Rasim İsayev
Rasim İsayev Qurban | |
---|---|
Rasim İsayev Qurban | |
Anadan olub | 19 avqust 1979 |
Anadan olduğu yer |
SSRİ Azərbaycan SSR, Şəki |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Mingəçevir Dövlət Texniki Universiteti |
Rasim İsayev (Rasim Qurban oğlu İsayev; d. 1979, Şəki, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının 2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olmuş, lakin seçilməmişdir.
Haqqında məlumatlar
1979-cü ildə Şəki şəhərində anadan olub. Orta təhsilini Şəki Fizika-Riyaziyyat və Humanitar profilli litseydə alıb. 1997 – 1999-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hava hücumundan müdafiə qoşunlarının N saylı hissəsində hərbi xidmət keçdikdən sonra 1999 – 2002-ci illərdə Şəki Şahmat məktəbində məşqçi-müəllim vəzifəsində çalışıb. 2002 – 2006-cı ilərdə Mingəçevir Dövlət Texniki Universitetinin Energetika və mexanika fakultəsində ali təhsil alıb. Ali məktəbdə oxuduğu müddətdə günorta növbəsində Mingəçevir Şahmat məktəbində məşqçi – müəllim vəzifəsində və axşam növbəsində isə Mingəçevir Azyolmaş Neft avadanlıqlarının təmiri zavodunda elekrik qaynaqçısı işləmişdir. Ali məktəbi bitirdikdən sonra isə “Şəki Elektrik Stansiyasi” MMC-də Elektrik çilingəri işləyib. Hazırda isə həmin müəssisədə Elektrik sexinin növbə rəisi vəzifəsində və Şəki Şahmat məktəbində məşqçi-müəllim vəzifəsində çalışır. Eyni zamanda Şəki şəhər İcra Hakimiyyəti başçısının 1 №li Sahə İnzibati Ərazi Dairəsinin “İpəkçi” və “Duluslar” Məhəlləsi üzrə nümayəndəsidir.
Şahmat üzrə idman ustalığına namizəddir.
Ailəlidir, iki övladı var.
Həmçinin, bax:
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)