Mehman Musabəyli: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 3: | Sətir 3: | ||
|Adı = Mehman Musabəyli | |Adı = Mehman Musabəyli | ||
|Tam adı = ''Musabəyli Mehman Həsən oğlu'' | |Tam adı = ''Musabəyli Mehman Həsən oğlu'' | ||
|Şəkil = | |Şəkil = Mehman Musabəyli.png | ||
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = | ||
|Şəklin izahı = Mehman Musabəyli, 2011-ci il. | |Şəklin izahı = Mehman Musabəyli, 2011-ci il. | ||
|İlk adı = | |İlk adı = |
Səhifəsinin 19:24, 18 oktyabr 2024 tarixinə olan son versiyası
Mehman Musabəyli | |
---|---|
Musabəyli Mehman Həsən oğlu | |
Mehman Musabəyli, 2011-ci il. | |
Doğum tarixi | 10 aprel 1971 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | 1993-cü ildən |
İlk əsəri | “Yuxu və yaxud oksigen çatışmazlığı” (hekayə, 1994) |
facebook səhifəsi |
Mehman Musabəyli — Bakı Marionet Teatrının aparıcı səhnə ustası. Geniş bədii tərcümə işi ilə də məşğuldur, həmçinin, hekayələr və pyeslər də yazıb. Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
10 aprel 1971-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1988-ci ildə Şəki şəhər 14 №-li orta məktəbini,
1993-cü ildə Bakı şəhər 12 №-li orta texniki peşə məktəbini (kinomexanik ixtisası üzrə) bitirib.
1998-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun televiziya rejissorluğu fakültəsinə qəbul olunub. Lakin sonra təhsilini davam etdirməyib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1991 – 1992-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında səhnə quraşdırıcısı,
1992 – 1993-cü illərdə Bakı Uşaq və Gənclər Teatrında baş maşinist,
1993 – 1994-cü illərdə Tərlan Qorçunun Bakı Marionet Teatrında kuklaçı-aktyor vəzifəsində çalışıb.
1994-cü ildən Bakı Marionet Teatrında aparıcı səhnə ustasıdır.
Ədəbi yaradıcılığı[Vizual/Mobil redaktə | HTML redaktə]
İlk mətbu əsərləri (“Vineqret-1”, "Vineqret-2" və s. məqalələr) 1993-cü ildə “Kefli İsgəndər”, “Tək səbir” və “Press-fakt” qəzetlərində dərc olunub.
Çap olunmuş digər əsərləri[Vizual/Mobil redaktə | HTML redaktə]
- Kiçik hekayələr – “Ulduz” jurnalı, № 3/4, 1998;
- Qızılgül və qoz ağacı – “Cahan” jurnalı, № 4, 1998;
- Kağız – “Ulduz” jurnalı, № 11, 1998;
- Uçan fillər – “Ulduz” jurnalı, № 4, 1999;
- Adsız çiçək – “Qobustan” jurnalı, № 3, 2004;
- Homo sapiens – “Ulduz” jurnalı, № 4, 2005;
- Mükəmməl büdrəyiş – “Ulduz” jurnalı, № 4, 2005;
- Niftəlinin kəşfləri – “Azərbaycan” jurnalı, № 7, 2006;
- Otkrıtiya Niftali – “Literaturnıy Azerbaydjan”, № 2 (ruscaya tərcümə edən: Mədinə Eldarova), 2007;
- Skazka-pereskazka – “Literaturnıy Azerbaydjan”, № 12 (ruscaya tərcümə edən: Vaqif İbrahimoğlu), 2010;
- Toy səyahəti – “Azərbaycan” jurnalı, № 6, 2013;
- Yük vaqonu – “Azərbaycan” jurnalı, № 1, 2015;
- Qruzovoy vaqon – “Literaturnıy Azerbaydjan”, № 2, 2016 (rusca).
Çap olunmuş bədii tərcümələri[Vizual/Mobil redaktə | HTML redaktə]
Hekayələr[Vizual/Mobil redaktə | HTML redaktə]
Qabriel Qarsia Markes[Vizual/Mobil redaktə | HTML redaktə]
- Bu günlərdən biri – “Ulduz” jurnalı, № 12, 2003;
- Üç somnambul üçün kədər – “Ulduz” jurnalı, № 12, 2003;
- Nəhəng qanadlı senyor – “Ulduz” jurnalı, № 1, 2005;
- İtmiş çağların dənizi – “Azərbaycan” jurnalı, № 4, 2016.
Slavomir Mrojek[Vizual/Mobil redaktə | HTML redaktə]
- Yay günü – “Azərbaycan” jurnalı, 2019, № 10.
Eduardo De Filippo[Vizual/Mobil redaktə | HTML redaktə]
- Ruhlar – “Azərbaycan” jurnalı, № 10, 2005.
Oldos Haksli[Vizual/Mobil redaktə | HTML redaktə]
- Bioqrafiyası və “Esselər” – “Xəzər” jurnalı, 2006, № 3.
Çap olunmuş kitabları[Vizual/Mobil redaktə | HTML redaktə]
- Hikmət Aydınoğlu – Bakı, Tutu Uşaq Nəşriyyatı, 144 səh., 2001 (ruscadan tərcümə);
- Demokratiya labirintləri” – Bakı, Tutu Uşaq Nəşriyyatı, 144 səh., 2001 (ruscadan tərcümə);
- Hans Xristian Andersen – Bakı, Tutu Uşaq Nəşriyyatı, 28 səh., 2005 (ruscadan tərcümə);
- “Ole-Lukoye və başqa nağıllar” – Bakı, Tutu Uşaq Nəşriyyatı, 28 səh., 2005 (ruscadan tərcümə);
- Haldun Taner – Bakı, Yom yayınları, 76 səh., tiraj 500, 2007 (türkcədən tərcümə);
- Günün adamı – Bakı, Yom yayınları, 76 səh., tiraj 500, 2007 (türkcədən tərcümə).
Səhnəyə qoyulmuş pyesləri[Vizual/Mobil redaktə | HTML redaktə]
- Şəngül, Şüngül, Məngül — Pantomim Teatrı – rejissor: Bəxtiyar Xanızadə, 1996.
- Divin oğul dərdi — Şəki Dövlət Dram Teatrı – rejissor: Mirbala Səlimli, 1997.
- Randevu — “Səda” Teatrı – rejissor: Pünhan Həsənli, 1997.
- Div oğlu Div — İrəvan Teatrı – rejissor: Vidadi Əliyev, 1998.
- E. de Filippo “Ruhlar” — Şəki Dövlət Dram Teatrı – rejissor: Mirbala Səlimli, 2001.
- Adsız çiçək — Dövlət “YUĞ” Teatrı – rejissor: Günay Səttarova, 2005.
- Jan-Batist Molyer “Xəsis” — Şəki Dövlət Dram Teatrı, 2008 – rejissor: Mirbala Səlimli.
- Xallı keçinin qisası — Şəki Dövlət Dram Teatrı – rejissor: Əbülfət Salahov, 2007.
- Toy səyahəti — Dövlət Yuğ Teatrı – rejissor: Mikayıl Mikayılov, 2017.
- Falk Rixter “Güvən” — ADO Teatrı – rejissor: Elso Furtado, 2019.
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
1993-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının,
1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2005-ci ildə Polşada,
2008-ci ildə Almaniyada,
2009-cu ildə İsveçrədə teatr qastrollarında olub.
2003-cü ildə “Kağız” hekayəsi ilə “I Proza N” müsabiqəsinin qalibi və mükafatçısı olub (ikinci yer).
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- "HAQQIMIZDA/Üzvlər/M/Musabəyli Mehman Həsən oğlu". http://teatrittifaqi.az/ (azərb.). Azərbaycan Teatr Xadimləri İttifaqı. 2 Nov 2013 – 3 Aug 2020 tarixində arxivləşdirilib.
- Orsər R. Mehman Musabəyov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 757-760. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış aktyorlar
- Şəkidən çıxmış teatr xadimləri
- 10 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 1971-ci ildə doğulanlar
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə