"Abdulla bəy Əfəndizadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 6: | Sətir 6: | ||
|Tam adı = Abdulla bəy İsmayıl oğlu Əfəndizadə | |Tam adı = Abdulla bəy İsmayıl oğlu Əfəndizadə | ||
|Digər adları = Azaqbəyli | |Digər adları = Azaqbəyli | ||
− | |Fəaliyyəti = Pedaqoq, | + | |Fəaliyyəti = Pedaqoq, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü |
|Milliyəti = azərbaycanlı | |Milliyəti = azərbaycanlı | ||
|Doğum tarixi = {{doğum tarixi|1873|3|3}} | |Doğum tarixi = {{doğum tarixi|1873|3|3}} | ||
− | |Doğum yeri = [[ | + | |Doğum yeri = [[Nuxa]], {{Rusİmp}} |
|Vəfatı = {{vəfat tarixi|1928||}} | |Vəfatı = {{vəfat tarixi|1928||}} | ||
− | |Vəfat yeri = | + | |Vəfat yeri = Bakı, {{AzSSR}} |
|Vəfat səbəbi = | |Vəfat səbəbi = | ||
|Dəfn yeri = | |Dəfn yeri = |
11:43, 14 aprel 2020 versiyası
Abdulla bəy Əfəndizadə | |
---|---|
Abdulla bəy İsmayıl oğlu Əfəndizadə | |
Abdulla bəy Əfəndizadə | |
Doğum tarixi | 3 mart 1873 |
Doğum yeri | Nuxa, Rusiya İmperiyası |
Vəfatı | 1928 |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Uşağı | Ziya bəy |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Pedaqoq, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü |
Abdulla bəy Əfəndizadə (Tam adı:Abdulla İsmayıl oğlu Əfəndizadə; d. 3 mart 1873, Şəki - ö. 1928, Bakı) — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, pedaqoq.[1]
Həyatı
Abdulla bəy Əfəndizadə 3 mart 1873-cü ildə Şəki şəhərində anadan olmuşdu. 1880-1888-ci illərdə Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil almış, 1888-1894-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, 1895-1898-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsil almışdır. Şəkidə müəllim işləmişdir. İki il burada çalışandan sonra Tiflis Aleksandr Müəllimlər institutuna daxil olmuş və 1899-cu ildə orada təhsilini tamamlamışdı.
Ailəsi
Rəşid bəy Əfəndiyevin qardaşı Abdulla bəyin Ziya bəy adlı oğlu vardır. Əfəndiyev Hikmət Ziyanın babasıdır.
Fəaliyyəti
1898-ci ildə isə Bakıda pedaqoji fəaliyyətə başlamışdır. Həmin illərdə müxtəlif məktəblərdə müəllim və məktəb müdiri vəzifələrində işləmişdir. 1906-cı ildə A.Əfəndizadə Qafqaz Müsəlman Müəllimlərinin I və 1907-ci ildə II qurultaylarında fəal iştirak etmiş, Süleyman Sani Axundov və Fərhad Ağazadə ilə birgə tərtib etdiyi yeni əlifba layihəsini müzakirəyə çıxarmış, onlarla birlikdə həmin əlifba layihəsi və qurultayda qəbul olunan proqram əsasında 1908-ci ildə “İkinci il” dərsliyini yazıb nəşr etdirmişdir. O, Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu”na əsasən Nuxa (Şəki) şəhərindən ADR parlamentinə deputat seçilmişdir. Parlamentdə əvvəlcə Əhrar fraksiyasına daxil olmuş, 1919-cu il noyabrın əvvəllərində fraksiyadan ayrılaraq özünü sol müstəqil elan etmişdir.[2]
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə üzv seçilən Əfəndizadə Maarif Nazirliyinin əlifba islahatına dair təşkil etdiyi kommissiyanın tərkibində çalışmışdır. Müzakirəyə təqdim etdiyi əlifba layihəsi komissiya tərəfindən bəyənilmişdir. 1919-cu ildə Əfəndizadənin tərtib etdiyi əlifba əsasında müstəqil dövlətin “Son türk əlifbası” adlı əlifba dərsliyinin nəşrinə icazə verilmişdir. Ədəbi yaradıcılıqla məşğul olmuş Əfəndizadə uşaqlar üçün şeirlər, hekayələr də yazmışdır. Onun 1919-cu ildə Şəkinin "Mədəniyyət" mətbəəsində onun siyasi lirika janrında qələmə aldığı “Ya ölüm, ya Türkiyə” mənzuməsi çox məşhur idi. Abdulla bəy Əfəndizadə Şəkidə ilk oğlan, ilk qız məktəblərinin və gimnaziyanın banisi kimi tanınırdı. Abdulla bəy Əfəndizadə eyni zamanda tərcümə işi ilə də məşğul olmuş, rus şairlərindən İ.A.Krılovun, M.Y.Lermontovun və başqalarının şeirlərini türkçəmizə tərcümə etmişdir. Geniş fəaliyyət, hərtərəfli yaradıcılıq dairəsinə və qabiliyyətinə malik olan Abdulla bəy Şəki folklorunun toplanılması, araşdırılması və təbliği istiqamətində də mühüm işlər görmüşdür. O, topladığı folklor nümunələrini 1894-cü ildə "Sbornik materialov dlə opisaniə mestnostey i plemen Kavkaza (SMOPK)" məcmuəsində çap etdirmişdir.
Kitabları
- “Rüstəmin yuxusu, yaxud röyası” (1906);
- “Şagirdlərə hədiyyə” (1914).
Kitabçası
- "Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə
Şeirləri
- "Növhə";
- "Ümid";
- "Acı həqiqətlər qarşısında böyük ümidvarlılıq";
- "Qafqaza dəvət".[3]
Haqqında
Onun 1906-cı ildə əvvəl "Dəbistan" jurnalında, daha sonra isə ayrıca kitabça şəklində nəşr edilmiş "Rüstəmin yuxusu" adlı əsərinə XX əsrin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi hərəkatın görkəmli nümayəndəsi, sonralar Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan M.Ə.Rəsulzadə resenziya yazmışdır:
"Bu mənzumə biz müsəlmanların məişətimizdə ən nazik və ən ağrılı dərdimiz olan dəstəbazlıq və qoçubazlığın bina və əslini və millətimiz arasında cəhl və nadanlıq ucundan cüzi bir şeyin üstə (ki, özgələri o barədə bir-birilərinə söyüş belə deməzlər) özlərini həlakət və fəlakətə sövüq edib böylə bir hərəkəti-dənaətkaranənin adını namus və qeyrət qoyanların biləsəf iştimallarını (əhatə etmək) gözəl bir tərzdə tənqid ediyor. Bu əsər qayət asan bir dil ilə yazılıb "mütəzad" surəti şeriyyəsi ilə tənzim edilmişdir". |
Vəfatı
O, 1928-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Həmçinin bax
İstinadlar
- ↑ "Abdulla bəy Əfəndizadə 1873-1928 (145 illiyi)". 14 Jan 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Yanvar , 2018.
- ↑ "Azərbaycanın görkəmli maarifçilər nəsli". 14 Jan 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013.- 9 oktyabr..
- ↑ "AZƏRBAYCAN CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR". 14 Jan 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018. 8 iyun.