə görə" medalı ailəsinə təqdim edildi |author=ARB Şəki |date= 08.04.2017|work= |publisher=[http://www.youtube.com Youtube.com] |accessdate=2017-04-08 |language=az }}</ref>.
  
 
== Həyatı ==
 
== Həyatı ==

10:13, 1 oktyabr 2020 versiyası

Aqşin Abdullayev
Abdullayev Aqşin İsmayıl oğlu
Aqşin Abdullayev
'Aqşin Abdullayev, 2015-ci il'
Doğum tarixi 1 oktyabr 1982(1982-10-01)
Doğum yeri Kiş, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 25 fevral 2017 (34 yaşında)
Vəfat yeri Xocavənd, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Hərbi fəaliyyəti
Təltifləri "Qüsursuz xidmətə görə" II dərəcəli medalı "Qüsursuz xidmətə görə" III dərəcəli medalı"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı"Şücaətə görə" medalı

Aqşin Abdullayev (Abdullayev Aqşin İsmayıl oğlu; d. 1 oktyabr 1982-ci ildə, Kiş, Şəki rayonu, Azərbaycan SSR, SSRİ – ö. 25 fevral 2017-ci ildə; Xocavənd, Azərbaycan Respublikası) – Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor; 2017-ci ildə Azərbaycan – Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olmuş, ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif edilmişdir[1].

Həyatı

Aqşin Abdullayev 1982-ci il 1 oktyabrda Şəki rayonunun Kiş kəndində anadan olub. 1988-ci ildə Şəki rayonu, 4 saylı Kiş kənd orta məktəbinə 1-ci sinfə daxil olmuşdur. Məktəb illərindən onun arzusu hərbçi olmaq idi. 1999-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Aqşin həmin il Bakı Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2003-cü ildə Ali Məktəbi qurtarmış və növbəti bir ildə TTM-də (Tədris Təlim Mərkəzi) təhsil almışdır. Aqşin 2004-cü ildə ailə həyatı qurmuşdur. Onun Amin, Nərmin və Ömər adlı üç övladı var.

Hərbi xidməti

Aqşin Abdullayev 2003-cü ildə leytenant, 2005-ci ildə baş leytenant, 2009-cu ildə kapitan və 2013-cü ildə mayor hərbi rütbələrini almışdır. 2004-2017 ci illər ərzində respublikanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə əhəmiyyətli vəzifələrdə xidmət göstərmişdir. Son vəzifəsi xidmət göstərdiyi hərbi hissənin kəşfiyyat rəisi olmuşdur. Xidmət illərində göstərdiyi şəxsi şücaətinə, nümunəvi xidmətinə görə çoxlu sayda medal və fəxri-fərmanlarla təltif olunmuşdur. Xidməti boyu qüsursuz xidmət göstərən mayor Abdullayev "Qüsursuz Xidmətə Görə" 3-cü dərəcəli (10 illik qüsursuz xidmət) və "Qüsursuz Xidmətə Görə" 2-cü dərəcəli (15 illik qüsursuz xidmət) medalları ilə təltif olunmuşdur.[2] O həmçinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Yubiley medalları ilə təltif edilmişdir. 2016-ci ilin aprel döyüşləri zamanı - şəxsi heyətin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqləndiyinə görə fəxri-fərmanla təltif olunmuşdur. Mayor Aqşin Abdullayev 2017-ci il 25 fevralda, Fevral döyüşləri zamanı şəhid oldu. Nəşinin neytral zonadan götürülməsi üçün erməni təcavüzkarlarının ağır şərtlər irəli sürməsinə baxmayaraq fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülü. Fevralın 28-i isə Aqşin Abdullayev doğulduğu Şəki rayonunun Kiş kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə on mindən yuxarı rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri, respublikanın müxtəlif bolgələrindən gəlmiş vətəndaşlarımız və şəhidin tabeliyində xidmət göstərmiş əsgərləri qatılmışdı. Müdafiə Nazirliyinin Hərbi Orkestrinin müşaiyəti ilə keçən dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və mayor Abdullayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Xatirəsi

2019-cu ilin fevralında Şəkidə Aqşin Abdullayev haqqında Kamil Adışirinovun müəllifi olduğu "Həyatı nəsillərə örnək olan qəhrəman" kitabının təqdimatı keçirilib.[3]

2019-cu ildə Beyləqanda şəhidə həsr edilmiş ARB Şəki televiziyasının istehsalı olan "İmtahan" filminin təqdimatı keçirilib. Filmin rejissoru İlham Əfəndidir.[4]

İstinadlar

  1. ARB Şəki (08.04.2017). "Şəhid Aqşin Abdullayev "Şücaətə görə" medalı ailəsinə təqdim edildi" (azərb.). Youtube.com. İstifadə tarixi: 2017-04-08.
  2. ARB Şəki (01.10.2018). "Bu gün şəhid Aqşin Abdullayevin doğum günüdür" (azərb.). Youtube.com. İstifadə tarixi: 2018-10-01.
  3. İnterAz (15.02.2019). "Şəkidə "Həyatı nəsillərə örnək olan qəhrəman" kitabının təqdimat mərasimi keçirilib" (azərb.). Youtube.com. İstifadə tarixi: 2019-02-15.
  4. ARB Şəki (26.02.2019). "Şəhid Aqşin Abdullayevə həsr olunmuş "İmtahan" filminin təqdimati olub" (azərb.). Youtube.com. İstifadə tarixi: 2019-02-26.

Xarici keçidlər