Məmməd Çələbiyev: Redaktələr arasındakı fərq
→Təhsili: İnçə-Zunud Teqlər: Mobil redaktə Mobil veb redaktə |
Redaktənin izahı yoxdur |
||
Sətir 4: | Sətir 4: | ||
|Orijinal adı = ''Çələbiyev Məmməd Musa oğlu'' | |Orijinal adı = ''Çələbiyev Məmməd Musa oğlu'' | ||
|Şəkil = Məmməd Çələbiyev.jpg | |Şəkil = Məmməd Çələbiyev.jpg | ||
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = 160 | ||
|Şəklin izahı = Məmməd Çələbiyev, 1970. | |Şəklin izahı = Məmməd Çələbiyev, 1970. | ||
|İlk adı = | |İlk adı = |
19:29, 4 avqust 2022 versiyası
Məmməd Çələbiyev | |
---|---|
Çələbiyev Məmməd Musa oğlu | |
Məmməd Çələbiyev, 1970. | |
Təxəllüsü | Şəkili |
Doğum tarixi | 1 aprel 1923 |
Doğum yeri | İnçə, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR |
Vəfatı | 3 avqust 1987 (64 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Təhsili |
Nuxa Pedaqoji Texnikumu (1937–1940) Azərbaycan Dövlət Pedaqoji İnstitutu, azərbaycan dili və ədəbiyyatı fakültəsi (1952–1956) |
Məmməd Çələbiyev (1923–1987) — yazıçı və dramaturq, 4 bədii kitabın, o cümlədən, Əhmədiyyə Cəbrayılovun Fransa müqavimət hərakatında iştirakına dair “Haronnaya gəlin gəlir” kitabının müəllifi; qələmə aldığı dram əsərlərindən üçü sağlığında Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.
Haqqında məlumatlar
1 aprel 1923-cü il tarixdə Nuxa qəzasının İnçə kəndində anadan olub.
Təhsili
1930 – 1937-ci illərdə İnçə-Zunud kənd məktəbində,
1937 – 1940-cı illərdə Nuxa Pedaqoji Texnikumunda,
1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun azərbaycan dili və ədəbiyyatı fakültəsində (qiyabi) təhsil alıb.
Böyük Vətən müharibəsindəə
1941-ci ilin 22 dekabrında Sovet Ordusu sıralarına çağırılıb.
Stalino, Mateyevka, Cənubi Ukrayna cəbhələrində vuruşub, 1942-ci ildə ağır yaralanıb və ordudan tərxis olunub.
Əmək fəaliyyəti
1940-cı ilin 8 martından Nuxa rayonunun Aşağı Şabalıd kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb.
1943 – 1961-ci illərdə İnçə-Zunud 7 illik kənd məktəbində müəllim, direktor müavini və direktor işləyib.
1961 – 1972-ci illərdə “Şəki fəhləsi” qəzetinin redaksiyasında şöbə müdiri və məsul redaktor,
1972 – 1974 -ci illərdə Şəki Pedaqoji Texnikumunda,
1974 – 1987-cü illlərdə Şəki Musiqi Texnikumunda dil və ədəbiyyat müəllimi işləyib.
ədəbi yaradıcılığı
1956-ci ildən ədəbi yaradıcılığa başlayıb. Hekayələri respublika qəzet və jurnallarında, Şəkidə çıxan qəzetlərdə çap olunub. “Qızlar bəzək sevir” povesti “Azərbaycan” jurnalında (1965, №5-6) dərc olunub. “Təmkin” povesti həm “Azərbaycan” jurnalında (1971, №3) və həm də ayrıca kitab kimi "Yazıçı" nəşriyyatında (1983) çap olunub. Qələmə aldığı dram əsərlərindən üçü öz sağlığında Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub: “Hökm” (1981), “Fədai” (1983), Yaşıl işıq (1985).
Kitabları
- Təmkin – “Yazıçı” nəşriyyatı, 1983;
- Bir yay günü – “Yazıçı” nəşriyyatı, 1987;
- Zoğal ağacları – “Mütərcim” nəşriyyatı, 1998;
- Haronnaya gəlin gəlir – “Mütərcim” nəşriyyatı, 1998.
Vəfatı
3 avqust 1987-ci il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Çələbiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 101. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1923-cü ildə doğulanlar
- 1 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 3 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 1987-ci ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə