Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Rüstəm xan Xoyski" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 99: Sətir 99:
 
# {{kitab3
 
# {{kitab3
 
  | müəllif        = [[:az:Misir Mərdanov|Mərdanov M.C.]], [[Ədalət Tahirzadə|Tahirzadə Ə.Ş.]]
 
  | müəllif        = [[:az:Misir Mərdanov|Mərdanov M.C.]], [[Ədalət Tahirzadə|Tahirzadə Ə.Ş.]]
  | hissə          =  
+
  | hissə          = XOYSKİ Rüstəm xan İsgəndər xan oğlu
 
  | hissənin linki  = https://tahirzade.shaki.info/arxiv/r%C3%BCst%C9%99m-xan-xoyski
 
  | hissənin linki  = https://tahirzade.shaki.info/arxiv/r%C3%BCst%C9%99m-xan-xoyski
 
  | başlıq          = 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı)
 
  | başlıq          = 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı)

23:46, 22 yanvar 2022 versiyası

Rüstəm xan Xoyski
Xoyski Rüstəm xan İsgəndər xan oğlu
Rustam Khan Khoyski 2019 stamp of Azerbaijan.jpg
Rüstəm xan Xoyskinin şərəfinə buraxılmış poçt markası.
bayraqAzərbaycan İctimai Şuralar Cümhuriyyətinin sosial təminat komissarının müavinibayraq
 — 15 may 1920
bayraqAzərbaycan Cümhuriyyətinin ümuri-xeyriyyə və səhiyyə nazirinin müavinibayraq
24 dekabr 1919 — 1 aprel 1920
bayraqAzərbaycan Cümhuriyyətinin ümuri-xeyriyyə (sosial təminat) nazirinin müavinibayraq
14 mart 1919 — 22 dekabr 1919
bayraqAzərbaycan Cümhuriyyətinin ümuri-xeyriyyə (sosial təminat) naziribayraq
26 dekabr 1918 — 14 mart 1919
Sələfi Musa bəy Rəfiyev
Xələfi Valerian Klenevski
Şəxsi məlumatlar
Doğum tarixi 28 noyabr 1888(1888-11-28) (Yuli təqvimi ilə 15 noyabr 1988)
Doğum yeri Nuxa (Şəki), Nuxa qəzası, Yelizavetpol (Gəncə) quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1939(1939-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Moskva, Flag of the Russian Soviet Federative Socialist Republic (1954–1991).svg RSFSR, Flag of the Soviet Union.svg SSRİ
Atası İskəndər xan Xoyski
Anası Şəhrəbanu
Təhsili Sankt-Peterburq İmperator Universiteti, hüquq fakültəsi (1906 – 1913)

Rüstəm xan Xoyski (1888–1939) — hüquqşünas və dövlət xadimi; Azərbaycan Cümhuriyyətinin ümuri-xeyriyyə (sosial təminat) naziri və nazir müavini, ümuri-xeyriyyə və səhiyyə nazirinin müavini, Azərbaycan İctimai Şuralar Cümhuriyyəti sosial təminat komissarının müavini vəzifələrində çalışmışdır. Fətəli xan Xoyskinin kiçik qardaşıdır.

Haqqında məlumatlar

28 noyabr 1888-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1) Rüstəm xan Xoyski, 3) Nəsrəddin bəy Səfikürdski, 4) Camo bəy Hacınski, – azərbaycanlı tələbələr, Sankt-Peterburq, 1906 – 1913-cü illər.

1906-cı ildə Yelizavetpol (Gəncə) klassik gimnaziyasında orta təhsilini başa vurub.

1906 – 1913-cü illərdə Sankt-Peterburq İmperator Universitetinin hüquq fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1913 – 1916-cı illərdə Yelizavetpol (Gəncə) Dairə Məhkəməsində,

1916 – 1917-ci illərdə isə Bakı Dairə Məhkəməsində andçı müvəkkil müavini vəzifəsində işləyib.

1917-ci ildə Bakı Dairə Məhkəməsi sistemində vəkil köməkçisi idi.

1918-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra bir müddət Cümhuriyyət Heyəti-Vükəla (Nazirlər Şurası) İdarəsinin müdiri vəzifəsində çalışıb.

26 dekabr 1918-ci il tarixdən 14 mart 1919-cu il tarixədək – Fətəli xan Xoyskinin qurduğu 3-cü hökumət kabinəsində, ümuri-xeyriyyə (sosial təminat) naziri,

14 mart 1919-cu il tarixdən 22 dekabr 1919-cu il tarixədək – Nəsib bəy Yusifbəylinin qurduğu 4-cü hökumət kabinəsində, ümuri-xeyriyyə nazirinin müavini,

24 dekabr 1919-cu il tarixdən 1 aprel 1920-ci il tarixədək – Nəsib bəy Yusifbəylinin qurduğu 5-ci hökumət kabinəsində, isə ümuri-xeyriyyə və səhiyyə nazirinin müavini vəzifəsini tutub.

27 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra 15 may 1920-ci il tarixədək bir müddət Azərbaycan İctimai Şuralar Cümhuriyyəti sosial təminat komissarının müavini vəzifəsində çalışıb.

1924-cü ildə Azərbaycan İctimai Şuralar Cümhuriyyəti Ali İqtisad Şurasında və Xalq Komissarları Şurasında katib idi.

Sonralar Moskvaya köçmüş və Moskvada müxtəlif dövlət idarələrində çalışmışdır.

Məhkumluğu

1920-ci ilin iyunun 5-də Nardaran kəndində olarkən həbs edilib; 1920-ci ilin 31 avqustuna qədər həbsxanada saxlanılıb, sonra isə sürgünə göndərilib. Həbsdə olarkən, anası Şəhrəbanı oğlunu xilas etmək üçün Hərbi İnqilab Komitəsinin sədri Nəriman Nərimanova ərizə ilə müraciət ebib, lakin Nəriman Nərimanov bu ərizəyə qəti cavab verməyib.

Digər

Peterburq Universitetində Azərbaycandan getmiş tələbələrin təşkil etdiyi yerdaşlıq cəmiyyətinin üzvü olub.

1917-ci ildə əvvəlcə Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə, sonra isə komitənin siyasi bölməsinə üzv seçilib.

Vəfatı

1939-cu ildə Moskvada vəfat edib; Novodeviçye qəbiristanlığında – qaynı, mühəndis İ.İ.Yutkeviçin qəbrinin yanında dəfn olunub.

İstifadə edilmiş mənbə

  1. Mərdanov M.C., Tahirzadə Ə.Ş. XOYSKİ Rüstəm xan İsgəndər xan oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III  cild. — Səh.: 382 – 388. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 Apr 2021 - 28 Aug 2021.