"Cövdət Hacıyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Teq: Undo |
|||
Sətir 1: | Sətir 1: | ||
[[Kateqoriya:C]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış musiqiçilər]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]] | [[Kateqoriya:C]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış musiqiçilər]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]] | ||
{{Musiqiçi | {{Musiqiçi | ||
− | | | + | | Adı = Cövdət Hacıyev |
| Orijinal adı =''Hacıyev Əhmədcövdət İsmayıl oğlu'' | | Orijinal adı =''Hacıyev Əhmədcövdət İsmayıl oğlu'' | ||
| Şəkil = Cövdət Hacıyev 1962-ci ildə.jpg | | Şəkil = Cövdət Hacıyev 1962-ci ildə.jpg |
19:43, 4 iyun 2020 versiyası
Cövdət Hacıyev | |
---|---|
Hacıyev Əhmədcövdət İsmayıl oğlu | |
Cövdət Hacıyev | |
Cövdət Hacıyev, 1962-ci il | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 iyun 1917 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 18 yanvar 2002 (84 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı |
Vətəndaşlığı | SSRİ |
Peşəsi | bəstəkar |
Uşaqları | İsmayıl Hacıyev, Pərvin Muradova-Dilbazi |
|
|
Üslub | simfoniya, opera |
Musiqi aləti | skripka |
Təhsili | Moskva Konservatoriyası, Azərbaycan Dövlət Konservatoriyası |
Mükafatları |
Cövdət Hacıyev (Hacıyev Əhmədcövdət İsmayıl oğlu d. 18 iyun 1917-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 18 yanvar 2003-cü il, Bakı, Azərbaycan Respublikası) — azərbaycanlı bəstəkar, Azərbaycan Dövlət Konservatoriyasın professoru və rektoru (1957 – 1969), ikiqat Stalin mükafatı laureatı, Azərbaycan SSR-in xalq artisti, Azərbaycan musiqi simfoniyasının banilərindən biri.
Haqqında məlumatlar
1917-ci ildə Nuxada anadan olub.
1935 – 1938-ci illərdə L.M.Rudolf adına Azərbaycan Dövlət Konservatoriyasında,
1938 – 1941-ci və 1946 – 1947-ci illərdə isə P.İ,Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb[1].
1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, 1957 – 1969-cu illərdə isə konservatoriyanın rektoru olub.
2002-ci ildə Bakıda vəfat edib.
Yaradıcılığı
Hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli “Simfoniya”nı, iki simfonik poemasını, “Azərbaycan süitası”nı simli kvartet və sair əsərlərini bəstələmişdir. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı "Vətən" operasına görə SSRİ Dövət mükafatına layiq görülüb.
Səkkiz simfoniyanın, müəllifidir; “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. “Zirvələrə” adlanan altıncı və “Şəhidlər” adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. “Şəhidlər” simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. “Onu zaman seçib” adlı səkkizinci simfoniyası isə Azərbaycanın prezidenti Heydər Əliyevə həsr olunub.
Bir sıra simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün əsərlərin də müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir.
Mükafatları
- İkinci dərəcəli Stalin mükafatı (1946) — «Vətən» operasına görə (1945);
- Üçüncü dərəcəli Stalin mükafatı (1952) — «Sülh uğrunda!» simfonik poemasına görə (1951);
- “Qırmızı Əmək Bayrağı” ordeni (1959);
- “Azərbaycan SSR Xalq Artisti” fəxri adı (1960);
- “Şərəf nişanı” ordeni (1961);
- Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (1972) – uzun illər səmərəli işlədiyinə görə və Üzeyir Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyasının yaradılmasının 50 illiyi ilə əlaqədar olaraq;
- “Lenin” ordeni (1986);
- medalar;
- Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü (1997) – Azərbaycan xalqı qarşısında böyük xidmətlərinə görə.
Ailəsi
- Həyat yoldaşı: Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti;
- Oğlu: İsmayıl Hacıyev, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar və dirijor;
- Qızı: Pərvin Muradova-Dilbazi, pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru.
Xatirəsi
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[2].
Filmoqrafiya
Ədəbiyyat
- Rəşid Şəfəq. "Novator bəstəkar" //Odlar yurdu.- 1993,- 30 yanvar.- № 2-3.- səh. 3.
İstinadlar və qeydlər
- ↑ 1941-ci ildə Almaniyanın SSR-yə hücum etməsi nəticəsində Moskva Dövlət Konservatoriyasında təhsilini yalnız müharibədən sonra davam etdirə bilib, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib
- ↑ president.az (07.02.2017). ""Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin 7 fevral 2017-ci il tarixli, 2657 nömrəli Sərəncamı" (azərb.). e-qanun.az. İstifadə tarixi: 2018-09-30.
- C
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1917-ci ildə doğulanlar
- 18 iyunda doğulanlar
- İyunda doğulanlar
- 18 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 2002-ci ildə vəfat edənlər
- SSRİ dövlət mükafatı laureatları
- Stalin mükafatı laureatları
- Lenin ordeninin kavalerləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)