"Larisa Məmmədova" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 32: | Sətir 32: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''Larisa Məmmədova''' (1977–1990) — 20 yanvar faciəsində (1990) şəhid olmuş məktəbli qız. | + | '''Larisa Məmmədova''' (1977–1990) — 20 yanvar faciəsində (Bakı, 1990) şəhid olmuş məktəbli qız. |
== Haqqında məlumatlar == | == Haqqında məlumatlar == |
17:40, 22 yanvar 2023 versiyası
Larisa Məmmədova | |
---|---|
Məmmədova Larisa Fərman qızı | |
Larisa Məmmədova. | |
Anadan olub | 11 avqust 1977 |
Anadan olduğu yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 20 yanvar 1990 (12 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | güllə yarasından şəhid olub |
Dəfn yeri | Şəhidlər xiyabanı, Bakı |
Atası | Fərman Məmmədov |
Anası | Qalina Məmmədova |
Vətəndaşlıq | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı şəhər 134 nömrəli orta məktəb, 7-ci sinif |
Larisa Məmmədova (1977–1990) — 20 yanvar faciəsində (Bakı, 1990) şəhid olmuş məktəbli qız.
Haqqında məlumatlar
11 avqust 1977-ci il tarixdə Bakıda anadan olub.
20 yanvar 1990-cı il ərəfəsində Bakı şəhər 134 nömrəli orta məktəbinin 7-ci sinfində oxuyurdu. Həmçinin musiqi təhsili də alırdı və tikmə-toxuma sənətini də öyrənirdi.
Şəhid olması
1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda atası ilə atasının iş yerindən axırıncı avtobusla evlərinə qayıdarkən “Gənclik” metrosunun yaxınlığındakı dayanacaqda adamlar avtobusa doluşaraq sürücüdən tələb ediblər ki, avtobusu Leytenant Şmidt adına Bakı Maşınqayırma Zavoduna tərəf sürsün. Avtobus Bədən Tərbiyəsi İnstitutunun yanından ötüb Leytenant Şmidt adına Bakı Maşınqayırma Zavoduna yaxınlaşarkən atəşə tutulub. Bu zaman Larisa Məmmədova – 12 yaşında, güllə yarasından şəhid olub, atası isə yaralanıb.
Ailəsi
Atası Fərman Məmmədov Şəki rayonunun Qayabaşı kəndində anadan olub. Orada orta təhsil aldıqdan sonra təhsilini Ukraynanın Donetsk şəhərindəki milis məktəbində davam etdirib, həmçinin qiyabi yolla politexnik institutunu da bitirib. Bir neçə il Donetsk, Perm şəhərlərindəki milis məktəblərində idman müəllimi işləyib, sonra sahə müvəkkili, həbsxana rəisi vəzifələrində çalışıb. Ukraynada Qalina adlı ukraynalı qızla evləndikdən bir müddət sonra isə ailəsi ilə birlikdə Bakıya köçüb və Bakıdakı 2 nömrəli avtobus parkında mexanik işləməyə başlayıb. Bakıda onun Larisadan başqa Nərminə adlı daha bir qızı və Emil adlı oğlu da anadan olub.
Xatirəsi
Bakı şəhərində bir küçəyə adı verilib. Bəxtiyar Vahabzadə Larisa haqqında “On üç yaşlı körpə bala” adlı aşağıdakı şeirini yazıb:
On üç yaşlı körpə bala, — "On üç yaşlı körpə bala", Bəxtiyar Vahabzadə
|
Ədəbiyyat
- Mete Ə. Şəkilidir: Yaralı ata, şəhid qız // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 450-53. — 500 nüsx.
- Mete Ə. Çiçəklər mənim kimi solmasın // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 453–461. — 500 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- L
- Şəxslər (familiya sırası ilə)
- 1977-ci ildə doğulanlar
- 11 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 20 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 1990-cı ildə vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə