"Ələfsər Rəhimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 4: | Sətir 4: | ||
| Orijinal adı = ''Rəhimov Ələfsər Məmmədrəhim oğlu'' | | Orijinal adı = ''Rəhimov Ələfsər Məmmədrəhim oğlu'' | ||
| Şəkil = Ələfsər Rəhimov.jpg | | Şəkil = Ələfsər Rəhimov.jpg | ||
− | | Şəkil başlığı = | + | | Şəkil başlığı = Ələfsər Rəhimov |
| Şəkil ölçüsü = | | Şəkil ölçüsü = | ||
| Fəaliyyəti = | | Fəaliyyəti = | ||
Sətir 10: | Sətir 10: | ||
| Ləqəblər = | | Ləqəblər = | ||
| Doğum tarixi = {{doğum tarixi|1930|5|5}} | | Doğum tarixi = {{doğum tarixi|1930|5|5}} | ||
− | | Doğum yeri = Nuxa | + | | Doğum yeri = [[Nuxa]], [[Nuxa rayonu]], {{AzSSR}}, {{SSRİ}} |
| Vəfatı = {{vəfat tarixi və yaşı|1984|12|1|1930|5|5}} | | Vəfatı = {{vəfat tarixi və yaşı|1984|12|1|1930|5|5}} | ||
− | | Vəfat yeri = Şəki | + | | Vəfat yeri = Şəki, {{AzSSR}}, {{SSRİ}} |
| Dəfn yeri = Şəki | | Dəfn yeri = Şəki | ||
| Vətəndaşlıq = {{SSRİ}} | | Vətəndaşlıq = {{SSRİ}} | ||
Sətir 31: | Sətir 31: | ||
'''Ələfsər Rəhimov (Ələfsər Şəkili) ''' – tanınmış zurna ifaçısı; zurna alətində yenilik edərək onda səkkizinci dəliyi açmış, bu alətin imkanlarının artmasına, daha gözəl səslənməsinə nail olmuşdur. | '''Ələfsər Rəhimov (Ələfsər Şəkili) ''' – tanınmış zurna ifaçısı; zurna alətində yenilik edərək onda səkkizinci dəliyi açmış, bu alətin imkanlarının artmasına, daha gözəl səslənməsinə nail olmuşdur. | ||
+ | |||
+ | ==Haqqında məlumatlar== | ||
+ | |||
Azərbaycan SSR gənclərinin 1956, 1957 və 1962-ci illərdə Bakıda keçirilmiş festivallarında laureat adına layiq görülmüş, birinci dərəcəli diplom və qızıl medalla mükafatlandırılmışdır. 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan İncəsənət və Ədəbiyyatı günlərində “Şəki toyu” rəqs kollektivini bacarıqla müşayiət edən zurnaçılar dəstəsinə rəhbərlik edib. | Azərbaycan SSR gənclərinin 1956, 1957 və 1962-ci illərdə Bakıda keçirilmiş festivallarında laureat adına layiq görülmüş, birinci dərəcəli diplom və qızıl medalla mükafatlandırılmışdır. 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan İncəsənət və Ədəbiyyatı günlərində “Şəki toyu” rəqs kollektivini bacarıqla müşayiət edən zurnaçılar dəstəsinə rəhbərlik edib. | ||
Sətir 59: | Sətir 62: | ||
== İstifadə edilmiş əsas mənbələr == | == İstifadə edilmiş əsas mənbələr == | ||
− | + | * {{ŞAZ|2|327 – 328}} | |
* ''[[Vaqif Kərimov|Kərimov V.]]'' [https://web.archive.org/save/http://medeniyyet.az/page/news/22007/Yaddaslarda-yasayan-el-senetkari.html Yaddaşlarda yaşayan el sənətkarı]. Mədəniyyət – 2012. – 21 dekabr – S. 12. | * ''[[Vaqif Kərimov|Kərimov V.]]'' [https://web.archive.org/save/http://medeniyyet.az/page/news/22007/Yaddaslarda-yasayan-el-senetkari.html Yaddaşlarda yaşayan el sənətkarı]. Mədəniyyət – 2012. – 21 dekabr – S. 12. | ||
− | |||
* [https://web.archive.org/web/20190728115643/http://anl.az/down/meqale/zaman/2015/noyabr/461954.htm ''Qvami Məhəbbətoğlu''. “Belə getsə, elə nəzərdə tutula-tutula qalacağam”. Zaman.– 2015.– 4 noyabr.– S. 9.] | * [https://web.archive.org/web/20190728115643/http://anl.az/down/meqale/zaman/2015/noyabr/461954.htm ''Qvami Məhəbbətoğlu''. “Belə getsə, elə nəzərdə tutula-tutula qalacağam”. Zaman.– 2015.– 4 noyabr.– S. 9.] | ||
− | + | ==Videolar== | |
+ | <youtube width="200" height="120">lFVBypI9AEQ</youtube> | ||
+ | <youtube width="200" height="120">SkWJi36HYEE</youtube> | ||
+ | <youtube width="200" height="120">Rqb25cRDWZQ</youtube> | ||
+ | <youtube width="200" height="120">xHzGk5MU8HQ</youtube> | ||
+ | <youtube width="200" height="120">pKgjFD_GLFU</youtube> |
19:09, 2 dekabr 2020 versiyası
Ələfsər Rəhimov | |
---|---|
Rəhimov Ələfsər Məmmədrəhim oğlu | |
Ələfsər Rəhimov | |
Ələfsər Rəhimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 may 1930 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 1 dekabr 1984 (54 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Şəki |
Vətəndaşlığı | SSRİ |
|
|
Musiqi alətləri | zurna, balaban, kaboy və klarnet |
Ələfsər Rəhimov (Ələfsər Şəkili) – tanınmış zurna ifaçısı; zurna alətində yenilik edərək onda səkkizinci dəliyi açmış, bu alətin imkanlarının artmasına, daha gözəl səslənməsinə nail olmuşdur.
Haqqında məlumatlar
Azərbaycan SSR gənclərinin 1956, 1957 və 1962-ci illərdə Bakıda keçirilmiş festivallarında laureat adına layiq görülmüş, birinci dərəcəli diplom və qızıl medalla mükafatlandırılmışdır. 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan İncəsənət və Ədəbiyyatı günlərində “Şəki toyu” rəqs kollektivini bacarıqla müşayiət edən zurnaçılar dəstəsinə rəhbərlik edib.
1963-1967-ci illərdə Nuxa Orta İxtisas Musiqi Texnikumunda təhsil alıb.
1962-1977-ci illərdə Nuxa/Şəki Şəhər Mədəniyyət Evində bədii rəhbər və direktor vəzifəsində çalışıb.
1967-ci ildə Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub.
1974-cü ildə ifa etdiyi “Şur”, “Segah”, “Qatar” muğamları, “Şəki yallısı”, “Cəngi”, “Koroğlu”, “Pəhləvani” və digər rəqslər Azərbaycan radiosunun “Qızıl fond”una daxil edilib.
1977-ci ildə isə zəhmətkeşlərin bədii yaradıcılıq festivalının laureatı olub.
Zurnaçılar dəstəsi ilə birlikdə “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Yenilməz batalyon” filmlərinə çəkilib.
Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Aşıq Şəmşir və başqaları ona şeirlər həsr etmişlər. Bəxtiyar Vahabzadə Ələfsər Rəhimov haqqında demişdir: “Mən hər dəfə Ələfsəri dinləyəndə ayaqlarım yerindən üzülür, xalqımın keçdiyi min illik yollarından keçir, tariximizə – ulu babalarımızın ruhuna qovuşuram”.
1983-cü ilin may-iyun aylarında Fransada keçirilən beynəlxalq musiqi festivalında, 1984-cü ilin mayında isə Belçikada Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrı ilə birlikdə qastrol səfərində iştirak edib.
1984-cü ilin noyabr ayının 30-da qardaşının evində – ailə münaqişəsi zəminində öz qohumu tərəfindən bıçaqlanmış, dekabrın 1-də xəstəxanada dünyasını dəyişmişdir.
1990-cı ildə onun 60, 2000-ci ildə 70 illik yubileyləri keçirilmişdir. 2010-cu ilin oktyabrında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şəkidə görkəmli el sənətkarının 80 illiyinə həsr olunmuş “Milli nəfəs alətləri” bayramı təşkil olunub.
Ələfsər Rəhimovun nəvəsi Ələfsər Rəhimov Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun fəal üzvlərindən biri olub.
Şəki Şəhər Mərkəzi Mədəniyyət Evində Ələfsər Şəkili adına zurnaçılar ansamblı fəaliyyət göstərib.
İstifadə edilmiş əsas mənbələr
- Məmmədov Ə., Xalıqov F. Rəhimov Ələfsər // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 327 – 328. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Kərimov V. Yaddaşlarda yaşayan el sənətkarı. Mədəniyyət – 2012. – 21 dekabr – S. 12.
- Qvami Məhəbbətoğlu. “Belə getsə, elə nəzərdə tutula-tutula qalacağam”. Zaman.– 2015.– 4 noyabr.– S. 9.
Videolar
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1930-cu ildə doğulanlar
- 5 mayda doğulanlar
- Mayda doğulanlar
- 1 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1984-cü ildə vəfat edənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr