Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Zümrüd Dadaşzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Zümrüd Dadaşzadə
Dadaşzadə Zümrüd Araz qızı
Zümrüd Dadaşzadə
Zümrüd Dadaşzadə, 2018-ci il.
Doğum tarixi 2 iyun 1962 (1962-06-02) (59 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi sənətşünaslıq elmləri namizədi
Elmi adı professor
Təhsili

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası, tarix-nəzəriyyə fakültəsi (1980–1985);

Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturası (1989–1992)
Atası Araz Dadaşzadə
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2011

Zümrüd Dadaşzadə — tanınmış musiqişünas alim, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi sənətşünaslıq elmləri namizədi, Bakı Musiqi Akademiyasının professoru.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

2 iyun 1962-ci il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla,

1985-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1989 – 1992-ci illərdə Milli Elmlər Akademiyasının aspiranturasında (qiyabi) təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1985 – 1992-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

1988-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasında dərs deyir.

Elmi fəaliyyət[redaktə | HTML redaktə]

Tələbəlik illərindən elmi fəaliyyətlə məşğul olur. Novosibirsk (1981), Alma-ata (1982), Tbilisi (1983) şəhərlərində keçirilən ümumittifaq elmi-nəzəri konfranslarında iştirak edib, Leninqrad Ümumittifaq olimpiadasında (1983) “İncəsənətin tarixi və nəzəriyyəsi” bölməsi üzrə qaliblərdən biri olub.

1997-ci ildə sənətşünaslıq elmləri namizədi elmi dərəcəsi,

2001-ci ildə dosent,

2013-cü ildə professor elmi adını alıb.

Digər[redaktə | HTML redaktə]

1987-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür; 1990 – 2007-ci illərdə İdarə Heyətinin üzvü olub.

Avropa Şurasının “Stage” layihəsi çərçivəsində reallaşdırılan “Azərbaycan Respublikasında Mədəniyyət Siyasəti” məruzəsinin müəlliflərindən biridir. YUNESKO-nun təşkil etdiyi “Sivilizasiyaların dialoqu: Cənubi Qafqaz” (Vilnüs, 2003), “Mədəniyyət dəhlizi: GUÖAM ölkələri” (Bakı, 2003) beynəlxalq forumlarında, habelə bir sıra Respublika və Beynəlxalq konfrans və simpoziumlarda, o cümlədən “Muğam Aləmi” I Beynəlxalq simpoziumunda (Bakı, 2009), “Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar, perspektivlər” Beynəlxalq konfransında (Bakı, 2009), “Türkdilli xalqların musiqi alətləri” Beynəlxalq simpoziumunda (Bakı, 2010), ADMİU-nun gerçəkləşdirdiyi “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” Beynəlxalq elmi-praktiki konfransda (Bakı, 2014) iştirak edib.

M.Maqomayevin 60 illiyinə (2002), A.Məlikovun 75 illiyinə (2008), S.Hacıbəyovun 90 illiyinə və İ.Hacıbəyovun 60 illiyinə (2009), Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə (2009), Ə.Cavidin 90 illiyinə (2009), E.Abasovanın xatirəsinə (2010), F.Əlizadənin (2012), A.Tağızadənin (2014) yubileylərinə həsr olunmuş elmi-praktiki konfranslarda çıxış edib.

Bir çox radio və televiziya verilişlərinin, o cümlədən, 1986 – 1989-cu illərdə “Xaqani, 27” televiziya silsilə verilişlərinin müəllifi və aparıcısı olub. Bir sıra televiziya kanalları ilə (İTV, AzTV və s.) əməkdaşlıq edir.

2008-ci ildən “Eurovision” mahnı müsabiqəsinə ekspert kimi dəvət olunub, 2011, 2012, 2014-cü illərdə Azərbaycandan Avroviziya təmsilçisinin seçimi üzrə yarışmanın (milli seçim turlarının) münsiflər heyətinin üzvü olub. 2008-ci ildə isə beynəlxalq münsiflər heyətinin Azərbaycan nümayəndəsi kimi səsvermədə iştirak edib.

Kitabları[redaktə | HTML redaktə]

  1. Aqşin Əlizadə. Bakı: Şur, 1992;
  2. Simfoniyanın fəzası. 1970-80-ci illər Azərbaycan simfoniyası: əsas təmayüllər. Bakı: Elm, 1999;
  3. “Biz də dünyanın bir hissəsiyik...”. Məqalələr toplusu. Bakı: Nurlan, 2004;
  4. Azərbaycan simfoniyası (1960-1980-ci illər). Bakı: Ziya, 2012;
  5. Zemfira Səfərova. Bakı: Şərq-Qərb, 2014;
  6. Elnarə Dadaşova. Bakı: Şərq-Qərb, 2015;
  7. Bəstəkar Ədilə Hüseynzadə. Məhəbbətlə doğulmuşam. Bakı: Maxofset, 2019;

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Ailəsi[redaktə | HTML redaktə]

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Azərbaycan SSR əməkdar elm xadimi Araz Dadaşzadənin (1936 – 1990) qızı, Azərbaycan SSR EA həqiqi üzvü Məmməd Arifin (1904–1975) və İlk azərbaycanlı qadın alimlərdən biri Zümrüd Axundovanın (1912 – 1961) nəvəsi, görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Axundovanın (1924–2013) bacısının nəvəsi, 1920-ci illərin birinci yarısında[qeyd 1] bir müddət Azərbaycan K(b)P Nuxa qəza partiya komitəsinin məsul katibi vəzifəsində çalışmış Qulam Axundovun isə (1877–1947) nəticəsidir.

Qeydlər[redaktə | HTML redaktə]

  1. Ən geci 1922 ildən (Tahirzadə Ə.Ş., 2005, s. 79) ən geci 28 iyul 1923-ci il tarixədək (Tahirzadə Ə.Ş., 2005, s. 81).

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Tahirzadə Ə.Ş. Ələşrəf Kərimov/İsmayılov; Şəki keçmişdə və imdi // Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.

Həmçinin, bax:[redaktə | HTML redaktə]