"Abdulla bəy Əfəndizadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 74: | Sətir 74: | ||
==Ədəbiyyat== | ==Ədəbiyyat== | ||
− | # {{AME|8|?|ƏFƏNDİYEV (Əfәndizadә) Abdulla bәy İsmayıl bәy oğlu | + | # {{AME|8|?|ƏFƏNDİYEV (Əfәndizadә) Abdulla bәy İsmayıl bәy oğlu}} |
# {{məqalə | # {{məqalə | ||
| müəllif = Baxışov V. | | müəllif = Baxışov V. |
19:52, 21 iyul 2021 versiyası
Abdulla bəy Əfəndizadə | |
---|---|
Əfəndizadə Abdulla bəy İsmayıl oğlu | |
Abdulla bəy Əfəndizadə. | |
Doğum tarixi | 4 mart 1873 |
Doğum yeri | Nuxa, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfatı | 1928 |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Atası | Atası İsmayıl əfəndi Hacı Çələbi əfəndi oğlu (1819–892) |
Anası | Fəxrənnisa (Şirin) xanım Hacı Mahmud əfəndi qızı |
Uşağı | Ziya Əfəndiyev |
Təhsili |
Mixaylov Sənət Məktəbi (Yelizavetpol (indiki Gəncə), 1888–1894) Aleksandr Müəllimlər İnstitutu (Tiflis (indiki Tbilisi), 1895–1899) |
Abdulla bəy Əfəndizadə (1873–1928) — tanınmış maarif xadimi, pedaqoq, yazıçı və tərcüməçi. Azərbaycan parlamentinin (1918–1920) Nuxa şəhərindən seçilmiş deputatı olub. Rәşid bәy Əfәndiyevin qardaşı, Hikmət Ziyanın isə babasıdır.
Haqqında məlumatlar
4 (16) mart 1873-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
1880 – 1888-ci illərdə Nuxada evdə və məhəllə məktəbində ibtidai,
1888 – 1894-cü illərdə Mixaylov Sənət Məktəbində (Yelezavetpol (indiki Gəncə)) kənd təsərrüfatı – bağçılıq və ipəkçilik üzrə orta ixtisas,
1895 – 1899-ci illərdə Aleksandr Müəllimlər İnstitutunda (Tiflis (indiki Tbilisi)) ali pedaqoji təhsil alıb.
Əmək fəaliyyəti
1899 – 1920-ci illərdə, əvvəlcə, Bakıda Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə təsis edilmiş və Sultan Məcid Qənizadənin rəhbərlik etdiyi məktəbdə pedaqoji əmək fəaliyyətə başlayıb. Daha sonra müxtəlif məktəblərdə müəllim və müdir (1898–1920) işləyib.
İctimai-siyasi fəaliyyəti
1906 və 1907-ci illərdə Qafqaz Müsəlman Müəllimlərinin I və II qurultaylarında iştirak edib.
1918 – 1920-ci illərdə Nuxa şəhərinin təmsilçisi kimi Azərbaycan parlamentinin üzvü olub.
Ədəbi, elmi, pedaqoji-elmi və tərcüməçilik fəaliyyəti
1894-cü ildə “Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza” məcmuəsində Nuxada topladığı folklor nümunələri,
1906-cı ildə “Rüstəmin yuxusu” adlı kitabı,
1908-ci ildə Süleyman Sani Axundov və Fərhad Ağazadə (Şərqli) ilə birlikdə tərtib etdikləri “İkinci il” məktəb dərsliyi,
1914-cü ildə “Şagirdlərə hədiyyə” adlı kitabı,
1919-cu ildə Nuxadakı “Mədəniyyət” mətbəəsində siyasi lirika janrında qələmə aldığı “Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə!” adlı kitabçası çap olunub.
Rus şairlərindən İ.A.Krılovun, M.Y.Lermontovun və başqalarının şeirlərini azərbaycan dilinə tərcümə edib.
Vəfatı
1928-ci ildə – 55 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- ƏFƏNDİYEV (Əfәndizadә) Abdulla bәy İsmayıl bәy oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. ?. — ISBN 978-9952-441-13-0.
- Baxışov V. Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında Nuxa qəzasını təmsil edən şəxslər (azərb.) // Ədalət : qəzet. — Bakı, 1918. — В. 8 iyun. — № 102. — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 13 Nov 2018 - 1 Jul 2020.
- Mərdanov M, Tahirzadə Ə. ƏFƏNDİZADƏ (AZAQBƏYLİ) Abdulla bəy İsmayıl əfəndi oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı).. — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 253-263. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 aprel 2021.