Asiman Quliyev
Asiman Quliyev | |
---|---|
Quliyev Asiman Aydın oğlu | |
Asiman Quliyev, 2019-cu il. | |
Doğum tarixi | 6 avqust 1956 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | iqtisad elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• Dadaş Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1973–1978) • D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, aspirantura (1983–1985) |
Həyat yoldaşı | Lalə Amanova |
Atası | Aydın Quliyev |
Elmi rəhbəri | Q.Ə.Sadıxov |
Mükafatları | |
facebook səhifəsi |
Asiman Quliyev — iqtisad elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinin dekanı.
Haqqında məlumatlar
6 avqust 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1963 – 1973-cü illərdə Bakıda orta məktəbdə,
1973 – 1978-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda,
1983 – 1985-ci illərdə isə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1986 – 1992-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim,
1992-ci ildə Azərbaycan Respublikasının Prezident Aparatında aqrar-sənaye şöbəsində məsləhətçi,
1992 – 1993-cü illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı,
1994 – 1997-ci illərdə Bakı Biznes Universitetində dosent və dekan vəzifəsində çalışıb.
1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində işləyir; o cümlədən,
1997-ci ildən iqtisadi nəzəriyyə kafedrasının dosenti,
2006 – 2014-cü illərdə türk dünyası işlətmə fakültəsinin dekan müavini,
2014 – 2019-cu illərdə ümumi iqtisadiyyat fakültəsinin dekanı,
2019-cu ildən isə iqtisadiyyat fakültəsinin dekanı vəzifəsini tutub.
2021 sentyabr ayından isə Azərbaycan Dövlət İqtisad Universitetin doktorantura və magistratura mərkəzidə iqtisadiyyat və idarəetmə kafedrasının dosentidir.
Elmi fəaliyyəti
1988-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
80-dan artıq elmi əsəri, monoqrafiyası, dərsliyi və tərcümələri Azərbaycan,Türkiyə, ABŞ, Rusiya, Çex və digər ölkələrdə nəşr olunub.
Beynəlxalq konfranslarda mütəmadi olaraq iştirak edir.
İctimai-siyasi fəaliyyəti
1975 – 1977 ci illərdə D.Bunyatzadə adına Azərbaycan Xalq Təsərrüfaı İnstitutunun "Ümumi iqtisad" fakültəsinin komsomol təşkilat katibi olub.
1986 – 1989-cu illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda Tələbə Həmkarlar Komitəsinin sədri olub.
1990 – 1992- ci illərdə MİB (Müstəqil İqtisadçılar Təşkilatı) İB sədr müavini olub.
2000 – 2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalının məhsul katibi kimi fəaliyyət göstərib.
Təltif və mükafatları
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı.
- “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı — Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə (2020).
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Quliyev Asiman // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 343. — 1.000 nüsx.
- "İqtisadiyyat fakültəsinin dekanı i.e.n., dosent Quliyev Asiman Aydın oğlu". http://unec.edu.az/ (azərb.). Azərbaycan Dövlət İqtisad Universiteti. 12 Sep 2016 – 4 Aug 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 6 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 1956-cı ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar müəllimləri
- Azərbaycan Respublikasının qabaqcıl təhsil işçiləri
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə