"Baxşəli Axundov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:B]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]] | + | [[Kateqoriya:B]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış jurnalistlər]] |
{{Şəxs | {{Şəxs | ||
|Adı = Baxşəli Axundov | |Adı = Baxşəli Axundov | ||
Sətir 82: | Sətir 82: | ||
==Ədəbiyyat== | ==Ədəbiyyat== | ||
*{{ŞGS|182}} | *{{ŞGS|182}} | ||
− | *{{OTÖ|111 – 112|Axundov Baxşəli | + | *{{OTÖ|111 – 112|Axundov Baxşəli Kazım oğlu}} |
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} |
04:49, 14 yanvar 2021 versiyası
Baxşəli Axundov | |
---|---|
Axundov Baxşəli Kazım oğlu | |
Baxşəli Axundov, 1976-cı il | |
Digər adı | Baxşəli əfəndi |
Anadan olub | 1898 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1985 |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Atası | Molla Kazım |
Vətəndaşlıq | SSRİ |
Baxşəli Axundov (Axundov Baxşəli Kazım oğlu; d. 1898-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1985-ci ildə, Şəki, Azərbaycan SSR, SSRİ) – Şəkidə teatrın, musiqi texnikumunun, uşaq musiqi məktəblərinin, diyarşünaslıq muzeyinin yaradılmasında çox böyük əməyi olmuş ziyalı. İti hafizəsinə, dünyagörüşünə və savadına görə yaşadığı dövrdə “canlı ensiklopediya” da adlandırılıb.
Haqqında məlumatlar
1898-ci ildə Nuxada anadan olub.
Parisdə (Fransa) tibb təhsili alarkən, ailəsinin xahişi ilə Nuxaya qayıtmış və bundan sonra Parisə geri dönə, təhsilini tamamlaya bilməmişdir. Əvəzində Tehrana (İran) − orada yaşayan qardaşının yanına getmiş, bir müddət İranda müəllimlik etmiş, sonra Nuxaya qayıtmış, qəza firqə komitəsinin katibi, qəza maarif şöbəsinin müdiri və s. vəzifələr tutmuşdur. Həmçinin, 1920-ci ildə Nuxada Fəhlə-kəndli klubu nəzdində teatr qrupu təşkil etmişdir. SSRİ Xalq artisti İsmayıl Osmanlı sənət taleyindən söhbətinə həmişə bu sözlərlə başlayardı:
Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı[1]. |
Dövrü-mətbuatda «B.A» (“Kommunist”, “Yeni fikir” 1924 − 1937; “Şəki fəhləsi”, 1925), «Bəka» (“Kommunist”, “Yeni fikir”, “Yeni yol”, “Nuxa fəhləsi”, 1922 − 1937), «Bəxşəli» (“Şəki fəhləsi”, 1925), «Quqkay» (“Molla Nəsrəddin”, 1923), «Kazımlı» (“Yeni fikir”, “Kommunist”, “Kəndçi qəzeti”), «Maqqay» (“Molla Nəsrəddin”, 1925) imzaları ilə[2] müntəzəm olaraq publisistik məqalələrə çıxış etmiş, xalqın maariflənməsinə çalışmışdır.
1936-cı ildə Kirovabadda (indiki Gəncə) qəzet redaksiyasında şöbə müdiri idi.
1937-ci ildə repressiyaya məruz qalıb və həbs edilib.
1947-ci ildə həbsdən azad edilir və Nuxaya qayıdır.
1959 – 1985-ci illərdə, əvvəl Nuxa Musiqi Texnikumunun, sonra isə Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktoru olub.
1985-ci ildə Şəkidə vəfat edib.
İstinadlar
- ↑ Təranə Məhərrəmova (20 aprel 2017). "Epizodik rolların mahir ifaçısı". http://anl.az/ (azərb.). “Kaspi” qəzeti. 12 Jun 2020 tarixində arxivləşdirilib.
- ↑ Məmmədli Q. İmzalar. — təkrar (2010). — «Azərbaycan Dövlət Nəşriyyatı», 1977. — Səh.: 21, 24, 25, 34,. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 iyun 2020.
Ədəbiyyat
- Orsər R. Baxşəli Axundov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 182. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Mete Ə. Axundov Baxşəli Kazım oğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 111 – 112. — 500 nüsx.
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- 1898-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1985-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr