Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Tələt Orucov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Tələt Orucov
Orucov Tələt Orucov Umar oğlu
Tələt Orucov
Tələt Orucov, 1970-ci illər.
Doğum tarixi 10 iyun 1917(1917-06-10)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya
Vəfat tarixi 9 may 1996 (78 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Uşaqları Şərqiyə, Tangiz, Almaz, Şəfəq və Solmaz
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili Azərbaycan Tibb İnstitutu
Mükafatları I dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985

Tələt Orucov (1917–1996) — Şəkinin tanınmış sovet dövrü həkimlərindən biri. Şəkidəki 3 nömrəli poliklinikanın baş həkimi, mərkəzi xəstəxananın baş həkiminin müavini və s. vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

10 iyun 1917-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Azərbaycan Tibb İnstitutunda təhsil alıb.

Hərbi xidmətdə

Tələt Orucov, hərbi sənədlərindəki fotoşəkli.

1942-ci ildə Nuxa Rayon Hərbi Komissarlığından hərbi-həkim olaraq hərbi xidmətə qəbul edilib. Böyük Vətən Müharibəsi iştirakçısıdır; əvvəl 105-ci atıcı polkda, sonra Cənub-Qərb cəbhəsində, daha sonra isə 1938-ci zenit artilleriya polkunda xidmət edib. Əvvəl 3-cü dərəcəli hərbi həkim, sonra tibb xidməti podpolkovniki (polkovnik-leytenant) rütbəsinə malik olub.

6 noyabr 1945-ci il tarixdə ordudan tərxis edilib.

Əmək fəaliyyəti

Tələt Orucov, 1970-ci illər.

1946-cı ildən Nuxa xəstəxanalarında həkim işləyib.

1959-cu ildə Nuxa şəhər 3 nömrəli müalicəxanasının (poliklinika) baş həkimi idi. Sonralar Şəki şəhər xəstəxanasında baş həkiminin müavini vəzifəsində çalışmışdır.

Təltif və mükafatları

İctimai-siyasi fəaliyyəti

1957, 19591961-ci illərdə Nuxa şəhər Sovetinə deputat seçilib.

Vəfatı

9 may 1996-cı il tarixdə – 78 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Оруджев Талат Умар-оглы : [arx. 13.01.2024] : [rus.] // Память народа. — Müraciət tarixi: 13.01.2024.
  2. Оруджев Талат Умарович : [arx. 13.01.2024] : [rus.] // Память народа. — Müraciət tarixi: 13.01.2024.