"İpəkçi (qəzet)" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 27: | Sətir 27: | ||
=== Mükafatları === | === Mükafatları === | ||
− | [[Şəkil:İpəkçi, təbrik.jpg|170px|thumb| “İpəkçi” qəzetinin 60 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının | + | [[Şəkil:İpəkçi, təbrik.jpg|170px|thumb| “İpəkçi” qəzetinin 60 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin təbrik məktubu.]] |
*[[Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı]] – “İpəkçi” qəzetinin 50 ilik yubileyi münasibəti ilə (1983). | *[[Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı]] – “İpəkçi” qəzetinin 50 ilik yubileyi münasibəti ilə (1983). | ||
*Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin təbrik məktubu – “İpəkçi” qəzetinin 60 ilik yubileyi münasibəti ilə (1993). | *Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin təbrik məktubu – “İpəkçi” qəzetinin 60 ilik yubileyi münasibəti ilə (1993). |
12:24, 11 dekabr 2020 versiyası
İpəkçi | |
---|---|
Fayl:İpəkçi (qəzet).jpg | |
Format | A2 |
Təsisçilər | Şəki “İpək” şirkəti və M.Salis |
Redaktor | Aydın Məmmədov |
Yaranma tarixi | 1933 |
Dil | Azərbaycan dili |
Qiymət | pulsuz |
Səhifə | 4 |
Tiraj | 1250 (15.06.2013) |
ipekchi.info |
“İpəkçi” – ipəkçilik və ipək sənayesi xəbərləri üzrə ixtisaslaşmış qəzet. Sovet dövründə çoxtirajlı qəzet kimi nəşr olunub, Azərbaycan sovet mətbuatında Kommunist partiyasının atributlarından imtina etmiş ilk qəzetdir. 2012-ci ildən daha çox internet xəbər saytı kimi fəaliyyət göstərməkdədir.
Tarixi
“İpəkçi” qəzetinin birinci sayı 13 mart 1933-cu il tarixdə çap olunub. Həmin vaxt “İpəkçi” qəzeti “Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı” çoxtirajlı qəzet[1] idi. “İpəkçi” qəzetinin ilk redaktoru Rəsul Rəsullu olub; daha sonra – 1935-ci ildən, qəzet Əli İsgəndərovun və digər şəxslərin redaktorluğu ilə çap edilib. Böyük Vətən müharibəsi ilə əlaqədar qəzetin nəşri 1943-cü ildə dayandırılsa da, müharibədən sonra – 1958-ci ildə yenidən bərpa edilib. 1958 – 1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Məmmədiyyə Süleymanlı), 1965 – 2009-cu illərdə isə Salis Məmmədov olub. 2009-cu ildən etibarən isə redaktor Aydın Məmmədovdur.
İnternetdə
2007-ci ildən qəzetin internet saytları fəaliyyət göstərir. 2018-ci ilin əvvəlində isə qəzetin rusca saytı da fəaliyyətə başlayıb.
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı – “İpəkçi” qəzetinin 50 ilik yubileyi münasibəti ilə (1983).
- Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin təbrik məktubu – “İpəkçi” qəzetinin 60 ilik yubileyi münasibəti ilə (1993).
Maraqlı
12 dekabr 1990-cı il tarixli (№33 – 34 (1967 – 1968)) buraxılışında sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarından qəzetin başlığı üzərindən götürülmüş, həmin vaxta qədər “Azərbaycan Kommunist partiyası V. İ. Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan qəzet, “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi.
İstinadlar
- ↑ Sovet mətbuatında müəssisə qəzetləri “çoxtirajlı qəzet” adlanırdı.