"Nurəddin Həbibullahzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 3: | Sətir 3: | ||
|Tam adı = Həbibullahzadə Nurəddin Yusif oğlu | |Tam adı = Həbibullahzadə Nurəddin Yusif oğlu | ||
|Piktoqram = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz--> | |Piktoqram = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz--> | ||
− | |Şəkil = | + | |Şəkil = Nurəddin Həbibullahzadə.png |
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = | ||
|Şəklin izahı = Nurəddin Həbibullahzadə. | |Şəklin izahı = Nurəddin Həbibullahzadə. |
Səhifəsinin 19:56, 7 noyabr 2023 tarixinə olan son halı
Nurəddin Həbibullahzadə (1933–2021) — sənaye və mülki tikinti sahəsi üzrə tanınmış mühəndis və rəhbər kadr.
Haqqında məlumatlar
16 fevral 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1940 – 1950-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,
1950 – 1955-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft Sənayesi İnstitutunda və Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda[1] təhsil alıb.
Əmək fəaliyyəti
1956-cı ildə Nuxa şəhər sovetində Dövlət Tikinti Memarlıq şöbəsində baş nəzarətçi (qoskontrol), eyni zamanda 10 nömrəli məktəbdə rəsmxət müəllimi,
1957 – 1962-ci illərdə Nuxa şəhərinin baş memarı,
1962 – 1966-cı illərdə əvvəl Nuxa şəhər 5 nömrəli tikinti idarəsində prorab, daha sonra isə baş mühəndis,
1968 – 1972-ci illərdə Şəki şəhər məişət xidməti kombinatının direktoru,
1972 – 1973-cü illərdə Şəki şəhər kommunal təsərrüfatı idarəsinin müdiri,
1973 – 1980-ci illərdə 55 nömrəli Şəki şəhər tikinti idarəsinin direktoru,
1980 – 1995-ci illər Şəki şəhər qaz-istismar kontorunun rəisi vəzifəsində çalışıb.
1995-ci ildən əmək təqaüdündə idi.
İctimai fəaliyyəti
1957-ci ildə Nuxa şəhər Sovetinə deputat seçilib.
Vəfatı
7 noyabr 2021-ci il tarixdə – 88 yaşında, Şəkidə vəfat edib.
Ailəsi
Ailəli idi, 4 övladı, nəvə və nəticələri var.
Qeydlər
- ↑ 1955-ci ildə oxuduğu fakültə Politexnik İnstitutuna köçürülüb.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |