"Leyla Əliyeva (Qordiyevskaya)" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 32: | Sətir 32: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''Leyla Əliyeva (Qordiyevskaya)''' — Böyük Britaniyanın SSRİ-dəki ən görkəmli agentinin keçmiş həyat yoldaşı. Əslən azərbaycanlıdır və Şəkidəndir. 1992-ci ildə ərindən | + | '''Leyla Əliyeva (Qordiyevskaya)''' — Böyük Britaniyanın SSRİ-dəki ən görkəmli agentinin keçmiş həyat yoldaşı. Əslən azərbaycanlıdır və Şəkidəndir. 1992-ci ildə ərindən boşansa da keçmiş əri kimi Londonda yaşamaqda davam edir. Lakin vaxtaşırı olaraq qızları ilə Moskvaya, Bakıya və [[Şəki|Şəkiyə]] də gəlib-gedir. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== |
02:17, 13 oktyabr 2023 versiyası
Leyla Əliyeva (Qordiyevskaya) — Böyük Britaniyanın SSRİ-dəki ən görkəmli agentinin keçmiş həyat yoldaşı. Əslən azərbaycanlıdır və Şəkidəndir. 1992-ci ildə ərindən boşansa da keçmiş əri kimi Londonda yaşamaqda davam edir. Lakin vaxtaşırı olaraq qızları ilə Moskvaya, Bakıya və Şəkiyə də gəlib-gedir.
Haqqında məlumatlar
21 noyabr 1949-cu il tarixdə Moskvada anadan olub.
Təhsili
Orta məktəbi bitirdikdən sonra əvvəl makinaçı ixtisası üzrə peşə məktəbində sonra isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb.
Əmək fəaliyyəti
Hələ M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alan vaxtlardan “Moskovskiy Komsomoles” qəzetinin müxbiri,
1976 – 1978-ci illərdə isə Dünya Səhiyyə Təşkilatının Kopenhagendə yerləşən Avropa ofisində makinaçı vəzifəsində çalışmışdır.
Ailəsi
Atası Ağahüseyn, əmiləri Arif və Əli Əliyevlər 1930-cu illərdə Şəkidən Moskvaya köçənlərdən idilər və hamısı SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sistemində işləyiblər. Anası isə atasının rus millətindən olan iş yoldaşı idi. Ağahüseyn Əliyevin bu qadından üç övladı doğulmuşdu: iki oğlan və bir də Leyla.
1976 – 1978-ci illərdə Leyla Əliyeva Danimarkada işləyərkən SSRİ DTK-nın o vaxtkı Danimarka rezidenti Oleq Qordiyevski ilə tanış olub və sonda ona ərə gedib;
1980-ci ildə Mariya,
1981-ci ildə isə Anna adlı qızları anadan olub.
1985-ci ildə ərinin SSRİ-dən Böyük Britaniyaya qaçmasından 6 il sonra – 1991-ci ildə, sovet hökuməti ona qızları ilə Londona getməyə icazə verib.
1992-ci ildə ərindən rəsmən boşanıb. Boşanma şərtlərinə görə, Oleq Qordiyevski ümumi əmlakının yarısını və Britaniya kəşfiyyatına uzun illər işlədiyi üçün aldığı 2,5 min dollarlıq təqaüdünün dörddə üç hissəsini ona verməli olub.
Ədəbiyyat
- İsmayılov V. Azərbaycanlı “KQB” generalının satqın kürəkəni - DOSYE : [arx. 5 Feb 2017 - 13 Sep 2019] // Modern.az. — 2014. — 29 sentyabr. — Müraciət tarixi: 12.10.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |