Rəvanə Qurbanova

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:51, 21 aprel 2023 tarixli dəyişiklik

Rəvanə Qurbanova — tanınmış solo-ifaçı, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti.

Rəvanə Qurbanova
Qurbanova (Arabova) Rəvanə Söhrab qızı
Rəvanə Qurbanova
Rəvanə Qurbanova.
Şəxsi məlumatlar
Digər adı Revane Qurbanova
Doğum tarixi 21 iyun 1988 (1988-06-21) (36 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi solist
Atası Söhrab Arabov
Anası Leyla Arabova
Təhsili

 • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, musiqi sənəti fakültəsi, bakalavriat (2007–2011)

 • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, magistratura (2011–2013)

Haqqında məlumatlar

21 iyun 1988-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

2002-ci ildə Şəki şəhər 2 saylı uşaq musiqi məktəbinin xanəndəlik sinfini,

2006-cı ildə Şəki şəhər 19 saylı orta məktəbini bitirib.

2007 – 2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsində bakalavr pilləsi üzrə,

2011 – 2013-cü illərdə isə magistr pilləsi üzrə təhsil alıb.

Əmək fəaliyyəti

2019-cu ildən Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

Sənət fəaliyyəti və uğurları

2007-ci ildə keçirilən Televiziya muğam müsabiqəsində III yeri tutub. Həmin il Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb, adı gənc istedadların “Qızıl kitabı”na daxil edilib.

2017-ci il dekabr ayının 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında baş rolu – Leyli rolunu ifa edib.

2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində “Vətənim” adlı solo-konserti olub.

2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə “Oxu tar” adlı solo-konserti olub.

2021-ci ilin may ayının 12 – 13-də Şuşa şəhərində keçirilmiş tarixi “Xarıbülbül” musiqi festivalında solo-ifaçı kimi iştirak edib.

Ailəsi

Ailəlidir, bir qızı və bir oğlu var.

Ədəbiyyat

  1. Opera səhnəmizdə yeni Əsli və Leyli // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2017. — В. 1 dekabr. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 9 oktyabr 2021.

Həmçinin, bax: