"Barat Şəkinskaya" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 64: | Sətir 64: | ||
* [[:az:Onun bəlalı sevgisi (film, 1980)|Onun bəlalı sevgisi (film, 1980)]]. | * [[:az:Onun bəlalı sevgisi (film, 1980)|Onun bəlalı sevgisi (film, 1980)]]. | ||
* [[:az:Üzeyir ömrü (film, 1981)|Üzeyir ömrü (film, 1981)]]. | * [[:az:Üzeyir ömrü (film, 1981)|Üzeyir ömrü (film, 1981)]]. | ||
+ | ==Şəkinskilərin nəsil şəcərəsi== | ||
+ | {{Şəkinskilər}} | ||
== İstinadlar == | == İstinadlar == | ||
{{İstinad siyahısı}} | {{İstinad siyahısı}} | ||
[[arz:بارات شاكينسكايا]][[az:Barat Şəkinskaya]][[en:Barat Shakinskaya]][[es:Barat Shakinskaya]][[fa:بارات شاکینسکی]][[it:Barat Shakinskaya]][[ka:ბარატ შეკინსკაია]][[ko:바라트 셰킨스카야]][[pl:Barat Şəkinskaya]][[ru:Шекинская, Барат Габиб кызы]][[uk:Барат Шакінська]] | [[arz:بارات شاكينسكايا]][[az:Barat Şəkinskaya]][[en:Barat Shakinskaya]][[es:Barat Shakinskaya]][[fa:بارات شاکینسکی]][[it:Barat Shakinskaya]][[ka:ბარატ შეკინსკაია]][[ko:바라트 셰킨스카야]][[pl:Barat Şəkinskaya]][[ru:Шекинская, Барат Габиб кызы]][[uk:Барат Шакінська]] |
01:19, 19 noyabr 2020 versiyası
Barat Şəkinskaya | |
---|---|
Şəkinskaya Barat Həbib qızı | |
Barat Şəkinskaya | |
Doğum tarixi | 28 iyun 1914 |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 14 yanvar 1999 (84 yaşında) |
Vətəndaşlığı | Rusiya İmperiyası→ Azərbaycan Cümhuriyyəti→ SSRİ→ Azərbaycan |
Atası | Həbib xan Şəkinski |
Anası | Gövhər Şəkinskaya |
Mükafatları | |
IMDb | ID 3528484 |
Barat Həbib qızı Şəkinskaya — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1949).
Həyatı
Barat Həbib xan qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Atası Həbib xan, 1920-ci il, aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Barat Şəkinskaya, hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən "Şəbih" tamaşasında Səkinə rolunda iştirak edib. O, ilk təhsilini Şuşada alıb. 1920-ci il avqustun 21-də anası uşaqları Barat, Səriyyə və Süleymanla birlikdə Şuşanı tərk edərək Göytəpə kəndinə gedirlər. 1923-cü ildə isə Gəncəyə köçüblər. Həmin il sentyabrın 1-də Gəncədəki 2 saylı, birinci dərəcəli qız məktəbində dərsə başlayıb. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olunub. Həm məktəbin, hə də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb. 1929-cu il, sentyabrın 18-də Gəncə Həmkarlar ittifaqının "Fəhlə klubu"nda aktrisa ştatına götürülmüşdür. 1930-cu il, iyunun 25-də Pedaqoji məktəbi bitirərək, Sərkər kənd məktəbinə müəllim göndərilir. Eyni zamanda, "Qadınlar klubu"nun, "İşçi klubu"nun və "Dəmiryolçular klubu"nun dram dərnəklərində həvəskar aktrisa kimi fəaliyyətini artırır. 1933-cü il, yanvarın 7-də Gəncə türk İşçi Teatrosunun truppasına aktrisa götürülür. 1935-ci il, fevralın 23-də Lavrenti Beriya adına Gəncə Dövlət Dram Teatrından işdən çıxıb tibb təhsili almaq məqsədi ilə Bakıya gəlir. 1935-ci il, sentyabrın 1-də Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa qəbul olunur.
Ailəsi
Barat Şəkinskaya üç dəfə ailəli olmuşdur. 1931-ci il, iyulun 9-da Gəncədə tanınmış həvəskar aktyor və rejissor, "Fəhlə klubu"nun direktoru Mir İbrahim Həmzəyevlə ailə qurub. 1931-ci ildə "Fəhlə klubu"ndan uzaqlaşır və müəllimliyini davam etdirir. 1932-ci il, mayın 3-də Barat Şəkinskayanın birinci övladı-qızı Solmaz Həmzəyeva dünyaya gəlir. (Solmaz xanım ömrünün əlli ilini Azərbaycan Televiziyasında rejissor vəzifəsində çalışıb.) İki ildən sonra 1933-cü ildə Barat Şəkinskaya ilə Miribrahim Həmzəyev boşanırlar.
1936-cı il, avqustun 8-də Bakıda çox tez məşhurlaşan Barat Şəkinskaya, Akademik teatrda rejissor işləyən Şəmsi Bədəlbəyli ilə ikinci dəfə ailə qurur. Bu nikahdan qızı Rövşanə Bədəlbəyli doğulur. 1943-cü il, martın 12-də Barat Şəkinskaya Şəmsi Bədəlbəylidən boşanır və yenidən Gəncəyə qayıdır. 1944-cü il, noyabrın 16-da Gəncə Dövlət Dram Teatrının baş rejissoru Mehdi Məmmədovla ailə həyatı qurur. 1946-cı il, mayın 29-da onların övladları Elçin doğulur. Elçin Məmmədov Azərbaycan SSR Əməkdar incəsənət xadimi, görkəmli fırça ustası, məşhur teatr rəssamı və tamaşaçıların sevimli kino aktyoru olmuşdur.
Yaradıcılığı
Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti — oğlan rolları oynayan aktrisası olub. 1937-ci il yanvarın 14-də milli teatr tariximizə "Azərbaycan səhnəsinin Cülyettası" kimi şərəfli əbədiyyət səhifəsi yazıb. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə Azərbaycan teatrı tarixinə yazılıb. 1943-cü ildə Gəncəyə qayıtdıqdan sonra buradakı Dövlət teatrının yaradıcı kollektivinə üzv olur və Bahar ("Bahar") və Hürü ("Məhəbbət") rollarının ifaçısı olur. 1944-cü il, dekabrın 18-də Barat Şəkinskaya köçürmə yolu ilə Gəncə teatrından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına keçir.
1956-cı il, iyulun 12-də Barat Şəkinskaya ərizə yazaraq məzuniyyətə gedir. Lakin məzuniyyətdən sonra işə qayıtmayaraq teatrdan çıxır. Dörd il "Azərbaycanfilm" kinostudiyasında aktrisa, Azərbaycan Dövlət Akademik Filarmoniyasında aparıcı, yenicə açılan televiziyada diktor işlədi. Daşkənddə keçirilən Beynəlxalq kino festivalı günlərində iştirak etmişdir.
1960-cı il, oktyabrın 27-də Mehdi Məmmədov Akademik Teatra baş rejissor təyin edildikdən sonra teatrdan getmiş bir neçə sənətkar, o cümlədən Barat Şəkinskaya yenidən teatra qayıdır.
Aktrisa Moris Meterlinqin "Göy quş" (Tiltil), Şekspirin "Kral Lir" (Kardeliya), "Romeo va Cülyetta" (Cülyetta), "Otello" (Dezdemona), "On ikinci gecə" (Viola),"Polad qartal",(Şəfiqə),Şillerin "Məkr və məhəbbət" (Luiza), Karlo Haldoninin "Mehmanxana sahibəsi" (Mirandalina), Lope de Veqanın "Rəqs müəllimi" (Florela), Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər" (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub.Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Axırıncı dəfə o, uşaq rolunu 37 yaşında oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin "Çiçəklənən Arzular" pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub. "Azərbaycan səhnəsinin Cülyettası" deyə çağırılan Barat Şəkinskaya 1935-ci ildən xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub.Aktrisanın iştirak etdiyi "Arxip baba və Lyonka", "Ad günü", "Köhnə qala", "Çippolino", "Buratino", "Sirk gəlir" və onlarca bu səpkili tamaşalar Teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılır.Barat Şəkinskaya Azərbaycanın bir sıra məşhur, dillər əzbəri olan filmlərində maraqlı obrazlar canlandırıb. "Görüş" (1955), "O olmasın, bu olsun" (1956), "Qızmar günəş altında" (1957), "Kölgələr sürünür" (1958), "Qəribə əhvalat" (1960), "Telefonçu qız" (1962), "Azəri teatrının ustaları" (1966), "Evin kişisi (1978), "Onun bəlalı sevgisi" (1980), "Üzeyir ömrü" (1981) filmlərində Barat xanımın oynadığı rollar film tariximizin qiymətli incilərindəndir. Barat Şəkinskaya 23 yaşında,4 may 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 21 iyul 1949-cu ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.[1] Sənətə böyük ehtiramı olan Barat Şəkinskaya elə bu məhəbbət üzündən də səhnəni tərk edib. Aktrisanın 70-ci illərdə səhnə ilə vidalaşma səbəbini İlham Rəhimli belə izah edir: "Səbəbini bir dəfə ondan soruşdum. Dedi ki, bir gün məşqdə idim. Məşq gedirdi. Mən bir də gördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı". Xalq artisti Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə 84 yaşında dünyasını dəyişib. Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940.
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 iyul 1949.
Filmoqrafiya
- Görüş (film, 1955).
- O olmasın, bu olsun (film, 1956).
- Qızmar günəş altında (film, 1957).
- Kölgələr sürünür (film, 1958).
- Qəribə əhvalat (film, 1960).
- Telefonçu qız (film, 1962).
- Azəri teatrının ustaları (film, 1966).
- Evin kişisi (film, 1978).
- Onun bəlalı sevgisi (film, 1980).
- Üzeyir ömrü (film, 1981).
Şəkinskilərin nəsil şəcərəsi
Şəkinskilərin nəsil şəcərəsi
Səlim xan | Tutu bəyim (İbrahim xanın qızı) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Asiya bəyim | Fəxrunnisə xanım | Hüseyn xan | Hacı xan | Süleyman xan Şəkinski | Hürcahan bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşədi Məmməd/İsgəndər xan (?) | Əbdül xan | Qasım xan | Cəfər xan | Həsən ağa | Sara bəyim | Tuti bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Gövhər | Süleyman xan | Əziz xan | Yusif xan | Sitarə bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həbib xan Şəkinski | Ağca bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Miribrahim Həmzəyev | Şəmsi Bədəlbəyli | Barat Şəkinskaya | Mehdi Məmmədov | Süleyman Hacıyev | Səriyyə Hacıyeva | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Solmaz Həmzəyeva | Rövşanə Bədəlbəyli | Elçin Məmmədov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi) üzərində miniatür.
Yusif xan Şəkinski (1887–?).
Həbib xan Şəkinski (1880–1956).
Barat Şəkinskaya (1914–1999).
Elçin Məmmədov (1947–2001).
İstinadlar
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış aktyorlar
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkinskilər
- 1914-cü ildə doğulanlar
- 28 iyunda doğulanlar
- İyunda doğulanlar
- 14 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 1999-cu ildə vəfat edənlər
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar artistləri
- Teatr xadimləri
- Şəxslər (ad sırası ilə)