"Araz Dadaşzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 3: | Sətir 3: | ||
|adı = Araz Dadaşzadə | |adı = Araz Dadaşzadə | ||
|orijinal adı = ''Dadaşzadə Araz Məmməd Arif oğlu'' | |orijinal adı = ''Dadaşzadə Araz Məmməd Arif oğlu'' | ||
− | |||
|şəkil = Araz Dadaşzadə.jpg | |şəkil = Araz Dadaşzadə.jpg | ||
|şəklin ölçüsü = | |şəklin ölçüsü = | ||
|şəklin izahı = Araz Dadaşzadə, 1936-cı il | |şəklin izahı = Araz Dadaşzadə, 1936-cı il | ||
− | |piktoqram = | + | |piktoqram = yazar |
|doğum tarixi = {{Doğum tarixi|1936|1|30}} | |doğum tarixi = {{Doğum tarixi|1936|1|30}} | ||
|doğum yeri = Bakı, {{AzSSR}}, {{ZSFSR}}, {{SSRİ}} | |doğum yeri = Bakı, {{AzSSR}}, {{ZSFSR}}, {{SSRİ}} | ||
Sətir 41: | Sətir 40: | ||
== Haqqında məlumatlar == | == Haqqında məlumatlar == | ||
− | 30 yanvar 1936-cı il tarixdə Bakı şəhərində, akademik [[:az:Məmməd Arif| | + | 30 yanvar 1936-cı il tarixdə Bakı şəhərində, akademik [[:az:Məmməd Arif|Məmməd Arif]] və görkəmli pedaqoq [[Zümrüd Axundova|Zümrüd Axundovanın]] ailəsində ailəsində anadan olub. |
===Təhsili === | ===Təhsili === |
02:16, 30 yanvar 2021 versiyası
Araz Dadaşzadə | |
---|---|
Dadaşzadə Araz Məmməd Arif oğlu | |
Fayl:Araz Dadaşzadə.jpg | |
Araz Dadaşzadə, 1936-cı il | |
Doğum tarixi | 30 yanvar 1936 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 4 noyabr 1990 (54 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Elm sahəsi | filologiya |
İş yeri | Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyası, baş redaktor |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Təhsili |
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi ( – 1957) Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunu, aspirantura (1960 – 1963) |
Evladı | Aqşin Dadaşzadə və Zümrüd Dadaşzadə |
Atası | Məmməd Arif |
Anası | Zümrüd Axundova |
Mükafatları |
Araz Dadaşzadə (1936 – 1990) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Azərbaycan SSR əməkdar elm xadimi.
Haqqında məlumatlar
30 yanvar 1936-cı il tarixdə Bakı şəhərində, akademik Məmməd Arif və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində ailəsində anadan olub.
Təhsili
1957-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
1960 – 1963-cü illərdə Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1957 – 1960-cı illərdə Azərbaycan SSR EA Azərbaycan tarixi muzeyində işləyib.
1963 – 1966-cı illərdə Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitunda kiçik elmi işçi,
1968 – 1976-cı illərdə orta əsrlər şöbəsinin baş elmi işçisi,
1966 – 1968-ci illərdə isə Azərbaycan Sovet Ensiklopediyanın Baş redaksiyasında ədəbiyyat və incəsənət redaksiyasının müdiri olub.
1976 – 1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktorunun birinci müavini,
1988 – 1990-cı illərdə isə baş redaktoru olub.
Elmi fəaliyyəti
Elmi fəaliyyəti XVIII əsr Azərbaycan poeziyası və xüsusi olaraq M.P.Vaqifin həyat və yaradıcılığı ilə bağlıdır.
1964-cü ildə “M.P.Vaqifin yaradıcılığı” mövzusunda namizədlik,
1977-ci ildə isə “XVIII əsr Azərbaycan lirikası (ideya-tematik və sənətkarlıq xüsusiyyətləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Ədəbi və ədəbi-tənqidi fəaliyyəti
Gənc yaşlarında hekayələr də yazmış və onlardan bir çoxu “Azərbaycan”, “Kirpi” və bir sıra digər nəşrlərdə çap olunmuşdur.
“Odlar yurdu” bədii filminin, diafilm və sənədli filmlərin ssenari müəllifidir. Onun ssenari müəllifi olduğu “Tülkiyə uyduqda” kukla multfilmi (1972, rejissor: M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.
Həmçinin, R.Taqorun “Bağban” əsərini (1961, Anarla birlikdə) və S.A.Tolstayanın “Mənim həyatım” kitabını (1981) azərbaycan dilinə tərcümə etmişdir.
Ədəbi-tənqidi fəaliyyətə isə 1956-cı ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Tərli kürəklər” kinofilminə yazdığı eyniadlı resenziya ilə başlayıb. Daha sonralar “Kral Lir”, “Dədə Qorqud”, “Dərviş Parisi dağıdır” və s. filmlər haqqında məqalələri ilə ədəbi-tənqidi fəaliyyətini davam etdirib. Sabit Rəhmanın yaradıcılığına həsr etdiyi “Yaramazlığı sarsıdan gülüş” adlı son məqaləsi 1990-cı ilin noyabrında, yəni vəfatından sonra “Bakinskiy raboçi” qəzetində çap olunmub.
Digər
- Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin və elmi-redaksiya şurasının (1976 – 1990),
- Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının (1976 – 1990),
- “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin (1977 – 1982) üzvü olub.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı (1989).
Vəfatı
2 noyabr 1990-cı il tarixdə – 54 yaşında, Bakıda vəfat edib. Bakıda – İkinci Fəxri xiyabanda dəfn olunub.
Ailəsi
Atası: akademik Məmməd Arif;
Anası: görkəmli alim-pedaqoq Zümrüd Axundova;
Övladları: filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə və Ü.Hacıbəyli adına Bакы Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadə.
Kitbları
- Molla Pənah Vaqif (həyat və yaradıcılığı). Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1966, 190 səh.
- Molla Pənah Vaqif (həyat və yaradıcılığı haqqında oçerk). Bakı: Azərnəşr, 1968, 36 səh.
- Həyat müğənnisi. Bakı: Azərbaycan EA nəşri, 1968, 140 səh.
- XVIII əsr Azərbaycan lirikası. Bakı: Elm. 1980, 227 səh.
- Xeyirxahlıq və gözəllik poeziyası. Bakı: Yazıçı, 1986, 206 səh.
Tərcümələri
(ruscadan)
- R.Taqor. Bağban. Bakı: Azərnəşr, 1961, 55 səh.
- A.Tolstoy. Mənim həyatım. Bakı: Azərnəşr, 1981, 219 səh.
İstinadlar
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1936-cı ildə doğulanlar
- 30 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 4 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 1990-cı ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Alimlər
- Şəxslər (ad sırası ilə)