Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
9 may
Şəkil: Fərman Musayev.
|
9 may
- Qırğızıstanda fəaliyyat göstərən azərbaycanlı biznesmen və diaspor fəalı Nüsrət Məmmədov 9 may 1957-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Cumakənd kəndində anadan olub. O, 2017-ci ildə Qırğızıstan Respublikasının prezidentliyinə namizədliyini irəli sürmüş, lakin seçkinin başlanmasına qədər namizədliyini geri götürmüşdür.
Şəkil: Nüsrət Məmmədov.
|
|
9 may
- Sovet dövründə Şəkidə bir sıra məsul vəzifələrdə işləmiş Saat Əzizov (1929–2000) 9 may 2000-ci il tarixdə – 70 yaşında, Şəkidə vəfat edib. O, müxtəlif illərdə Nuxa şəhər (rayon tabeliyində) sovetinin sədri, Nuxa şəhər (respublika tabeliyində) soveti sədrinin müavini və digər vəzifələrdə çalışmışdır.
Şəkil: Saat Əzizov.
|
9 may
- Şəkinin tanınmış sovet dövrü həkimlərindən biri olan Tələt Orucov (1917–1996) 9 may 1996-cı il tarixdə – 78 yaşında, Şəkidə vəfat edib. O, müxtəlif illərdə Şəkidəki 3 nömrəli poliklinikanın baş həkimi, mərkəzi xəstəxananın baş həkiminin müavini və s. vəzifələrdə çalışmışdır.
Şəkil: Tələt Orucov.
|
|
9 may
- Tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova (1960–2024) 9 may 2024-cü il tarixdə – 63 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.
Şəkil: Zərinə Cavadova (2019).
|
|
<<əvvəlki gün 9 may sonrakı gün>>
Həmçinin, bax:
Xülasə sayı: 5 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)