Kəlbəli xan Xoyski: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 5: Sətir 5:
|Tam adı        = Kəlbəli xan Əhməd xan oğlu Xoyski
|Tam adı        = Kəlbəli xan Əhməd xan oğlu Xoyski
|Digər adları  = Kiçik ağa
|Digər adları  = Kiçik ağa
|Şəkil          =  
|Şəkil          = Seltenet beyim.jpg
|Şəkil məlumat  =  
|Şəkil məlumat  = Kəlbəli xan Xoyskinin nəvəsi [[Səltənət bəyim Xoyski|Səltənət bəyim Xoyskinin]] qəbri üzərindəki baş daşı, [[Xan qəbiristanlığı (Şəki)|Şəki Xan qəbiristanlığı]], 2009-cu il.
|Şəkil miqyası  =  
|Şəkil miqyası  =  
|Fəaliyyəti    =  
|Fəaliyyəti    =  
Sətir 28: Sətir 28:
== Haqqında məlumatlar ==
== Haqqında məlumatlar ==
Xoy xanı Əhməd xanın oğlu idi və əmisi [[Cəfərqulu xan Dünbili| Cəfərqulu xanın]] qızı Sara xanımla evlənmişdir. 1806-cı ildə [[Cəfərqulu xan Xoyski]] ilə birlikdə Xoydan Tiflisə, sonra isə Nuxaya köçmüşdülər.  
Xoy xanı Əhməd xanın oğlu idi və əmisi [[Cəfərqulu xan Dünbili| Cəfərqulu xanın]] qızı Sara xanımla evlənmişdir. 1806-cı ildə [[Cəfərqulu xan Xoyski]] ilə birlikdə Xoydan Tiflisə, sonra isə Nuxaya köçmüşdülər.  
[[Fayl:Seltenet beyim.jpg|200px|thumb|left|Kəlbəli xan Xoyskinin nəvəsi [[Səltənət bəyim Xoyski|Səltənət bəyim Xoyskinin]] qəbri üzərindəki baş daşı, [[Xan qəbiristanlığı (Şəki)|Şəki Xan qəbiristanlığı]], 2009-cu il.]]
 
1819-cu ildə – Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar [[İsmayıl xan Xoyski|İsmayıl xanın]] qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsmişdilər. O cümlədən,  “Kiçik ağa” ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat. Lakin bununla yanaşı, həm də onlardan Nuxanı tərk etmək də tələb olunurdu.  
1819-cu ildə – Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar [[İsmayıl xan Xoyski|İsmayıl xanın]] qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsmişdilər. O cümlədən,  “Kiçik ağa” ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat. Lakin bununla yanaşı, həm də onlardan Nuxanı tərk etmək də tələb olunurdu.  



21:14, 9 avqust 2021 versiyası

Kəlbəli xan Xoyski
Kəlbəli xan Xoyski
Kəlbəli xan Xoyskinin nəvəsi Səltənət bəyim Xoyskinin qəbri üzərindəki baş daşı, Şəki Xan qəbiristanlığı, 2009-cu il.
Anadan olub 1785(1785-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat edib (29 iyul) 10 avqust 1834 (49 yaşında)
Vəfat etdiyi yer Yelisavetpol (indiki Gəncə)
Dəfn yeri Kərbəla
Həyat yoldaşı Sara xanım Cəfərqulu xan qızı
Uşağı İskəndər xan Xoyski
Atası Əhməd xan
Anası Səltənət bəyim

Kəlbəli xan Xoyski (1785–1834) — rus ordusunun general mayoru, İskəndər xan Xoyskinin atası, Fətəli xan Xoyskinin babası.

Haqqında məlumatlar

Xoy xanı Əhməd xanın oğlu idi və əmisi Cəfərqulu xanın qızı Sara xanımla evlənmişdir. 1806-cı ildə Cəfərqulu xan Xoyski ilə birlikdə Xoydan Tiflisə, sonra isə Nuxaya köçmüşdülər.

1819-cu ildə – Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsmişdilər. O cümlədən, “Kiçik ağa” ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat. Lakin bununla yanaşı, həm də onlardan Nuxanı tərk etmək də tələb olunurdu.

Eyni vaxtda İran şahının vəliəhdi Abbas Mirzə isə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Kəlbəli bəyin Abbas mirzənin arzusuna uyğun olaraq İrana qayıdıb-qayıtmaması məlum deyil. Amma məlumdur ki 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə “Xoyu idarə edən şəxs” kimi göstərilir. Həmin vaxt Xoy rus işğalı altında idi və Kəlbəli xanın ruslara xidmət etməsinin müqabilində, 22 avqust 1829-cu il tarixdə rütbəsi artırıldı – general-mayor oldu (–20 ildən artıq idi ki polkovnik idi).

Daha sonralar, 20 dekabr 1831-ci il tarixli sənəddə, həmin vaxt Dərbənddən Dağıstanın içərilərinə doğru hərbi missiyaya başlamış rus qoşunlarının komandanlarından biri kimi Kəlbəli xanın da adına təsadüf edilir.

Kəlbəli xan 10 avqust 1834-cü il tarixdə Yelisavetpolda (Gəncə) dünyasını dəyişmişdir.

Kəlbəli xanın ölümündən bir ay sonra – 11 sentyabr 1834-cü il tarixdə cənazəsi Kərbəlaya göndərilmişdir.

Ədəbiyyat

  1. Aydın Məmmədov. Bir qəbir kitabəsinin izi ilə, yaxud Fətəli xan Xoyskinin əsli nəcabətinə dair tarixi faktlar
  2. Исмаилов Э.Э. Xoy xanları. Nəsil şəcərəsi və tərcümeyi-hallarına aid sənədlər (rus.) // Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri : jurnal / baş red. Eldar İsmayılov. — Bakı: Adiloğlu, 2003. — В. IV (tiraj: 400; 120 s.). — Səh. 35-59. — ISBN 9952-25-001-3.