Kərim ağa Şəkixanov
Mammadov2 (Müzakirə | töhfələr) (→Həmçinin bax) tərəfindən edilmiş 19:12, 9 dekabr 2020 tarixli dəyişiklik
Kərim ağa Şəkixanov— (1788 – 1858) – Kərim ağa Şəkixanov Hacı Çələbinin kötücəsi, qısa müddət Şəki xanı olmuş Fətəli xanın oğludur.
Kərim ağa Şəkixanov | |
---|---|
Şəkixanov Kərim ağa Fətəli xan oğlu | |
Kərim ağa Şəkixanovun qəbri üstündəki baş daşı. | |
Təxəllüsü | Fateh |
Doğum tarixi | ≈ 1788 |
Doğum yeri | Nuxa, Şəki xanlığı |
Vəfatı | 10 dekabr 1858 (70 yaşında) |
Vəfat yeri | Nuxa, Nuxa qəzası, Kaspi vilayəti, Rusiya İmperiyası |
Dəfn yeri | Xan qəbiristanlığı |
Atası | Fətəli xan |
Vətəndaşlığı | Şəki xanlığı→ Rusiya İmperiyası |
Həyatı
Ədəbi təxəllüsü "Fateh"dir. Kərim ağa Fateh "Şəki xanlarının müxtəsər tarixi" əsərini 1829-cu ildə azərbaycanca yazmışdır. Lakin 1858-ci ildə Peterburqda çap edilmiş "Əl-intixabatül-Bəhiyyə" adı topluda B.Dorn bu əsəri yanlış olaraq Hacı Əbdüllətif Əfəndinin adına çıxarmışdır. Bu yalnışlıq əsərin 1929-cu il çapında da getmişdir. Yalnız bu çapdan sonra Azərbaycan alimi Salman Mümtaz əsərin müəllifin Kərim Ağa Fateh olduğunu aydınlaşdıra bilmişdir. 1958-ci il çapında əsərin müəllifi düzgün olaraq artıq Kərim Ağa Fateh göstərilmişdir.
Xarici keçidlər
- Kərim Ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi. – "Şəki xanlığının tarixindən". Red., F.Babayev. B., 1958, s. 15-17.
Həmçinin bax
İstinadlar
Həmçinin bax
Ədəbiyyat
- Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
- Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.