Minayə Həmidova
Minayə Həmidova | |
---|---|
Həmidova Minayə Məcid qızı | |
Minayə Həmidova. | |
Anadan olub | 1918 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan Cümhuriyyəti |
Vəfat edib | fevral 1997 | (80 yaşında)
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Təhsili | Nuxa pedaqoji məktəbi (1936) |
Minayə Həmidova (1918–1997) — sovet dövründə yerli sovetlərə 14 çağırış (1940–1973) müddətində dalbadal Nuxa/Şəki şəhər, yaxud rayon sovetinin deputatı və icraiyyə komitəsinin katibi seçilmiş şəxs.
Haqqında məlumatlar
1918-ci ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1936-cı ildə Nuxa pedoqoji məktəbini bitirib.
Əmək fəaliyyəti
1936-cı ildə Nuxa rayon maarif şöbəsində katibə olaraq əmək fəaliyyətinə başlayıb.
5 yanvar 1940-cı il tarixdə birinci çağırış Nuxa şəhər zəhmətkeş deputatları sovetinin birinci sessiyasında Nuxa şəhər soveti icraiyyə komitəsinin katibi seçilib və 1973-ci ildəki seçki də daxil olmaqla dalbadal 14 çağırış (bəzən rayon soveti, bəzən isə şəhər sovetinin) müddətində bu vəzifəni tutub.
Təltif və mükafatları
- Bir orden və üç medal.
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (1960).
Vəfatı
1997-ci ilin fevral ayında – 80 yaşında, Şəkidə vəfat edib. Şəkidə köhnə bazarın yaxınlığındakı qəbiristanlıqda dəfn olunub.
Ailəsi
Ailədə üç qardaş və iki bacı olublar. Ərə getməyib.
Ədəbiyyat
- Səfərova R. Mənalı ömrün səhifələri // Şəki fəhləsi : qəzet. — Şəki, 1973. — В. 28 iyul. — № 88 (7.976).
Həmçinin, bax:
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |