Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Saat Əzizov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Saat Əzizov
Əzizov Saat Məcid oğlu
Saat Əzizov
Saat Əzizov.
Doğum tarixi 15 may 1929(1929-05-15)
Doğum yeri Böyük Dəhnə, Zaqatala-Şəki mahalı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 9 may 2000 (70 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Uşaqları Arifə, Gülarə, Məcid və Eldar.
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət universiteti, jurnalistika fakültəsi (1950–1955)

 • Bakı Ali Partiya Məktəbi (1971–1973)

Saat Əzizov (1929–2000) — Azərbaycan sovet partiya-dövlət məmuru və rəhbər kadr. Müxtəlif illərdə Nuxa şəhər (rayon tabeliyində) sovetinin sədri, Nuxa şəhər (respublika tabeliyində) soveti sədrinin müavini, Şəki Rayon İstehlak Cəmiyyətinin sədri, Şəki şəhər mədəniyyət şöbəsinin direktor əvəzi, Kənd Təsərrüfatı Peşə Məktəbinin (Orjonikidze (indiki Turan)Cəfərabad) direktoru və s. məsul vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

15 may 1929-cu ildə Zaqatala-Şəki mahalının Böyük Dəhnə kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1946-cı ildə Böyük Dəhnə kənd orta məktəbini bitirib.

1946 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində,

1971 – 1973-cü illərdə isə Bakı Ali Partiya Məktəbində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1951 – 1957-ci illərdə “Nuxa fəhləsi” qəzetinin redaksiyasında fotoqraf, ədəbi işçi, şöbə müdiri,

1957-ci ildən Nuxa rayon komsomol komitəsinin birinci katibi,

1964 – 1965-ci illərdə Nuxa şəhər (rayon tabeliyində) sovetinin sədri,

1965-ci ildən Nuxa şəhər (respublika tabeliyində) soveti sədrinin müavini,

1972 – 1976-cı illərdə Şəki Rayon İstehlak Cəmiyyətinin sədri,

1976 – 1983-cü illərdə Şəki rayon mədəniyyət şöbəsində inspektor, Şəki şəhər mədəniyyət şöbəsinin direktor əvəzi,

1983 – 1998-ci illərdə Kənd Təsərrüfatı Peşə məktəbinin (məktəb əvvəl Şəki rayonunun Orjonikidze (indiki Turan) qəsəbəsində, sonra isə Cəfərabad kəndində yerləşmişdir) direktoru vəzifəsində çalışıb.

1998-ci ildən əmək təqaüdünə çıxıb.

İctimai-siyasi fəaliyyətri[redaktə | HTML redaktə]

Dəfələrlə və ardıcıl olaraq Nuxa/Şəki rayon və şəhər xalq deputatları sovetlərinin deputatı seçilib.

Vəfatı[redaktə | HTML redaktə]

9 may 2000-ci il tarixdə – 70 yaşında, Şəkidə vəfat edib.

Ailəsi[redaktə | HTML redaktə]

İki qız və iki oğul atasıdır.

Həmçinin, bax:[redaktə | HTML redaktə]

Nuxa Rayon Sovetinə seçilmiş deputatların siyahısı (1957-ci il)