Şərafət Əliyeva-Əzizova
Şərafət Əliyeva-Əzizova – müəllim-konsertmeyster; 2003 – 2010-cü illərdə Trakya Universiteti Dövlət Konservatoriyasında (Türkiyə) çalışmış, 2012-ci ildən isə əmək fəaliyyətini Şəki Dövlət Regional Kollecində davam etdirmişdir.
Şərafət Əliyeva-Əzizova | |
---|---|
Əliyeva-Əzizova Şərafət Abbasəli qızı | |
Şərafət Əliyeva-Əzizova, 2006-cu il | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 oktyabr 1949 |
Doğum yeri | Zaqatala, Zaqatala rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Uşaqları | Anar Əzizsoy, Gündüz Əzizov |
Atası | Abbasəli Əliyev |
|
|
Musiqi aləti | fortepiano |
Haqqında məlumatlar
16 oktyabr 1949-cu ildə Zaqatalada, hərbçi həkim ailəsində anadan olub.
Təhsili
1970 – 1975-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində təhsil alıb.
Əmək fəaliyyəti
1975-ci ildə Şəki Musiqi Texnikumunun fortepiano şöbəsində ixtisas müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
1998-ci ilədək əmək fəaliyyətini Şəki Musiqi Texnikumunda davam etdirib, o cümlədən, 1975 – 1977-ci illərdə texnikumun fortepiano şöbəsinin müdiri olub.
1998 – 2003-cü illərdə Ədirnə-Anadolu İncəsənət Liseyində (Türkiyə),
2003 – 2010-cü illərdə isə Trakya Universiteti Dövlət Konservatoriyasında (Türkiyə) müəllim və konsertmeyster vəzifəsində çalışıb.
2011 – 2012-ci illərdə Batman şəhər valiliyi nəzdindəki özəl musiqi dərnəyində dərs deyib.
2012-ci ildən əmək fəaliyyətini Şəki Dövlət Regional Kollecində davam etdirib.
Publisistik fəaliyyəti
“Azərbaycan”, “Mədəniyyət” və “Şəki” qəzetlərində məqalələri çap olunub. 2020-ci ildə K.K.Səfərəliyevanın XX əsr musiqi tarixindəki rolu haqqında “Bizim böyük müəllimimiz” adlı kitabı çap olunub. Şablon:Yaxşı məqalə