Rasim İsayev
Rasim İsayev | |
---|---|
İsayev Rasim Qurban oğlu | |
![]() | |
Rasim İsayev. |
Rasim İsayev — “Şəki Elektrik Stansiyasi” MMC-nin elektrik sexinin növbə rəisi, Şəki şəhər İcra Hakimiyyəti başçısının 1 №-li Sahə İnzibati Ərazi Dairəsinin İpəkçilər və Dulusçular məhəllələri üzrə nümayəndəsi, şahmat üzrə idman ustalığına namizəd.
Haqqında əlavə məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
19 avqust 1979-cü il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1996-cı ildə Şəki Fizika-Riyaziyyat və Humanitar profilli liseyi bitirib.
2002 – 2006-cı illərdə Mingəçevir Dövlət Texniki Universitetinin energetika və mexanika fakültəsində təhsil alıb.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
1997 – 1999-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qoşunlarının N saylı hissəsində hərbi xidmət keçib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1999 – 2002-ci illərdə Şəki Şahmat Məktəbində məşqçi-müəllim vəzifəsində çalışıb.
Ali məktəbdə oxuduğu müddətdə günorta növbəsində Mingəçevir Şahmat məktəbində məşqçi – müəllim vəzifəsində və axşam növbəsində isə Mingəçevir Azyolmaş Neft avadanlıqlarının təmiri zavodunda elektrik qaynaqçısı vəzifəsində çalışıb.
Ali məktəbi bitirdikdən sonra isə “Şəki Elektrik Stansiyasi” MMC-də elektrik çilingəri vəzifəsində çalışıb; o cümlədən,
2006-cı ildən həmin müəssisədə elektrik sexinin növbə rəisidir.
İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsinin üzvlüyünə namizəd olub, lakin seçilməyib.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəlidir, bir qızı və bir oğlu var.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)
Bildiriş[HTML redaktə]
...