"Kəlbəli xan Xoyski" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 34: | Sətir 34: | ||
Daha sonralar, 20 dekabr 1831-ci il tarixli sənəddə, həmin vaxt Dərbənddən Dağıstanın içərilərinə doğru hərbi missiyaya başlamış rus qoşunlarının komandanlarından biri kimi Kəlbəli xanın da adına təsadüf edilir. | Daha sonralar, 20 dekabr 1831-ci il tarixli sənəddə, həmin vaxt Dərbənddən Dağıstanın içərilərinə doğru hərbi missiyaya başlamış rus qoşunlarının komandanlarından biri kimi Kəlbəli xanın da adına təsadüf edilir. | ||
− | Kəlbəli xan 10 avqust 1834-cü il tarixdə Yelisavetpolda (Gəncə) vəfat | + | Kəlbəli xan 10 avqust 1834-cü il tarixdə Yelisavetpolda (Gəncə) vəfat etmiş, ölümündən bir ay sonra – 11 sentyabr 1834-cü il tarixdə cənazəsi Kərbəlaya göndərilmişdir. |
− | |||
− | |||
==Ədəbiyyat== | ==Ədəbiyyat== |
09:40, 10 avqust 2023 versiyası
Kəlbəli xan Xoyski | |
---|---|
Xoyski Kəlbəli xan Əhməd xan oğlu | |
Kəlbəli xan Xoyskinin nəvəsi Səltənət bəyim Xoyskayanın qəbri üzərindəki baş daşı, Şəki Xan qəbiristanlığı, 2009-cu il. | |
Anadan olub | 1785 |
Vəfat edib | (29 iyul) 10 avqust 1834 (49 yaşında) |
Vəfat etdiyi yer | Yelisavetpol (indiki Gəncə) |
Dəfn yeri | Kərbəla |
Həyat yoldaşı | Sara xanım Cəfərqulu xan qızı |
Uşağı | İskəndər xan Xoyski |
Atası | Əhməd xan |
Anası | Səltənət bəyim |
Kəlbəli xan Xoyski (1785–1834) — Rusiya İmperator Ordusunun general-mayoru. Rusiya İmperator Ordusunun general-leytenantı İskəndər xan Xoyskinin atası, Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin babasıdır.
Haqqında məlumatlar
Xoy xanı Əhməd xanın oğlu idi və əmisi Cəfərqulu xanın qızı Sara xanımla evlənmişdir. 1806-cı ildə Cəfərqulu xan Xoyski ilə birlikdə Xoydan Tiflisə, sonra isə Nuxaya köçmüşdü.
1819-cu ildə – Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsmişdilər. O cümlədən, “Kiçik ağa” ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat. Lakin bununla yanaşı, həm də onlardan Nuxanı tərk etmək də tələb olunurdu.
Eyni vaxtda İran şahının vəliəhdi Abbas Mirzə isə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Kəlbəli bəyin Abbas mirzənin arzusuna uyğun olaraq İrana qayıdıb-qayıtmaması məlum deyil. Amma məlumdur ki 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə “Xoyu idarə edən şəxs” kimi göstərilir. Həmin vaxt Xoy rus işğalı altında idi və Kəlbəli xanın ruslara xidmət etməsinin müqabilində, 22 avqust 1829-cu il tarixdə rütbəsi artırıldı – general-mayor oldu (–20 ildən artıq idi ki polkovnik idi).
Daha sonralar, 20 dekabr 1831-ci il tarixli sənəddə, həmin vaxt Dərbənddən Dağıstanın içərilərinə doğru hərbi missiyaya başlamış rus qoşunlarının komandanlarından biri kimi Kəlbəli xanın da adına təsadüf edilir.
Kəlbəli xan 10 avqust 1834-cü il tarixdə Yelisavetpolda (Gəncə) vəfat etmiş, ölümündən bir ay sonra – 11 sentyabr 1834-cü il tarixdə cənazəsi Kərbəlaya göndərilmişdir.
Ədəbiyyat
- Исмаилов Э.Э. Ханы Хойские. Материалы к родословной и биографиям (rus.) // Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri : jurnal / baş red. Eldar İsmayılov. — Bakı: Adiloğlu, 2003. — В. IV (tiraj: 400; 120 s.). — Səh. 35-59. — ISBN 9952-25-001-3.
- Mirzazade P.Ch. Khoy, Iran : [arx. 16 Apr 2002 - 6 May 2021] : [ing.] // Almanach de Bruxelles. — Müraciət tarixi: 16.09.2021.
- Məmmədov A.S. Bir qəbir kitabəsinin izi ilə, yaxud F.X.Xoyskinin əsli-nəcabətinə dair faktlar : [arx. 13 Mar 2012 - 5 Mar 2016] // “Şəkinin səsi” qəzetinin saytı. — 2009. — 6 may. — Müraciət tarixi: 16.09.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |